Icma.az
close
up
RU
Xəstəlik deyil, amma ondan daha betərdir Beyin nə zaman “görə bilmir ?

Xəstəlik deyil, amma ondan daha betərdir Beyin nə zaman “görə bilmir ?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İnsan beyni gün ərzində saysız-hesabsız fantaziyalar qurur. Bəlkə də fantaziya beynin yaratdığı ən maraqlı filmdir. Bu filmin həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı özümüzük. Bir anın içində keçmişə qayıda, gələcəyi təsəvvür edə, heç vaxt görmədiyimiz məkanları və insanları zehnimizdə canlandıra bilirik. Fantaziyanın bolluğundan əziyyət çəkənlər də var, bundan faydalananlar da.
Xüsusən də yaradıcı sahənin insanları – rəssamlar, yazıçılar, rejissorlar təxəyyülün sayəsində maddi vəziyyətlərini yaxşılaşdırırlar. Lakin hər kəs fantaziya qurmaq bacarığına malik deyil. Bəzi insanlar heç bir görüntünü gözlərinin önünə gətirə bilmirlər. Elm buna Afantaziya və ya “zehin korluğu” deyir, yəni beyin heç nəyi görə bilmir.
Bəs afantaziya nədir, xəstəlik sayılırmı və stress bu vəziyyətin yaranmasına səbəb ola bilərmi?
Məsələn, yanımızda qızılgüldən danışsalar, onu görməsək də beynimiz xatırlayır, qızılgüllə bağlı neçə-neçə görüntülər, hətta şəninə bəstələnən mahnılar xatırlanır. Afantaziyası olan şəxs isə qızılgülün nə olduğunu  bilir, amma onu gözünün önündə canlandıra bilmir. Afantaziyası olan adamlar yuxu da görə bilmirlər. Bəlkə də görürlər, oyanan kimi unudurlar.
Afantaziyanın cinsi, yaşı, coğrafiyası yoxdur: hər yerdə, hər yaşda rast gəlinə bilər. Amma səbəbləri müxtəlif olur. Bəzi insanlarda bu vəziyyət doğuşdan olur, bəzilərində isə baş travmasından sonra, nevroloji xəstəliklər nəticəsində ortaya çıxır. Amma ciddi psixoloji səbəblər, davamlı srtress, qəfil sarsıntı ilə də yarana bilər.
Maraqlıdır ki, mütəxəssislərin əksəriyyəti afantaziyanı xəstəlikdən çox beynin məlumatı emal etməsinin fərqli bir forması hesab edir. Bir çox insan ömrü boyu bunun fərqinə varmır və normal həyat sürür, amma fərqinə varanda isə güclü panik ataklar yaşayır.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri