Icma.az
close
up
RU
Xətai Sukanal İdarəsi əhaliyə fasiləsiz və gücləndirilən iş rejimində xidmət edir KONKRET

Xətai Sukanal İdarəsi əhaliyə fasiləsiz və gücləndirilən iş rejimində xidmət edir KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Xətai rayonu Bakı şəhərinin ən sıx əhali yaşayan rayonlarından biridir. Rayon ərazisində yaşayan əhalinin fasiləsiz, dayanıqlı içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsi məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai rayon Sukanal İdarəsi işləri davam etdirir. İdarə heyəti daim gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İdarənin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi növbəlilik rejimində işlədiyi üçün su və kanalizasiya şəbəkələrində baş vermiş qəzalar qısa vaxt ərzində aradan qaldırılır. Belə qəzalara gecə saatlarında baş verən qəzalar da daxildir. Göstərilən bütün xidmətlər əhalinin fasiləsiz içməli su ilə təminatını yaxşılaşdırmaqla bərabər onların məmnunluğunu artırmaq məqsədi daşıyır.

KONKRET.az xəbər verir ki, Xətai Sukanal İdarəsinin baş mühəndisi Emin Rüstəmov bildirib ki, hazırda Xətai rayonu Şamlıq küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən diametri 110 millimetrlik, uzunluğu 850 metrlik xəttin inşası davam etdirilir. “Bununla paralel Xətai rayon ərazisində Zeytun küçəsində diametri 110 millimetrlik, uzunluğu 850 metr olan su xəttinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa rayon ərazisində istismar müddəti bitmiş siyirtmələr dəyişdirilir. Hazırda Marat Əmirxanov küçəsində də kanalizasiya xəttinin dəyişdirilməsi işləri davam etdirilir”.

Ötən il Əhmədli qəsəbəsində aparılmış yenidənqurma işləri çərçivəsində Xətai rayon Sukanal İdarəsi tərəfindən su və kanalizasiya xətləri dəyişdirilib. Həmçinin, Xətai rayon Nazim Şükürov küçəsində də müxtəlif diametrli uzunluğu 400 metr olan yeni su xətləri quraşdırılıb və 92 fərdi yaşayış evi yeni şəbəkəyə qoşulub. Ümumilikdə 2024-cü ildə idarə tərəfindən müxtəlif diametrli 4924 metr yeni su xətləri çəkilib, 1814 metr su xətləri isə dəyişdirilib. 2464 metr müxtəlif diametrli kanalizasiya xətləri, 42 ədəd baxış quyuları quraşdırılıb. Su xətlərinin üzərində 17 ədəd yeni siyirtmələr quraşdırılıb.

Baş mühəndis diqqətə çatdırıb ki, geridə qalan 2024-cü ili idarəmiz üçün məhsuldar və uğurlu hesab etmək olar. “Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 8 Noyabr prospektinin əsaslı təmir işləri zamanı istismar müddəti bitmiş su və kanalizasiya xətləri dəyişdirilib. 4017 metr müxtəlif diametrli su xətti çəkilib, 428 metr isə müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilib. Həmçinin əhali tərəfindən primitiv üsulla çəkilmiş xətlər ləğv olunaraq 3503 metr müxtəlif diametrli su xətti və 2269 metr uzunluğunda kanalizasiya xətti quraşdırılıb. 312 fərdi yaşayış evinin isə yeni şəbəkəyə qoşulması təmin edilib”.

Rayon ərazisində sayğaclaşma işləri də sürətlə aparılır. Təkcə ötən il ərzində 1065 ədəd yeni sayğac quraşdırılıb, 3856 ədəd istismar müddətini başa vurmuş sayğac isə yenisi ilə əvəz olunub. Bundan başqa rayon ərazisində sovet dönəmində inşa olunmuş 624 ədəd yaşayış binası mövcuddur ki, mütəmadi olaraq bu binaların istismar müddəti bitmiş kanalizasiya xətləri yenisi ilə əvəz olunur, baxış quyuları təmizlənir və zirzəmisinə dolmuş çirkab və qrunt suları nasoslarla kənarlaşdırılır.

127500 əhali, 6500 qeyri-əhali abonentə xidmət göstərən Xətai rayon Sukanal İdarəsinin xidməti ərazisində 19 su nasos stansiyası və 11 anbar mövcuddur ki, bu nasos stansiyalar və anbarlar vasitəsilə əhali fasiləsiz içməli su ilə təmin olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri