Icma.az
close
up
RU
Xəstəliyimə belə həsəd aparan oldu... Azər Rəşidoğlu yazır

Xəstəliyimə belə həsəd aparan oldu... Azər Rəşidoğlu yazır

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

“Və həsəd apardığı zaman həsədçinin şərindən!”

Həsəd nemətə olar. Həsədçi səndə olub, onda olmayana həsəd aparar. Deyirlər ki, həsədçinin həsəd anı ən qorxulu andır. Bütün energetikanı dağıda bilər. Vara-dövlətə, imkana, vəzifəyə, şöhrətə həsəd aparanı anlaya bilirəm. Amma xəstəliyə, sonu olmayan, qaranlıq və mübhəm görünən bir xəstəliyə həsəd aparan gördünüzmü?

Mən gördüm... Müalicəmlə bağlı heç vaxt şəkil paylaşmamışam. Bakıda xəstəxanada əməliyyatdan sonra paylaşdığım şəkillər də ancaq pozitiv olanları idi. Müalicə prosesinin necə olduğunu isə heç düşmənimə də arzu etmirəm. Mənim kimi ancaq pozitiv düşünməyə çalışan həmkarım Səbinə Əvəzqızı bunu möhtəşəm ifadə edir: “Kimyaterapiya alırsan və hər səhər durub güzgüyə baxanda yenidən dəhşətə gəlirsən. Kirpiklərə, qaşa kimi tökülür, oradan sənə baxan boz sifətli insanı heç tanımırsan. Bu zülmün qarşısında sağ qalacağına da heç kim sənə 100 faiz qarantiya vermir”.

Səbinə haqlıdır. 8-10 saat davam edən, günlərlə, həftələrlə sürən kimyaterapiya, şüa, həkimlər, iynələr... Ağrılar. Şüalar, aparatlar... Tibb bacıları səni salır o otağa, sonra elə bir qalın divar-qapı ilə aranı kəsib gedirlər ki, nə cür dəhşətli yerdə olduğunu o zaman anlayırsan. Bütün bunlara dözürsən. “Bu ağrı nə zaman bitəcək?” – deyə düşünürsən. Bir qədər özünü toparlayanda sosial şəbəkələri izləyirsən – başın qarışsın.

Və... elə mənzərə görürsən ki, müalicənin və xəstəliyin ağrılarını unudursan. Şok terapiyası başlayır. Ağrını ağrı ilə çıxarırsan. Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var. Nələr çəkdiyini demirlər. Suallar yağdırırlar – niyə? Niyə o? Niyə biz yox? Suallar yağdırırlar. Sınırsan. Ballayıb yedizdirirlər zəhərlərini. “Yox, layiqdir, amma...” Bu “amma”larda bütün kin və həsəd gizlənir.

Kimyaterapiyanın zərbələrini yuyurlar sanki: “Yox, yaxşı edib aparıblar, amma bəs başqaları?” Haqlı suallardır. Amma hamıya eyni qaydada kömək etmək olmur axı. Saatlarla həkim qəbulunda gözlədiyini, müalicə zamanı çəkdiklərini bilmirlər. Müalicədən şəkil də paylaşmıram başqaları kimi. Haradan bilsinlər ki...

Əslində, Bakıda “2 ay ömrün qalıb” deyəndə də heç kəsə əziyyət vermək istəmədim. Allahım və vicdanım şahiddir ki, dostların təşəbbüsü ilə Prezidentə və Birinci vitse-prezidentə müraciət edildi. Hər kəs xəstəlik barədə məlumatlandı. Bir sutka keçməmiş yüzlərlə status yazıldı: “Azəri qoruyun!”, “Azəri xilas edin!”, “Azəri ölməyə qoymayın!”

Və Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovdan bir günün içində iki dəfə zəng gəldi: “Cənab Prezident bilir, onun tapşırığıdır, hər şey gözəl olacaq”. Təşəkkür edirəm. Səbinə Əvəzqızının müalicəsi üçün bir jurnalist olaraq ayrıca təşəkkür edirəm. Bir qədər kövrək səslə: “Səbinə xanıma görə çox sevindim. Sizə görə də sevinəcəyik. Mənlik bir iş yoxdur. Cənab Prezident tapşırıb”.

Türkiyəyə qədəm basar-basmaz Heydər Əliyev Fondunun müalicə etdiyi qazilər, ziyalılar, mədəniyyət xadimləri barədə faktlar öyrənirəm. Azərbaycanla fəxr edirəm.

Əməkdar jurnalist adına layiq görüldüyümü Türkiyədə, xəstəxanada eşitdim. Açığı, gözləmirdim. Sağlıq durumumdan başqa heç nə fikirləşmirdim. Və... Prezidentin köməkçisi Hikmət Hacıyev zəng edir: “Təbrik edirəm. Haqqınızdır. Cənab Prezident səhhətinizlə maraqlanır”. Motivasiya oluram. “Yaxşı olacaq”, – deyirəm və buna inanıram.

6 illik fasilədən sonra rinqə qayıdan, 13 raund uduzan və 14-cü raundda Formanı nokaut edən Məhəmməd Əli nümunəsi gəlir gözlərim önünə. Biz də bacaracağıq. Qalib gələcəyik. Yetər ki, buna inanaq. Həkimim də inanmağın vacibliyini demişdi.

Mənimlə bağlı Prezidentə müraciət edildikdə bəzi həmkarlarım media ilə bağlı qurumlara: “Müxalifətçini hara göndərirsiniz?” – yazmışdılar.

Sonra Prezidentin iki dodağı arasından “nəzarətimdədir” kəlməsi çıxdı və hətta müraciəti dərc etməkdən, imzalamaqdan imtina edənlər qayğılarını göstərməyə başladılar.

Türkiyəyə ilk gedişimdə Bakı Hava Limanında bir nəfər yaxınlaşdı: “Azər müəllim, bu dövlət təhqirlə tənqidi seçə bilir. Siz həmişə tənqid etmisiniz, amma təhqir etməmisiniz”. Kim olduğunu demir. Zatən ehtiyac yoxdur ki...

Müalicə dövründə bəzi texniki problemlər yaşanır. Fondun nümayəndəsi Afət xanımın telefonu 24 saat açıqdır. Gecə 3-də də zəng etmək mümkündür. Dövlətin nəzarəti var.

“Tənqid etmə” demirlər. Tələb yoxdur. Yeganə istək: “Tez sağal”.

“Niyə Azəri göndərirsiniz?” deyənləri qınamıram. Yəqin, nələrdən keçdiyimi, hansı ağrı-acıları yaşadığımı bilsələr, deməzdilər. Deməzdilər, düzdür?..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri