Icma.az
close
up
RU
Xərçəngdən bu yollarla qorunun Vacib tövsiyələr

Xərçəngdən bu yollarla qorunun Vacib tövsiyələr

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Xərçəng bütün dünyada ürək və damar xəstəliklərindən sonra ən çox ölümə yol açan xəstəlikdir.

Publika.az xəbər verir ki, inkişaf etməkdə olan ölkələrdə bu xəstəliyin yayılma faizi artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq xərçəng araşdırmalarını apardığı GLOBOCAN adlı layihənin nəticələrinə görə, ötən il 18 milyon insana xərçəng diaqnozu qoyulub. Bu xəstəlikdən ölənlərin sayı isə 9,5 milyonu keçib.

Bəs xərçəngdən qorunmağın yolları varmı?

Xərçəng xəstəliyinin yaranmasında genetikanın 5-10, ətraf mühitin isə 90-95% rolu var. Bu ətraf mühit faktorlarının 30%-ni isə qida rasionu təşkil edir. Dolayısı il sağlam qidalanaraq xərçəng riskini 30-% aşağı salmaq mümkündür. Üstəlik, sağlam qidalanma ilə yanaşı, hər gün 30 dəqiqə nizamlı yürüş etmək və ideal çəkidə qalmaqla bu faizi 40-a çıxara bilərsiniz.

Sağlam qidalanmaya dair tövsiyələr

1. Çoxçeşidli tərəvəz və meyvələrdən istifadə edin.

Aparılan araşdırmalar sayəsində məlum olub ki, gündəlik meyvə və tərəvəz tələbatını təmin edənlər etməyənlərlə müqayisədə 10 faiz daha az xərçəng riski daşıyır. Bunun üçün hər gün mümkün qədər fərqli rənglərdə tərəvəz və meyvə yeyin. Çünki nə qədər fərqli rəngdə yesəniz, antioksidant çeşidi o qədər çox olar. Qadınlar gündə 2-3, kişilər isə 3-4 porsiya meyvə yeməlidir. Tərəvəzlər həm vitamin, həm də mineral qaynağıdır. Bu cür qidalanma, xüsusilə, həzm sistemi orqanlarını xərçəngdən qoruyur. Gündə 2-3 qab çiy, 6-8 yemək qaşığı zeytun yağı ilə bişmiş tərəvəz yeməyi vərdiş halına gətirin. Meyvə-tərəvəzin mövsümü olmasına diqqət edin.

2. Taxıl və paxlalılar fəsiləsinə yaxın olun

Məşhur pəhriz menyuları sayəsində tək tip qidalanma faizləri artıb. Ancaq yaxşı qidalanmaq demək hər qidadan yetəri qədər qəbul etmək deməkdir. Yəni tək tip qidalanırsınızsa, əslində, sağlam qidalanmırsınız. Buna görə də karbohidratı həyatınızdan çıxarın. Taxıl B1 vitamini qaynağıdır.

B1 həm bədənin enerji sisteminin işləməsi üçün vacibdir, həm də xoşbəxtlik hormonu kimi tanıdığımız “serotonin”in əsas maddəsidir. Sağlam olmaq fiziki və ruhi baxımdan yaxşı halda olmaqdır.

Depressiya immun sistemini çökdürərək xərçəng də daxil olmaqla, bir çox sistematik xəstəliyin yaranma riskini artırır. Buna görə də hər gün tam buğda unundan çörək, yulaf, şorba və bukqur kimi taxıl qaynaqlı, həftədə minimum 2 dəfə mərci, paxla və noxud şorbası içməyə üstünlük verin.

3. Həftədə 2-3 gün balıq

Aparılan araşdırmalara görə, insan sağlamlığına bir çox faydası olan Omeqa3 yağ turşuları, eyni zamanda, xərçəngin yaranma riskini aşağı salır. Bu turşuların müdafiə potensialından faydalana bilmək üçün həftədə 2-3 dəfə buğlama və ya sobada bişirilmiş balıq yeyin.

4. Qırmızı ətdən istifadəni məhdudlaşdırın.

Həddindən artıq qırmızı ət yemək mədə və bağırsaq xərçənginin riskini artırır. Buna görə də ətdən istifadəni həftədə 2 dəfədən çox etməyin. Maksimum 350 qr qırmızı ət yeyin. Ət bişirərkən qızartma və qovurma yerinə, sobada, buğda və qaynadılaraq bişirilmə üsullarına üstünlük verin. Ümumdünya Səhiyyə Təşkilatına görə, 50 qr ət xərçəng riskini 18% artıra bilir.

5. Şəkərdən uzaq durun.

Kəskin şəkildə rəfinə edilmiş şəkərdən istifadə həm enerji təminatını, həm də insulin səviyyəsini yüksəldərək yağ toxumasının artmasına səbəb olur. Artan yağ toxuması da xərçəng riskini artırır. Bunun qarşısını almaq üçün gündəlik 2000 kalorilik qida qəbulunuzun 100 kalorisinin şəkərdən alınmasına diqqət edin.

6. Probiotiklərə diqqət edin.

Bağırsaqlar immun sistemimizin böyük əksəriyyətindən məsuliyyət daşıyır. Bağırsaqlardakı hər hansı problem immun sistemini aşağı sala bilər. Bu da bir çox xəstəliyə səbəb olar. Bu xəstəlikdən biri də xərçəngdir. Bağırsaqlarda yaxşı və pis bakteriyalar balanslaşdırılmış formadadır. Lakin pis qidalanma, siqaret, stress və spirtli içki kimi zərərli təsirlərdən dolayı bu balans pozula bilər. Bunun üçün qatıq və kefir kimi təbii probiotik qidalardan istifadə edin. Gündə 3 fincan qatıq və ya kefir yeyin.

7. Doymamış yağ turşularını unutmayın.

Tərkibində xərçəngə qarşı qoruyucu olan təkli və çoxlu doymamış yağ turşuları olan soya, kətan toxumu, fındıq və qoz kimi qidalara rasionunuzda yer açın.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri