Xatirələr yavaşyavaş məni tərk edir
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
"699 gün oldu. Artıq xatirələr də yavaş-yavaş tərk edir məni. Əvvəldən də yaddaşım elə də güclü deyildi, indi isə tamamilə yoxa çıxıb. Tünzalənin telefonundan tez-tez özümə zəng edirəm. Bu, məni az da olsa rahatladır. Tünzalənin mənə dediyi sözləri və həmin anı yenidən yaşayıram".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşımında yazıb.
"Tülüfonu açanda ilk sözü "eşqim" olurdu. Bəzən eşidirəm ki, kimsə həyat yoldaşından ayrılmaq qərarı alıb. Qəribə həyatdır, mən dünyada olmayan həyat yoldaşımı istəyirəm, ona qovuşacağım günün xəyalını qururam, ailəsi sağ olanlar isə onu dağıtmağa çalışırlar. Allah şahiddir ki, Tünzalə dünyadan köçəndən bu günə kimi ona xəyanət etməmişəm. Qızıma şərəfli ad qoyub gedəcəyəm. O da başı uca gəzəcək" deyə, o, paylaşımında əlavə edib.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
Baxış sayı:90
Bu xəbər 21 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















