Icma.az
close
up
RU
“Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib YENİLƏNİB

“Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib YENİLƏNİB

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ADA Universiteti və “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun birgə təşkilatçılığı ilə “Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunub.

Elmi sessiyanı Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola nəzər salıb. Bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü əsasında nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

Akademik Rafael Hüseynov “Əkinçi” qəzetindən başlayan və 1920-ci ilə qədər nəşr olunan Azərbaycan mətbuatının inciləri sayılan qəzet və jurnallar haqqında məlumat verərək bildirib ki, 1915-ci ildə o zamanlar Nikolayevski adlandırılan indiki İstiqlaliyyət küçəsindəki H.Z.Tağıyevin evində “Orucov qardaşlarının” mətbəəsi fəaliyyət göstərirdi. O, 1906-cı ildə işıq üzü görən Azərbaycanda ilk şəkilli jurnal olan “Molla Nəsrəddin”, 1911-1920-ci illərdə Azərbaycan dilində nəşr olunan “Məktəb" jurnalı, 1915-1916-cı illərdə çap edilən ədəbi və ictimai-siyasi satirik “Babayi-Əmir” jurnalı, eləcə də bu qəbildən olan digər qəzet və jurnallar barədə danışıb. Vurğulayıb ki, həmin dövrlərdə işıq üzü görən çoxsaylı nəşrlər insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verib.

Azərbaycanın mətbuat tarixində mühüm yer tutan şəxsiyyətlərdən söz açan akademik Rafael Hüseynov həmin görkəmli ədiblərin müxtəlif qəzet və jurnalların səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərdiklərini söyləyib.

Akademik Rafael Hüseynov vurğulayıb ki, müstəqillik bərpa edildikdən sonra mediamızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafında rolunu yüksək qiymətləndirib, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirib, ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib.

O, bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə söz və mətbuat azadlığına, mediaya ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Daha sonra “Bu günümüzə qayıdan söz abidələri” adlı məruzəsini təqdim edən muzeyin direktoru ADA Universitetinin tariximizin zəngin sənəd və hadisələrinin araşdırılması, Azərbaycan xalqının tarixi mirasının qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi transliterasiya layihələrinin önəmindən danışıb. O, ADA Universitetinin müasir əlifbamızda izahlar, qeydlər və indeks əlavəsi ilə orijinal ölçü və səhifə tərtibatına uyğun olaraq çap etdirdiyi jurnalların mətbuat və təhsil tariximizin işıqlandırılmasına, eləcə də dövrün mənzərəsinin daha yaxşı anlaşılmasına xidmət etdiyini söyləyib.

Akademik Rafael Hüseynov transliterasiya edilmiş jurnalların Azərbaycan milli mətbuatının 150 illiyinə dəyərli töhfə olmaqla yanaşı, tarixi keçmişimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından qiymətli mənbə kimi səciyyələndirib, bu işdə əməyi olanlara təşəkkür edib.

Sonra “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva, İctimai-siyasi sənədlər arxivi, beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri Şəhla Abdullayeva, tərcüməçi, filoloq, jurnalları transliterasiya edib çapa hazırlayan Azad Ağaoğlu və Ədəbiyyat Muzeyinin elmi işçisi Aytən Hüseynova çıxış edərək ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli (1919), “Babayi-Əmir” satirik (1915-1916) və “Məktəb” elmi-pedaqoji (1911-1920) jurnallarının mühüm tarixi məlumatları ehtiva edən əvəzsiz mənbə olduğunu söyləyiblər.

Çıxışlarda qeyd olunub ki, jurnallar transliterasiya edilǝrkǝn mǝtnin orijinallığı qorunur, nəşrlərin ölçülǝri vǝ sǝhifǝ tǝrtibatı olduğu kimi saxlanılır, sonra jurnalların orijinal nüsxǝlǝri tam hǝcmdǝ ǝlavǝ edilir.

Daha sonra ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək uzun müddət tarixi biliklərin əski əlifbada yazılması səbəbindən geniş kütləyə əlçatan olmadığını söyləyib, ADA Universitetinin təşəbbüsü ilə həyata keçirilən transliterasiya layihələrinin həm nəzəri bilik, həm də tarixi kontekst baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda ADA Universitetinin dəstəyi ilə nəşr olunan “Əfkari-mütəəllimin” məktəbli, “Babayi-Əmir” satirik və “Məktəb” elmi-pedaqoji jurnalları ictimaiyyətə təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri