Icma.az
close
up
RU
Xərçəngi müalicə edən məşhur Moerman pəhrizi

Xərçəngi müalicə edən məşhur Moerman pəhrizi

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Ən qorxulu xəstəliklərdən sayılan xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və digər pəhrizlər həmin qida sistemlərinə aiddir.

Dəhşətli xəstəlik əleyhinə tətbiq edilən ən məşhur qida sistemi Moerman pəhrizidir.

AZƏRTAC bildirir ki, Kornelus Moerman XX əsrdə Niderlandda yaşayıb və 96 yaşında vəfat edib. O, öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub. Lakin tibb elminin həmin üsulu qəbul etməsi heç də asan başa gəlməyib. Həkimlər niderlandlı təbibin pəhriz üsulunu təpki ilə qarşılayır və səbəb kimi sistemin sadə olduğunu arqument göstərirdilər. Pəhriz rahat tapılan və hər kəsin əldə edə biləcəyi ərzaqlardan ibarətdir. Hətta Moerman pəhrizi həkimlərin ümidsiz yanaşdığı və yaxud müalicəsindən imtina etdiyi ən çarəsiz onkoloji xəstələrin də sağalmasına kömək edib. 1987-ci ildə Niderlandın səhiyyə nazirliyi Moermanın pəhriz metodunu təsdiq edib. Xərçəng əleyhinə yönələn həmin pəhrizi ikiqat Nobel mükafatçısı L. Pollinq də dəstəklədiyini bildirib.

Moerman pəhrizi nəticəsində xəstənin immun sistemi güclənir, həmçinin çoxlu miqdarda təbii ərzaqların davamlı şəkildə qəbulu maddələr mübadiləsini qaydaya salır.

Dünya səviyyəsində həkim və xəstələrin rəğbətini qazanmış Moerman metodunun əsasını çiy və buxarda hazırlanmış tərəvəzlər- yaşıl noxud, kartof, çəfəri, rəvənd, kələm (hətta turşuya qoyulmuşu da), meyvələr - portağal, limon, alma, kök, çuğundur, onlardan çəkilmiş təbii şirələr, kəpəkli undan hazırlanan çörək, təmizlənməmiş düyü, buğda kəpəyi, yulaf və arpa yarmaları, qarğıdalı və buğda lopaları, yumurta sarısı, bal, bitki çayları, soyuq sıxma üsulu ilə alınmış zeytun yağı və dəniz duzundan istifadə təşkil edir.

Ağ çörək, makaron, şirniyyat, biskvit, pirojna və kekslər, ət və toyuq, onların bulyonları, rafinə edilmiş qənd, balıq və molyusklar, süd məhsulları, yumurtanın ağı, göbələk və göbələk bulyonu, rafinə olunmuş bitki yağı, konservant və rənglər, xörək duzu, spirtli içki, tünd çay və qəhvə qəbul edilməsi məsləhət görülmür.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri