Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Xərçəng Azərbaycanda əl qolunu açır: hansı tədbirlər görülməlidir?

Xərçəng Azərbaycanda əl qolunu açır: hansı tədbirlər görülməlidir?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Son illər Azərbaycanda onkoloji xəstəliklər sürətlə artmaqda davam edir. Rəsmi rəqəmlər də bu sahədə vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Belə ki, statistikaya görə, 2023-cü ildə qeydiyyatda olan onkoloji xəstələrin sayı 69 435 nəfər olduğu halda, 2024-cü ildə bu göstərici 73 875 nəfərə yüksəlib. Həmin illərdə ilk dəfə xərçəng diaqnozu alanların sayı da müvafiq olaraq 13 666-dan 15 164 nəfərə qədər artıb. Bu artım həm qadınlar, həm də kişilər üzrə fərqli dinamikada özünü göstərir: 2024-cü ildə 8 051 qadın və 7 113 kişi ilk dəfə xərçəng diaqnoz ilə üzləşib.


Xəstəlik yükünün ağırlaşması ölüm göstəricilərinə də yansıyır. 2023-cü ildə xərçəngdən həyatını itirənlərin sayı təxminən 9 681 nəfər təşkil edib. GLOBOCAN-2022-nin məlumatlarına görə, ölkədə beş il ərzində sağ qalan onkoloji xəstələrin sayı 46 618 nəfər, yeni diaqnoz qoyulanlar isə 18 503 nəfərdir. 2022-ci il üzrə xərçəngdən ölənlərin sayı isə 11 314 nəfər olaraq qeydə alınıb.


Səhiyyə ekspertləri bildirirlər ki, Azərbaycanda ölüm səbəbləri sıralamasında ürək-damar xəstəlikləri birinci, onkoloji xəstəliklər isə ikinci yerdə qərarlaşıb: ürək-damar xəstəlikləri ölümlərin təxminən 60%-ni, xərçəng səbəbdən ölənlərin nisbəti isə təxminən 11%-dir.


Bu göstəricilərin fonunda Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı mövcud vəziyyətin daha dərindən dəyərləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, səhiyyə xərclərində ümumi artım olsa da, onkoloji xəstələrin dərman təminatı hələ də lazımi səviyyəyə çatmır və dövlət proqramları üzrə maliyyələşmənin artırılması labüddür.O bildirib ki, dünyada onkoloji xəstəlik ümidsiz diaqnoz kimi qəbul edilmir:


"Müasir terapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti on ildən daha uzun müddət yüksək həyat keyfiyyəti ilə yaşaya bilir. Bu səbəbdən də dövlətin onkoloji sahə üzrə proqramı çərçivəsində nəzərdə tutulan maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır".


R.Mahmudov həmçinin vurğulayıb ki, mövcud maliyyələşmə dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Onkologiyada target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır.


Deputat bildirib ki, İcbari tibbi sığortanın (İTS) üzərinə düşən yük son illərdə həddindən artıq artıb və bütün onkoloji dərmanların tam şəkildə İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər:


“Xəstələrin öz cibindən müalicə olunması real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək – minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək".

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında onkoloq Cəmilə Nəzirova bildirib ki, onkoloji sahədə dərman təminatı xəstələrin sağqalımına və həyat keyfiyyətinə birbaşa təsir edən ən kritik komponentlərdən biridir:

“Müasir immunoterapiyaların effektivliyi nəzərə alındıqda, bu istiqamətdə maliyyə dəstəyinin artırılması həm xəstələr, həm də ümumi səhiyyə sistemi üçün uzunmüddətli fayda yaradır. Ümid edirəm ki, 2026-cı il büdcəsində bu vacib sahəyə daha da gücləndirilmiş yanaşma əksini tapacaq.

Onkoloji xəstələrin sayının artmasına gəldikdə, bəli, bu rəqəmlər ölkəmizdə onkoloji yükün artdığını göstərir. Bu, eyni zamanda geniş skrininq və diaqnostika nəticəsində xəstəliyin daha erkən aşkarlandığını nümayiş etdirir”.

Onkoloji xəstələrin dərman təminatı məsələsinə toxunan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a açıqlamasında bildirib ki, əgər səhər tezdən Onkologiya Mərkəzinin qarşısında laboratoriya növbəsini görsək və Azərbaycandakı apteklərin sayına baxsaq, çox şey aydın olacaq:

“Ölkədə apteklərin sayı əksər ölkələrdə olduğundan təxminən 20 dəfə çoxdur. Qonşu Türkiyədə apteklər həftənin altıncı-bazar günü ümumiyyətlə, işləmir. Bizdə isə, təkcə Atatürk prospektində yerləşən bir binanın altında 10-a yaxın aptek var. İnsanların sürətlə “kimyalaşması” baş verir. Bu kimyalaşmanın səbəbi isə heç bir səviyyədə araşdırılmır.

Dərmanların qiymətinə gəlincə, bu, dövlət tərəfindən tənzimlənir. Amma qiymətlər bir çox ölkələrdəkindən bahadır. Məsələn, şəkər meyilli insanların istifadə etdiyi QalvusMet Azərbaycanda 75, Türkiyədə 15, İspaniyada 35, Filippində 18 manatdır. Bu o deməkdir ki, dərman biznesi burada öz işini görür. Dərmanların keyfiyyətsizliyini də öz yerində.

Bütün bunların fonunda insanlar niyə bu qədər apteklərə üz tuturlar? Gəlirik qidanın üzərinə. Deməli, qidada problemlər yaranır. Çünki biz nə yeyiriksə, oyuq. Həkimlərin qəbulunda, laboratoriya növbələrində dayananlar, qonşu ölkələrin klinikalarını dolduranlar da istehlakçılardır. Demək ki, qidada və suda problemlərin olması insanların bu vəziyyətə düşməsinə səbəb olur. Əlbəttə, başqa ölkələrdə də təhlükəli və keyfiyyətsiz qida var. Amma görünür ki, bizim insanların həm də qida mədəniyyətində problem mövcuddur. Onkoloji xəstəliklərin yaranmasında bəzi qidalar, eləcə də düzgün qidalanmamaq məsələsi də rol oynayır".


Mövzu ilə bağlı Bakupost.az -a danışan qida eksperti Fərid Səfərli isə bildirib ki, qidaların birbaşa xərçəng yaratdığını demək düzgün deyil, çünki xərçəng çoxfaktorlu bir prosesdir və genetika, hormonal vəziyyət, həyat tərzi, çəki, siqaret, spirt, ətraf mühit toksinləri və s. – hamısı birlikdə rol oynayır:

“Amma beynəlxalq elmi qurumların (WHO, IARC, FDA, EFSA) rəsmi olaraq “xərçəng riskini artırır” kimi təsnif etdiyi qida kateqoriyaları var. Bu qidalar “birbaşa səbəb” deyil, risk artırıcı faktor hesab olunur. Bunlar aşağıdakılardır:

1. Emal olunmuş ətlər (sosiska, kolbasa, sucuk, vetçina, basdırma).

Nitrit/nitrat əlavə edilməsi. Tüstülənmiş emal texnikaları.

2. Qızardılmış, yanmış və çox yüksək temperaturda bişmiş qidalar.

Məsələn: yanmış kabab, çox qızarmış kartof/fri, şorbada və ya plovda yanan dib hissə.

3. Şəkərli içkilər və yüksək şəkərli qidalar. Birbaşa xərçəng yaratmır, amma insulin müqaviməti, piylənmə və xroniki iltihabı artırdığı üçün bir çox növ xərçəng riskini yüksəldir.

4. Trans yağlı və çox emal olunmuş məhsullar.

Margarin, fast-food, paketlənmiş çərəzlər, hazır qənnadı məhsulları.

5. Çox duzlu, marinadlı və turşulu qidalar. Xüsusilə saxta üsulla turşulanmış, nitritli və keyfiyyətsiz məhsullar.

6. Keyfiyyətsiz saxlama nəticəsində kiflənmiş qidalar. Fındıq, badam, qoz, taxıl məhsulları, quru meyvələr.

8. Alkoqol.100% kanserogendir. Sinə, qaraciyər, yoğun bağırsaq, yemək borusu, ağız-boğaz xərçənginə səbəb olur".

Beləliklə, mövcud vəziyyət Azərbaycanda xərçəng xəstələrinin sayının artdığını göstərir. Xərçənglə mübarizə isə yalnız onkoloqların işi deyil. Bu sahəyə həm dövlət dəstəyi, həm də səhiyyə qurumlarının diqqəti artırılmalıdır. Həmçinin, xərçəng xəstəliyi, eləcə də düzgün qidalanma ilə bağlı əhalinin maarifləndirilməsinə ciddi ehtiyac duyulur.

Lalə Novruz, BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri