Icma.az
close
up
RU
Xaşa görə QALMAQAL: “Çox böyük qələt edirlər” KONKRET

Xaşa görə QALMAQAL: “Çox böyük qələt edirlər” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar artist Vasif Məhərrəmlinin “Günə bax” verilişində xaşın hambal yeməyi olduğunu deməsi müzakirələrə səbəb olub. 

Sitat: “Mən xaşı limonla yeyirəm. Xaş hambal yeməyidir. 20-ci əsrin əvvəlində İrandan axın edənlər içərisində əziyyət çəkən hamballar var idi. Onlar o vaxta qədər qoyunun, dananın başı ilə ayağını atırmışlar. Hansısa bir novator hambal onu bişirir, xaş olur”.

Xatırladaq ki, bu iddialar vaxtaşırı yayılıb. Bildirilir ki, heyvanın istifadə olunmayan, atılan əzalarını bişirib hamballara verirmişlər. Kalorili olduğu üçün bu qida onları tox tuturmuş.

Bəzi iddialara görə isə keçmişdə xaşı xanlar, bəylər yeyib.

Bunların hansı doğrudur?

KONKRET.az bildirir ki, Globalinfo.az-a danışan Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq direktoru Tahir Əmiraslanov Vasif Məhərrəmlinin onun üçün hörmətli və əziz insan olduğunu vurğulayıb.

O deyib ki, yemək məsələsi ifaçının sənəti ilə bağlı olmadığı üçün təbii ki, səhv edə bilər:

“Məntiqlə rəiyyət, qara camaat və ya kasıblar üçün olan yeməklərin reseptləri adətən saray aşpazlarının mətbəx kitablarına düşmür və düşməməlidir. Bunlar bir az məntiqi kənara qoyurlar. Deməli, Çingiz xan üçün yazılmış uyğur aşpazın kitabında xaş var və hətta Çingiz xanın xaşı çox sevdiyini deyirlər. Sultan Məhməd Fateh də xaşı çox sevirdi. Saray aşpazlarının kitabında bu xörək “baş-ayaq”, “kəllə-paça”, “paça”, “xaş” və müxtəlif adlarla dəfələrlə təkrar olunur. Baxsanız, görəcəksiniz ki, Nizami Gəncəvi 12-ci əsrdə yazdığı “İskəndərnamə” əsərində İskəndərin qara qoyunun baş-ayağından hazırlanmış xaşdan ləzzətlə yediyini yazır. Bu, adi yemək olsaydı onu İskəndərə aid etməzdi. XV əsrdə Sultan Muradın azərbaycanlı baş aşpazı Məhməd Şirvaninin kulinariya kitabında onlarla xaş növü var. Saray aşpazlarının kitablarında bu yemək xüsusi yer tutur”.

Mütəxəssis xaşın kasıbların, yetim-yesirlərin yeməyi olması haqda yazılan əfsanələrin olduğunu qeyd edib:

“Bu, vaxtilə ermənilər tərəfindən yazılmışdı, yayılırdı, indi də yayılır. Bunu da öz milli yeməkləri etməyə çalışırlar. Guya türklər bunları yeməyib, atıb deyə onlar da götürüb, ondan yemək icad ediblər, bişiriblər. Amma çox böyük qələt edirlər. Çünki 100 kiloqramlıq dana kəsilərdisə, onun 10 kilosu baş-ayaq və içalat, qalanı ət olardı. Çox məhsulun qiyməti isə ucuz olur. Biz saray mətbəxinin dəftərlərinə baxanda orada sultanlar, şahlar, xanlar üçün kəllə-paça, baş-ayaq, içalat, qara ciyər alındığını görürük. Sarayda ciyər kababı verilirdi. Ondan başqa da xaş və bəzi növ yeməklər toylarda təqdim olunurdu. Əsasən də döyüşçülərə verilirdi, çünki güclü yeməkdir. İndi deyirlər ki, guya şahlarımız yeyib-içib, sarayda yatmaqla məşğul olublar. Amma elə deyil. Onlar səhərdən axşama kimi həm oxuyurdular, həm məşq edirdilər, həm döyüşlərdə olurdular. Bizim şahlarımızın çoxu döyüşçü idi. Sizcə, Şah İsmayıl Xətai güclü yemək yeməsəydi, əlindəki qılıncla topun lüləsini kəsməyi bacarardımı? Xaşla bağlı olan söhbətlər yanlışdır və bunu yığışdırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, xaş da digər yeməklərimiz kimi Ermənistanın rəsmi, milli irs saytının içində 250 xörəyimizlə bir yerdə yerləşdirilib. Bunu mühafizə etmək əvəzinə, səs-küy yaratmasınlar”.

Tahir Əmiraslanov deyib ki, ümumiyyətlə, hər kəs öz sənəti, öz işi ilə məşğul olsun:

“Mən gedib, başqasının yerinə nə mahnı ifa edə bilərəm, nə xarrat, nə dəmirçi ola bilərəm. Ona görə də o sahələrdə fikir yürütməyin həmin sənətkarlara verilməsi yaxşı olar. Vasif Məhərrəmov fikir söyləyib və onun səhv etmək haqqı var. Çünki o, aşpaz deyil. Bunu tirajlamaq lazım deyildi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Fevral 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri