Icma.az
close
up
RU
“Xəstəxana 3 aydır əlil arabasında olan qardaşımı qəbul etmir” Video

“Xəstəxana 3 aydır əlil arabasında olan qardaşımı qəbul etmir” Video

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Əlil arabasında xəstəlikdən əziyyət çəkən 38 yaşlı İsmayıl Mirzəyev göndərişi olmasına baxmayaraq, Sabunçu Tibb Mərkəzinə qəbul edilmir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Xəzər TV-yə danışan xəstənin bacısı Səbinə Mirzəyevanın sözlərinə görə, qardaşının sinirləri virus səbəbindən iflic olub.

O qeyd edib ki, hər şey 3 ay öncə qəfildən başlayıb: “Yolda yıxıldı. Xəstəxananın nevrologiya şöbəsində tetraparez polineyropatiya diaqnozu qoyuldu. Ancaq bu, infeksion polineyropatiya deyil, xronikidir. Sağ ayağı, ümumiyyətlə, işləmir, sol ayağında bir az hissiyyat var. Getdikcə bütün orqanizmə yayılır. Təcili xəstəxanaya yerləşdirməyə ehtiyacı var. Çünki çətin vəziyyətdədir”.

Ona təqdim edilən göndərişi də göstərən S.Mirzəyevanın iddiasına görə, Sabunçu Tibb Mərkəzi hər dəfə bir səbəb göstərərək qardaşını xəstəxanaya qəbul etmir: “Əlil arabasında qardaşımı qəbul etmirlər. Bizə sonuncu dəfə dedilər ki, xəstəxanada yer yoxdur. Bu, necə ola bilər?!”

Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, növbətçi həkim-nevroloqun baxışı zamanı İsmayıl Mirzəyevin emosional gərginliyi nəzərə alınaraq xəstənin müvəqqəti olaraq Psixosomatika şöbəsinə yerləşdirilməsi təklif olunub, lakin pasiyent bu təklifdən imtina edib: “Nevrologiya və Psixosomatika şöbələrinin ixtisaslı həkimləri tərəfindən xəstəyə təkrar baxış keçirilib. Hazırda xəstənin mövcud vəziyyəti nevroloji baxımdan kəskinləşmə dövründə olduğu üçün müalicəsinin Nevrologiya şöbəsində davam etdirilməsi qərara alınıb”.

Daha ətraflı videomaterialda: 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri