Icma.az
close
up
RU
Xərçənglə Mübarizə Günü: Azərbaycanda vəziyyət necədir?

Xərçənglə Mübarizə Günü: Azərbaycanda vəziyyət necədir?

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün dünyada Xərçənglə Mübarizə Günüdür. 2008-ci ildə yazılmış Ümumdünya Xərçəng Bəyannaməsinin məqsədlərini dəstəkləmək üçün Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı (UICC) tərəfindən keçirilir.

Ümumdünya Xərçənglə Mübarizə Gününün əsas məqsədi xərçəngin yaratdığı xəstəlikləri və ölümləri əhəmiyyətli dərəcədə azaltmaq və xəstəliyə diqqəti çəkmək üçün beynəlxalq ictimaiyyəti bir araya gətirməkdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2022-ci ildə dünyada təxminən 20 milyon yeni xərçəngə tutulma qeydə alınıb, 9,7 milyon insan xərçəngdən dünyasını dəyişib. Hesabata görə, hər beş insandan biri həyatında xərçəngə tutulur, hər doqquz kişidən, hər on iki qadından biri bu xəstəlikdən vəfat edir.

Təşkilatın proqnozlarına görə, 2050-ci ilə qədər hər il 35 milyon yeni xərçəngə tutulma qeydə alınacaq, bu da 2022-ci illə müqayisədə 77% artım deməkdir. Ekspertlər qeyd edir ki, pandemiya dövründə xərçəng diaqnozu və müalicəsi ciddi şəkildə azalıb. Dünyada 1 milyon xərçəng halı pandemiya səbəbindən vaxtında aşkar edilməyib. 2020-ci ilin ilk ilində xərçəng diaqnozu 23%, müalicə isə 28% azalıb. Xərçəngin erkən aşkar edilməsi üçün nəzərdə tutulan skrininq testləri də əhəmiyyətli dərəcədə azalıb, bəzi ölkələrdə isə bu rəqəm 59%-ə çatıb.

Modern.az Azərbaycanda xərçəng xəstələri ilə bağlı vəziyyəti öyrənmək üçün Azərbaycanın baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə həmsöhbət olub.

O bildirib ki, 2023-cü ildə Azərbaycanda 69435 nəfər onkoloji xəstə olaraq qeydiyyatda olub: "Onlardan 25257 nəfəri 5 il və 5 ildən yuxarı yaşayanlar təşkil edib. Çox əfsuslar olsun ki, xərçənglə mübarizə yalnız 4 fevralda yada düşür. Bu bütün dünyada problem olan bir xəstəlikdir, problem isə bir gündə qabardılmır. Bu hər saat, hər gün qabardılmalıdır. Bu mübarizəni hər gün sizli-bizli aparmalıyıq".

Onkoloqun sözlərinə görə, mübarizə dedikdə ilk yerdə maarifləndirmə durur.

"Maarifləndirmə isə bu gün 0 dərəcəsindədir. Çünki ən güclü maarifləndirmə mexanizmi televiziyalardır. Televiziyalarda da bizim müğənnilərimiz, aktrisalarımız, aktyorlarımız, aparıcılarımız imkan verməzlər ki, bir saat onkologiyaya həsr olunsun, bir onkoloq çıxıb xəstəlik haqqında əhalini maarifləndirsin. Bunun nəyi pisdir ki?! Ona görə də mübarizədə maarifləndirmədən başlamaq lazımdır, bu isə tək onkoloqun işi deyil. Bütün əhali, səhiyyə sistemi əl-ələ verib bu işi görməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see274

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see264

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see264

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see260

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see243

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see239

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see231

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see218

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see197

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see197

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see195

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see192

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see190

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see186

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see181

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see167

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see166

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri