Icma.az
close
up
RU
Xətai İdman Mərkəzi ndə oğurluq

Xətai İdman Mərkəzi ndə oğurluq

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Bakıdakı idman mərkəzlərindən birində oğurluq hadisəsi baş verib. 

Qaynarinfo xəbər verir ki, naməlum şəxs Xətai rayonunda yerləşən "Xətai İdman Mərkəzi” binasına qanunsuz daxil olaraq müxtəlif əşyaları aparıb.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (binaya, otağa və ya digər saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmə) maddəsi ilə ittiham elan edilib. 

İş materiallarına əsasən, təqsirləndirilən şəxs idman mərkəzinin arxa hissəsindəki açıq pəncərədən içəri daxil olub və ayrı-ayrı otaqlardan müxtəlif əşyalar götürüb.

Oğurlanan əşyalar arasında "HP Pavilion” markalı noutbuk, "Torima” markalı proyektor, karate əlcəkləri, idman geyimləri, ayaqqabılar, qol saatları, çantalar, elektron avadanlıqlar, geyim və digər şəxsi əşyalar olub.

Ümumilikdə oğurlanan əşyaların dəyərinin 4 890 manat təşkil edib. Təqsirləndirilən şəxsin bu hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan dəyib.

Məhkəmədə təqsirləndirilən şəxs ona verilən ittiham üzrə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (binaya, otağa və ya digər saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmə) ilə təqsirli sayılıb və 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Seyid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyul 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri