Icma.az
close
up
RU
Xarici təsirlərdən qorunma və vətənpərvərlik ruhunun aşılanması: Səbəblər və nəticələr

Xarici təsirlərdən qorunma və vətənpərvərlik ruhunun aşılanması: Səbəblər və nəticələr

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xarici təsirilərin regiona müdaxiləsi əsasən 1990-cı illərdən başladı. SSRİ-nin dağılması dünyada yeni tendensiya yaratdı.

Dünya 70 ildən çox əsarət zəncirində olan, sonra isə imperiya sərhədlərini aşmış dövlətlərlə daha yaxından tanış olmaq fürsəti əldə etdi. Bu dövlətlərdə artıq bir neçə nəsil dəyişmişdi. Həmin dövrün ən azı iki nəsli SSRİ təbliğat və təşviqat maşınının ruh və zəka baxımından yetirməsi idi. Hələ kommunist ideologiyasının eyforiyasında olanlar həmin dövr çoxluq təşkil etməsələr də, kifayət qədər müəyyən faiz göstəriciləri, ən başlıcası təsir etmək imkanları ilə mövcud idilər. Orta nəsil dilemma qarşısında qalmışdı. Ömrünün müəyyən mərhələsində sovet məktəbi görənlər, digər hissəsində müstəqil yaşamaq imkanı əldə etmişdilər.

Vahid ideolojiyə, əsasən özünün iştirak etmədiyi həyat planlamasına öyrənmiş insan üçün yaşın müəyyən mərhələsindən sonrakı situatsiya anlaşılan deyildi. Həmin vaxt müstəqilliyni yenicə əldə etmiş dövlətlərə illərdir bu anı gözləyən xüsusi xidmət orqanlarının sözün əsl mənasında axını başladı. Öncə təsir agentləri müəyyən edildi. Milli məfkurədən uzaq fikirlərin təlqini mərhələsi başlandı. Həmin dövlətlərin xüsusi xidmət orqanları müəyyən etdikləri təsir agentləri vasitəsilə ələalma mərhələsinə keçdilər.

Özlərini nümunə olaraq göstərən təsir agentləri qısa zaman kəsimində tərəfdar toplamağa nail oldular. İran, Rusiya, bəzi Qərb və Avropa dövlətlərinin bu istiqamətdə fəaliyyəti o, qədər irəli getmişdi ki, hətta həmin təsir agentlərinin yeni və milli düşüncəyə yad elementləri ölkə qanunvericiliyinə salmaq təklifləri belə səslənirdi. Bu vəziyyət o, zamana təsadüf edirdi ki, Azərbaycan erməni məkri ilə üz-üzə qalmışdı. Rusiyanın, İranın hərbi-siyasi dəstəyi ilə erməni faşizmi özünün “çiçəklənmə” dövrünü yaşayırdı Əslində gənc Azərbaycan dövləti iki cəbhədə döyüşmək məcburiyyətində idi. Düşmən həm daxildə həm də xaricdə aktivləşmişdi. Daxildəki düşmən xaricdəki düşməndən daha təhlükəli idi. Çünki zaman-zaman rəng və qabıq dəyişdirə bilirdi.

Həmin dövr Azərbaycanın işğal tarixinə çevrildi. Yeni qaçqın ordusu konteksində məskunlaşma problemi, sosial ehtiyacların ödənilməsi zərurəti və s. Bunu görən daxili və xarici düşmən situatsiyanın qalibinə çevrilmə cəhdlərini qabartmağa çalışırdı. Lakin Ulu Öndər Heydər Əliyevin tarixi siyasi gedişləri, beynəlxalq aləmlə bərabərhüquqlu danışma imkanları, xarici düşmənlə atəşkəsə nail olması yeni mərhələnin başlangıcı oldu. Növbə daxili düşmənlə mübarizəyə gəldi. Ulu Öndərin məharətli gedişləri, manevr imkanları, xalqla ünsiyyət metodları həmin qüvvələrin təbliğ və təlqin siyasətini sıfırladı. Xalq – dövlət, xalq – rəhbər birliyi yad ünsirlərin daxilə sirayət imkanlarını stopladı.

Azərbaycanın 30 illlik işğal tarixində ölkəyə nüfuz etmək cəhdləri dəfələrlə oldu. Daxili qarşıdurmalar, igtişaşlar yaratma cəhdlərinin qarşısı uğurla alındı. Ulu Öndər ölkədə ilk dəfə olaraq Gənclər günü təsis etməklə, Azərbaycan gəncliyinə mesaj verdi: “Bu ölkə sənindir, sən sahib şıxmalısan. Əgər sahib çıxmayacaqsansa”... Onlarla, bəlkə də yüzlərlə nümunələr göstərildi. Şərqin on illərlə davam edən daxili münaqişələrinin, qərbin vülqar həyat tərzinin bu coğrafiya üçün yad olduğunu öyrətdi xalqına. Və nail oldu da. Ruhu zədələnmiş kiçik bir kəsim istisna xalq rəhbərinə bu günə qədər sədaqət nümayiş etdirir.

Bu bölgədə İranın təsir agentləri müxtəlif zaman kəsimlərində dəyişimə məruz qalsalar da, həmişə olub.

Azərbaycan mental dəyərlərinə zidd həyat tərzi, geyim forması, hətta danışıq üslubu belə yuxarıda qeyd olunanlar içərisindədir. Azərbaycan İran müstəvisindən baxarkən arzuolunmaz dövlətdir. On milyonluq xalqın yaratdığı dövlət artıq dünyaya nümunədir. Cənubi Qafqazın geopolitik iradə sahibidir. Bu xalqın böyük bir hissəsi – 40 milyonu isə İranda hüquqsuz formada yaşayır. İran dövləti cənublu qardaşlarımızın təhsil, mədəniyyət, dil, yazı və s. müstəqilliyni tanımaq istəmir.

Lakin Şimalda yuxarıda qeyd edildiyi kimi dünyanın ən nəhəg dövlətləri, İranın özü ilə belə bərabərhüquqlu dövlət kimi davranan, danışan müstəqil, suveren, güclü Azərbaycan var. İranın ən böyük qorxusu əhalisinin az qala yarısını təşkil edən soydaşlarımızın nə vaxtsa haqlarını tələbetmə instiktinin baş qaldırmasıdır. Məhz bu amil həmin ölkənin Azərbaycanın daxilinə nüfi\uz etməsi fərqli səslərin yaranmasına çalışmasıdır. Lakin nail ola biləcəkmi? Əsla. Zaman və tarixi reallıq onu göstərir ki, İran adlı dövlətin bu cəhdləri heç bir zaman uğurla nəticələnməyəcək.

Eyni situatsiya Rusiya ilə bağlı da, özünü göstərir. Bu ölkədə siyasi rəhbərlikdə kmin olmasından aslı olmayaraq yeni imperiya siyasəti həmişə olub. Tarixi hadisələr onu göstərir ki, bu vəziyyət yəqin ki, davam edəcək. Rusiya İrandan fəqli olaraq dini yox, çünki bu istiqamətdə o, imknlara sahib deyil, məhz etnik qruplar müstəvisində hücum planları hazırlayır. Müstəqilliyin müxtəlif dönəmlərində Azərbaycan bu kimi təhlükələrlə üz-üzə qalıb. Əslində bu gün də, həmin təhlükə sovuşmayıb. Azərbaycan Rusiyanın həzm edə bilmədiyi ölkələr siyahısındadır.

Ölkəmizin müstəqil, balanslı siyasət strategiyası Rusiyanın həzm edə bilmədiyi vəziyyətdir. Rusiya 70 ildən çox istismar etdiyi təbii sərvəti, insan resursunu itirdiyinin kinini yaşayır. Bu ölkə cəmi 34 il əvvələ qədər istismar etdiklərinin əlindən çıxdığı xiffətini yaşayır. Məhz onun üçün daxili qarışdırma siyasətini həmişə hazır saxlayır. Nail ola bilmədikdə cinayət tərkibli təxribatlar törədir. İllərlə formalaşdırdığı 5-ci kolonu işə salır. Nəticə etibarı ilə fiaskoya uğrayır.

Rusiya 2020-ci ildə Azərbaycanın öz tarixi ərazilərini azad etməyə mane olmağa cəhdlər etsə də, nəticə əldə edə bilmədi. Sabotaja üstünlük verdi. Lakin yeni bir nəticəsizliklə üzləşdi. Çünki Rusiyanın təsir agentləri təsir imkanlarından məhrum olmuşdular. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin o, qədər uğurlu daxili strategiyası var idi ki, yaşından və cinsindən aslı olmayaraq hər kəs öz Liderinin bir əmrinə, bir çağrışına hazır idi. Davamlı nəticəsizlik bu dövlətləri daha aqressiv etdi. Lakin bu aqresivlik heç nəyi dəyişmir, əslində mahiyyəti ortaya qoyur.

Əgər həmin dövlətlərin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış “layihələr” icra olunma mərhələsinə keçsə idi, bu gün nə suveren, nə də, müstəqil Azərbaycan olardı. Qonşu və düşmən Ermənistan bu məsələdə əyani sübutdur. Ölkənin nəinki siyasi müxalifəti, hətta dini kəsim belə Rusiya vassalıdır. Nəzrə almaq lazımdır ki, İranın və Rusiyanın Azərbaycanda yaratmaq istədikləri də məhz bu vəziyyət idi.

Bəzi Qərb və Avropa dövlətlərinin Azərbaycana təsir etmə cəhdləri heç də, İran və Rusiyadan fərqli deyil. Bu ölkələrin də “siyasətlərinin” mahiyyətində pul və güzəştlər durur. Milyonlarla vəsaitin “bir vərəqlik” hesabatlı günləri olub Azərbaycanda. Media qurluşları yaradılıb, QHT-lər təsis edilib, hətta siyasi partiya rəhbərliyinə belə nüfuzlar olunub. Demokratiya, söz azadlığı adı altına xaosa, özbaşınalığa cəhdlər edilib. Bir milyondan çox azərbaycanlının haqqı, hüququ tapdalananda görməzdən gələnlər, təsir agentləri ifşa olunanda haray-həşir salmaqla nəyə isə nail olmağa çalışıblar.

Azərbaycan əleyhinə qətnamələr, qərarlar qəbul etdiriblər. Ölkə haqqında pis rəy yaratmaq istəyiblər. Bu cəhdlər dünən də, var idi, bu gün də, var. Yəqin ki, sabah da, olacaq. Bu dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın qalib dövlət olmasını həzm edə bilmirlər. Çünki on illər boyunca təsir imkanları əllərindən çıxıb. Heç bir taktika, heç bir strategiya işləmir. Xalq nəticə etibarı ilə Liderini dəstəkləyir. Lider xalqın rifahı üçün çalışır.

Belinski deyirdi ki, vətəninə mənsub olmayan insan bəşəriyyətə də mənsub deyil”. Bu gün Azərbaycan insanı uğrunda qan tökdüyü Vətənini kimsəyə güzəştə getmək zehniyyətindən tam uzaqdır. Çünki bu Vətənə - Azərbaycana mənsubdur. Artıq hamı, hər kəs fəxr edir ki, Azərbaycanlıdır.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial Tərəqqinin Dəstəklənməsi İctimai birliyinin həyata keçirdiyi "Xarici təsirlər milli təhlükəsizlik problemi kimi" adlı layihəsi çərçivəsində hazırlanmışdır. Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri