Icma.az
close
up
RU
Xətai seçki məntəqələrində

Xətai seçki məntəqələrində

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki prosesini izləmək üçün 35 saylı Xətai III seçki dairəsinin 8 saylı seçki məntəqəsinə yaxınlaşıram.

Məntəqədə səliqə-sahman qaydasındadır. Məntəqə üzvləri vətəndaşları gülər üzlə qarşılayıb, yola salır. Əyləşib seçkini bir qədər müşahidə edirəm. Seçki şəffaf şəkildə həyata keçirilir.

***

Məntəqədən ayrılıb üz tuturam Bakı şəhər 55 saylı tam orta məktəbə. Çünki burada düz üç məntəqə fəaliyyət göstərir. Çatıram məktəbə və 35 saylı Xətai III seçki dairəsinin 9 və 10 saylı seçki məntəqələrinə daxil oluram. Burada da səliqə-sahman yerindədir. Məntəqə üzvləri vətəndaşların rahat səs verməsi üçün çalışır.

9 saylı məntəqədə 1434, 10 saylıda isə 1383 seçici səs verməlidir. Saat 11-12 arası artıq hər iki məntəqədə seçicilərin 35 faizə qədəri səsvermədə iştirak edib.

Hər iki məntəqədə seçicilər məntəqəyə gəlir, növbə ilə içəriyə keçir və səslərini verib gedirlər.

9 saylı məntəqədə seçici Kənan Ərəbli ilə həmsöhbət olur və bələdiyyələrin ölkədəki hazırki fəaliyyəti və gələcəkdə bu qurumu necə görmək istədiyini bilmək istəyirəm. O, deyir ki, ölkədə artıq bələdiyyə institutu formalaşıb. Lakin onları yenə də təkmilləşdirməyə, inkişaf etdirməyə ehtiyac var.

Müsahibim arzulayır ki, Azərbaycanda bələdiyyə sistemini qonşu Türkiyədəki kimi görmək istəyirəm və ümidvaram ki, bu seçki həmin imkanlara yol açacaq.

***

Bu məntəqələr ilə qonşuluqda yerləşən 35 saylı Xətai III seçki dairəsinin 32 saylı seçki məntəqəsinə də baş çəkirəm. Məntəqə sədri Aidə İsmayılova ilə həmsöhbət oluram. Məlum olur ki, məntəqə üzrə 934 nəfər səs verməlidir. Onların əksəriyyəti səhər saatlarından məntəqəyə gəlib və səslərini veriblər.

Aidə xanım vurğulayır ki, bu gün müstəqil Azərbaycan tarixində sayca 6-cı bələdiyyə seçkiləri keçirilir. İlk dəfə 1999-cu il dekbarın 12-də keçirilən seçkilər Azərbaycanda yerli idarəetmə orqanlarının formalaşması və inkişafı üçün təməl rolunu oynamışdı. Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, ancaq onlara verilmiş bu müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qalması kimi başa düşülmür. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər.

Aida xanım hər bir namizədə uğur arzulayır və əmin olduğunu bildirir ki, yeni seçkilər bələdiyyə institutunun daha da təkmilləşməsinə, bələdiyyələrin fəaliyyətinin artmasına imkan yaradacaq.

Burada seçici Mehparə Hacıyeva ilə də söhbətləşirəm. Mehparə xanım qeyd edir ki, bələdiyyələrin fəaliyyətini daha aktiv görmək istəyir. O,deyir ki, dövlətimizin inkişafı, tərəqqisi ilə qürur duyur. İnanır ki, bələdiyyə seçkilərindən sonra bu sahədə də inkişafın şahidi olacaq.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri