Xərçəng və qarın ağrısına qarşı şorba tövsiyəsi AÇIQLAMA
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tibb üzrə terapevt və televiziya aparıcısı Yelena Malışeva ilə kardioloq Hərman Qandelman ürək və damarların qorunması üçün gündəlik menyularına mərci şorbasını əlavə etməyi tövsiyə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Sağlam yaşa!” proqramının efirində məlumat verilib. O, həmçinin bildirib ki, bu yemək arıqlamağa da kömək edir.
Şorbanın tərkibinə mərci, pomidor, kərəviz, sarımsaq və su daxil olduğunu deyib. Onun sözlərinə görə, kərəviz və pomidorda damarları genişləndirən maddələr var ki, bu da arterial təzyiqi azaldır. Həmçinin, Qandelman əlavə edib ki, mərci xam liflə zəngindir və bu, aterosklerozun inkişafının qarşısını alır.
“Bizim mədəniyyətimizdə mərci yoxdur. Rus insanlarında ümumiyyətlə paxlalılardan istifadə yoxdur. Bu düzgün deyil,” - deyə Malışeva bildirib və mərci şorbasını öz sevimli yeməyi adlandırıb.
O həmçinin vurğulayıb ki, bu şorba artıq çəkidən xilas olmağa da kömək edir. “Bu superaşağı kalorili şorbadır; 100 qramında təxminən 40 kilokalori var,”- deyə həkim izah edib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 02 Mart 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















