Icma.az
close
up
RU
Xarici ölkələrə səyahət etmək istəyənlərin nəzərinə: Tur paketlərini ucuz necə almaq olar? AÇIQLAMA

Xarici ölkələrə səyahət etmək istəyənlərin nəzərinə: Tur paketlərini ucuz necə almaq olar? AÇIQLAMA

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Tur paketlərin qiymətlərinin süni şəkildə artırıldığı barədə fikirlərin heç bir əsası yoxdur. Turizm sektoru qlobal bazarla əlaqəli və rəqabətə açıq bir sahədir. Burada qiymətlərin formalaşması yalnız bazar qanunlarına uyğun şəkildə baş verir. Heç bir turizm şirkəti bazardakı rəqabəti nəzərə almadan qiymətləri süni şəkildə artırmaq imkanına malik deyil, çünki bu, müştəri itkisilə nəticələnə bilər”.

Bunu Pravda.az-a açıqlamasında turizm üzrə ekspert Sərxan Abdullayev bildirib.

Onun sözlərinə görə, yay aylarında, bayram günlərində və xüsusi tədbirlərlə əlaqədar tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb ola bilər: “Məsələn, yay mövsümündə insanlar daha çox səyahət etməyə üstünlük verdikləri üçün otel və aviabilet qiymətləri də artır. Tur paketlərinin əsas komponentlərindən biri aviabiletlərdir. Beynəlxalq bazarda yanacaq qiymətlərinin artması və ya aviaşirkətlərin təklif etdiyi reyslərdə məhdudiyyətlər turizm qiymətlərinə birbaşa təsir edir. Turizm paketlərinə daxil olan otel rezervasiyaları və digər xidmətlər xarici valyuta ilə ödənildiyi üçün bu xidmətlərin qiymətlərindəki dəyişikliklər də tur paketlərin ümumi dəyərinə təsir edir. Qlobal iqtisadi proseslər, valyuta məzənnələrindəki dalğalanmalar və ölkədaxili inflyasiya da turizmdə qiymət dəyişikliklərinə təsir göstərən əsas amillərdən biridir.

Müştərilərin daha yüksək xidmət səviyyəsinə olan tələbi və əlavə xidmətlərin daxil edilməsi (məsələn, sığorta, transfer xidmətləri, bələdçi xidməti və s.) qiymətlərin dəyişməsinə səbəb ola bilər”.

S.Abdullayev qeyd edib ki, rəqabətli bazarda hər bir turizm şirkəti müştərilər üçün daha sərfəli və cəlbedici təkliflər irəli sürməyə çalışır: “Əgər hansısa şirkət qiymətləri əsassız şəkildə artırsa, bu, müştəri itkisinə və nəticə etibarilə biznesin zərər çəkməsinə səbəb olacaq. Bundan əlavə, ölkəmizdə turizm sektoru müəyyən qanunlarla tənzimlənir. Qiymətlərin süni şəkildə artırılması həm qanunvericiliyə, həm də bazar prinsiplərinə ziddir. Hər bir turizm şirkəti üçün uzunmüddətli perspektivdə müştəri məmnuniyyəti və etibarlı xidmət daha önəmlidir, nəinki qısamüddətli süni qiymət artımları. Tur paketlərini daha sərfəli qiymətə əldə etməyin ən yaxşı yollarından biri erkən rezervasiya etməkdir. Mövsümə yaxın tarixlərdə qiymətlər təbii olaraq yüksələ bilər. Rəsmi və tanınmış turizm şirkətlərindən xidmət almaq tövsiyə olunur. Belə olduqda həm qiymət, həm də xidmət keyfiyyətinə dair şəffaflıq təmin olunur. Tur paketinə daxil olan xidmətləri və şərtləri diqqətlə oxumaq vacibdir. Bəzi hallarda qiymət fərqləri əlavə xidmətlərdən qaynaqlana bilər. Müxtəlif turizm şirkətlərinin təkliflərini müqayisə edərək, öz büdcənizə və istəklərinizə uyğun olan variantı seçə bilərsiniz”.

Ekspert vurğulayıb ki, turizm sektoru inkişaf etdikcə bazarda rəqabət də güclənir və bu, müştərilər üçün daha keyfiyyətli və sərfəli xidmətlərin təqdim olunmasına şərait yaradır.

Nadir Qurbanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Fevral 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see168

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see137

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see126

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see124

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see120

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see118

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see116

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see114

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see114

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see112

Ərdoğanın səhhəti pisləşdi? RƏSMİ AÇIQLAMA

09 İyun 2025 21:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri