Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Xərçəngdən də ağır xəstəlik So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Xərçəngdən də ağır xəstəlik So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Heydər Oğuz, jurnalist:

- Rus nümayəndə heyəti İstanbul görüşündə Ukraynalı tərəf-müqabilləri qarşısında 5 şərt qoyub. Həmin şərtlər bunlardır:

1. "Neytral" status: Ukrayna ərazisində xarici qoşunlar və ya kütləvi qırğın silahları olmamalıdır. Bu məsələdə "Avstriya neytrallıq modeli" əsas götürülməlidir.

2. Təzminat yoxdur: Hər iki tərəf müharibə nəticəsində dəymiş ziyana görə kompensasiya tələbindən imtina etməlidir.

3. Rusdillilərin hüquqları: Ukrayna azlıqların hüquqlarına dair Avropa standartlarını qəbul etməli və "millətçi təbliğata" son qoymalıdır.

4. Ərazilərin "tanınması": Kiyev Moskvanın Ukraynaya məxsus beş vilayətə - Donetsk, Luqansk, Xerson, Zaporojya və Krıma qarşı "konstitusion" iddialarını inkar etməməlidi.

5. Dərhal geri çəkilmə: Ukrayna ordusu Rusiyanın özününkü hesab etdiyi 5 vilayətdən dərhal geri çəkilməlidir.

Aslan İsmayılov, hüquqşünas:

- Bu yaşımda yaşadıqlarımdan, gördüklərimdən insanlara, o cümlədən doğmalarıma nə məsləhət görərdim.

Yaxından tanıyanlar uşaqlığımdan çox çətin və keşməkeşli həyat yolumun olduğunu bilirlər. Həyatımda ata və anamı tez itirdiyimdən başqa heç nədən heyifsilənmirəm. Bir daha doğulsam, yenə də bu çətin həyat yolunu seçərdim, çünki həyatımda yalan danışmadım, ümumi fikirə qoşulmadım, nə qədər çətin olsa da, düz bildiyimi etdim, kimlərəsə pislik etmədim, bacardığım qədər imkansızlara kömək etdim, etdiyim yaxşılıqların heç vaxt qarşılığını gözləmədim, çünki özümü anlayandan Uca Allahın hər kəsin əməlinə görə cavabını verdiyinə inanmışam. Çoxlu sayda imkansız gənclərə öz doğma balalarıma etmədiyimi etdim, "sağ ol" deməmələri bir yana, bəzilərindən əvəzində pislik gördüm, ancaq heç birinə pislik arzulamadım. Ən namərd addımlarında belə bir istəyim oldu ki, səhv etdiklərini anlasınlar, mənə görə yox, özlərinə görə, çünki o addımların bədəlini həyatlarında ödəyəcəklərini belə onlara qıymadım.

Bu yaşımda mənim üçün ən vacibi odur ki, heç vaxt heç kimin kölgəsinə sığınmadım, heç kimin qarşısında gözükölgəli olmadım. Başıma gələn bütün bəlalar da əsasən bununla bağlı oldu. Bütün dövrlərdə səlahiyyət sahibləri məni gözükölgəli etmək istədilər, ona görə də heç vaxt qanunsuzluq, pislək etməsəm də, əksəriyyəti hər an məni məhv etməyə hazır oldular və bu gün də hazırdırlar.

Bu yaşımda çox xoşbəxtəm, çünki ən azından 1989-cu il Sumqayıt hadisələrində xalqımıza qarşı atılmış böhtanı Sovet İmperiyasının varlığı dövründən ömrüm boyu ifşa etməklə məşğul oldum, 1993-cü ildə rus, fars nökərləri Vətənimi hərraca çıxaranda həyatımı riskə atıb Milli Məclisin tribunasından onları ifşa etdim. 1993-cü il 15 iyunda İncəsənət Muzeyindən xalqımıza məxsus 300 dəyərli əsərin Vətənimə qaytarılması üçün uzun illər mübarizə apardım, ABŞ məhkəmələrində çıxışlar etdim və 1999-cu ildə həmin əsərlərin Azərbaycana qaytarılmasına nail oldum, 1994-cü ildə ermənilər tərəfindən vuruşan rus kazaklarının Rusiyanın tanınmış Kazak Atamanları tərəfindən müharibə zonasından geri çağırılmalarına nail oldum, 2016-cı ildə Bayıl yamacında 5 hektar zibilxananı təmizləyib 1000-dən artıq Xan Çinarı ağacı, 3 mindən artıq qızılgül kolu əkdim və bu gün artıq Bakının ən gözəl gəzməli məkanına çevirdim, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı xalqımın, dövlətimin yanında oldum, çoxlarının hələ də bilmədiyi bacardığım işləri gördüm. Bu siyahını uzatmaq da olar.

Bu yaşda anlayırsan ki, bu dünyadan apardığın 3 metrə bez olur. Bir də ömür sona yetişəndə "kaş ki" sualları çoxalır. Şükür Allaha ki, məndə bu günə qədər bu sual yaranmayıb və Uca Allahdan arzum odur ki, bundan sonra da yaranmasın.

Son gəldiyim nəticə odur ki, var-dövlət, vəzifə hamısı boş şeydir, var-dövlət hərisliyi, acgözlük ən böyük bədbəxtçilikdir. Çalışmaq lazımdır ki, ömrün sonlarında "kaş ki" sualların olmasın, olsa da, az olsun. Bunun üçün isə ancaq yaxşılıq etmək lazımdır. Paxıllıq xərçəngdən də ağır xəstəlikdir, daim insanı içindən yeyir, adi həyat sevincini sənin əlindən alır. Həyatda ən böyük səadət isə ailə xoşbəxtliyidir. Çalışın yaxşılıq edin, ətrafınıza xoşbəxtlik arzulayın, çünki xoşbəxtliyin düsturu çox sadədir. Xoşbəxt olmaq istəyirsinizsə - ətrafınıza xoşbəxtlik arzulayın!

Fərid Pərdəşünas, texnobloger:

- Dünən "Dahua" brendinin bir neçə son texnoloji məhsulu ilə tanış oldum. Son illərdə süni intellektin sürətli inkişafı müşahidə sistemlərinə də ciddi təsir edib. Artıq bir kamera təkcə görüntü qeydə almır, süni intellektlə kimin görüntüsünü də qeydə aldığını anlayır, məlumatı toplayır və ondan istifadə edir.

Bu istiqamətdə "Dahua"nın ciddi təkmilləşmiş şəhər və ictimai təhlükəsizlik həlləri var. Əlavə olaraq, brendin "WizColor" texnologiyası demək olar ki, gecəni gündüz kimi göstərə bilir. Bu, yeni ISP texnologiyasıdır - hansı ki, görüntü yaradan pikselləri böyüdüb (təqribən 2.9 mikrona qədər), işığı udan diafraqramı açmaqla (f1.0 kimi) aydın görüntü yaradır.

Ümumiyyətlə, "Dahua" Azərbaycan bazarında da aktiv oyunçulardan biridir və dünən gün boyu son texnoloji yeniliklərini partnyor şəbəkəsinə təqdim etdilər. Məni də tanışlıq üçün dəvət etmişdilər. Bu brendin ev üçün sensorlarını istifadə etmişəm, təhlükəsizlik baxımından ideal çalışırlar.

Elxan Şahinoğlu, politoloq:

- Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbuldan ayrıldıqda atəşkəslə bağlı təkliflərini hazırlayacaqlarını və bir-birlərinə təqdim edəcəklərini razılaşdırıblar. Bundan da müsbət nəticə çıxmayacaq. Çünki Rusiya tərəfi Kiyevə göndərəcəkləri "təkliflərində" İstanbuldakı tələblərini təkrarlayacaqlar: "Ukrayna Rusiyaya biriləşdirilən 4 bölgənin tamamından çəkilməlidir". Gərək nə qədər həyan olmasın ki, bir dövlətin işğal etdiyin ərazisindən əlavə, işğal etmədiyin ərazini də tələb edəsən. Kiyev belə atəşkəsi qəbul etməyəcək. Rusiya hakimiyyəti belə olan halda "biz uzun illər savaşı davam etdirməyə hazırıq" yanaşmasını ortaya qoyub. Kremli insan həyatı narahat etmir, yüz minləri ölümə göndərir ki, əlavə torpaq zəbt edə bilsin. Halbuki cəbhədə öldürülən özününkülərin sayı artır ki, başqa millətlərin nümayəndələrini də ölümə təşviq edir.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- 140 illik tarix bağlandı - "Baktelecom" rəsmən tarixə qovuşdu.

Bütün dövlət telekom operatorlarını özünə birləşdirən "Aztelekom" vahid milli telekom operator olaraq fəaliyyətə başladı.

Azərbaycanda telefon rabitəsi 1881-ci ildə "Nobel qardaşları cəmiyyəti" tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılıb.

1886-cı ildən isə artıq indiki "Baktelecom"un bünövrəsi hesab olunan Bakı Şəhər Telefon Stansiyası fəaliyyətə başlayıb.

Sonralar bu qurum müxtəlif adlarda, gah dövlət, gah da özəl olaraq fəaliyyət göstərib.

Bu qurum müxtəlif zamanlarda Bakı Şəhər Telefon Stansiyası,  Bakı Şəhər Telefon Şəbəkəsi,  "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB), "Bakı Telefon Rabitəsi" MMC, "Baktelecom" olaraq adlanıb.

2017-ci ildə BTRİB yenidən təşkil olunaraq "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom ) olaraq fəaliyyət göstərib.

Son zamanlar isə "Baktelecom" olaraq AZCON nəzdində fəaliyyət göstərirdi.

"Baktelecom" nəhəng qurum olub.

"Aztelekom" isə məhz bu qurumdan, o zaman Bakı Şəhər Telefon Stansiyası adlanan qurumun parçalanması ilə yaradılıb.

Daha dəqiq desək, 1933-cü ildə Bakı Şəhər Telefon Stansiyası Bakı şəhərində və regionlarda telekommunikasiya fəaliyyətinə cavabdeh olan iki quruma ayrılıb.

İndiki "Aztelekom"un ilk bünövrəsini təşkil edən Bakı Şəhərlərarası Telefon Stansiyası  məhz bu ildə yaradılıb və Azərbaycanın rayonlarında telekommunikasiyanın fəaliyyətinə cavabdeh qurum olaraq fəaliyyətə başlayıb.

Sonralar "Bakı Şəhərlərarası Telefon Rabitəsi" İstehsalat Birliyi olaraq fəaliyyət göstərib.

1992-ci ilin avqust ayında isə "Bakı Şəhərlərarası Telefon Rabitəsi" İstehsalat Birliyi əsasında indiki "Aztelekom" İstehsalat Birliyi yaradılıb.

"Aztelekom" İstehsalat Birliyi isə 2015-ci ildə "Aztelekom" MMC-yə çevrilib.

Beləliklə, 2025-ci ilin 16 may tarixində "Aztelekom" nəinki vaxtilə ayrıldığı qurum olan "Baktelecom"u, eləcə də dövlət sektorunda sektorda mövcud olan bütün telekommunikasiya qurumlarını özünə birləşdirməklə "Aztelekom" olaraq yenidən fəaliyyətə başlamış oldu.

Hazırda "Aztelekom"un təsisçisi AZCON hesab olunur.

Xatırladıram ki, uzun illər Antiinhisar "Aztelekom" və "Baktelecom"un birləşməsinə antiinhisar qanunvericiliyin tələblərinin pozulması baxımından icazə verməyib.

Bununla bağlı bir neçə illər davam edən məhkəmə çəkişmələri olub.

İndi isə görünən odur ki, RİNN-in apardığı siyasət nəticəsində nəinki "Baktelecom", həm də sektorda olan bütün telekom operatorlar və aidiyyatı qurumlar da "Aztelekom"a birləşdirildi.

Beləliklə də, 140 illik tarixi olan, 1880-ci illərdən fəaliyyətə başlayan, Baki şəhərində telekommunikasiya və internet işlərinə cavabdeh olan "Baktelecom" 2025-ci ildə bir qurum olaraq ömrünü başa vurdu.

Artıq ölkədə dövlət sektorunda telekommunikasiya operatoru olaraq vahid bir qurum - Aztelekom fəaliyyət göstərəcək.

Əlbəttə, belə nəhəng təmərküzləşmədə müəyyən risklər gözlənilsə də, təbii inhisarçıların bir qurum olaraq birləşdirilməsi,  inzibati proseslərin sadələşdirilməsi, dövlətə məxsus resurslardan effektiv istifadə, optimallaşma və qənaət baxımından atılan addımlar uğurlu hesab oluna bilər.

Xatırladıram ki, 2025-ci ildə uğurla yekunlaşmış, bütün ölkə üzrə internetə əlçatanlığı təmin etmiş   "Onlayn Azərbaycan" meqalayihəsinin əsas operatoru da "Aztelekom" MMC-dir.

Hazırda "Aztelekom" yalnız internetdən hər ay 75 milyon manat gəlir əldə edir.

Yeri gəlmişkən, xatırladıram ki, keyfiyyətli internetə əlçatanlıq təmin edilsə də, hələ də ölkədə internet tariflərinin əlçatanlığı  müəyyən təbəqələr, xüsusən regionlarda yaşayanlar və bizneslə məşğul olmayanlar üçün yetərli deyil.

"Aztelekom" hələ də internet qiymətlərində vətəndaşlar üçün tələbata uyğun  seçim imkanlarını yaratmayıb.

Bildiyim qədər hazırda AZCON tərkibində fəaliyyət göstərən "Aztelekom"da əlçatan tariflərin hazırlanması istiqamətində işlər aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:305
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri