Icma.az
close
up
RU
Xəyal Bəşirov: “ABŞ ni böyük şeytan adlandıran İran, şeytanın Ermənistan ərazisində at oynatmasına göz yumur” KONKRET

Xəyal Bəşirov: “ABŞ ni böyük şeytan adlandıran İran, şeytanın Ermənistan ərazisində at oynatmasına göz yumur” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Maraqların toqquşduğu Cənubi Qafqazda geosiyasi vəziyyət əvvəlki kimi deyil. Rusiyanın regiondan sıxışdırılması prosesi başlayıb. Qərbin əlində alətə çevrilən Ermənistan üzərinə götürdüyü öhdəliklri yerinə yetirməkdə davam edir. Eyni zamanda iki stulda oturan Paşinyan bunun hansı nəticələrə səbəb olacağının fərqində deyil. Amerikanı Cənubi Qafqaza soxmağa çalışan Ermənistan region dövlətlərinin marağını nəzərə almır. Bu, daha çox İranın maraqlarına qarşıdır.

KONKRET.az-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, regionda İranın maraqlarına zidd olan proseslər müşahidə olunsa da İran hələ ki, susur:

“Azərbaycan 44 günlük müharibədə təkcə  öz ərazilərini azad etməyib. Azərbaycan həm də  Cənubi Qafqazda islam dəyərlərini, müsəlman dünyasının müqəddəs məkanlarının təhqir olunmasına son qoyub. 67 məscidimizin 65-i yerlə yeksan edilmişdi və qalan məscidlərdə qoyun, donuz, inək saxlayırdılar. Hər gün müqəddəs məkanlarımız təhqir edilirdi. Bütün bunlar İslam dünyasına qarşı cinayət idi.  Həmin cinayətlərin qarşısını almaq üçün bütün islam dünyası, o cümlədən İran bu prosesdə mövqe ortaya qoymalıydı. Mövqe ortaya qoymaq bir tərəfə, Azərbaycanın formalaşdırdığı yeni reallıqların fonunda Ermənistana dəstək nümaiş etdirildi. Tehran rejiminin  Ermənistan-İran sərhədlərini özünün qırmızı xətti hesab etməsi xoşagəlməz hal idi. İndi bunlar arxada qaldı və Azərbaycan bütün dünyaya, o cümlədən də qonşu dölətlərə  göstərdi ki, oun qırmızı xətləri nədir, onun prinsipial və qətyiyyətli mövqeyi nədən ibarətdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı heç kim mövqe ortaya qoya bilməz. Biz bu mərhələni indi arxada qoymuşuq”.

Daha sonra siyasi ekspert böyük dövlətlərin Ermənistandan istifadə etməyinə toxundu və bildirdi ki, İrəvan dünya güclərinin əlində oyuncağa çevrilib: “Ermənistan öz ərazisini dünyanın ayrı-ayrı regionlarında qarşıdurmada olan qüvvələrin plazdarmına çevrir. Bu cür siyasət Paşinyanın buraxdığı ən böyük səhvdir. ABŞ-ni böyük şeytan adlandıran İran, şeytanın Ermənistan ərazisində at oynatmasını, hərbi təlimlər keçirməsini yaxşı görür. Ancaq özünü elə aparır ki sanki görmür. Çox güman ki, bu növbəti oyunun tərkib hissəsidir. Əgər İran ABŞ-ilə müharibə vəziyyətindədirsə, Amerikanın sanksiyalarına qarşı mübarizə aparırsa və  Amerikanı özünün ən böyük düşməni hesab edirsə onun sərhədlərinə yaxınlaşmasına bu şəkildə yanaşmamalıdır. Ən azından İran buna öz mövqeyini  bildirməlidir. Əgər bildirmirsə burada hər hansı növbəti gizli oyunun konturları var”.

Zəngəzur dəhlizi məsələsinə toxunan Xəyal Bəşirov qeyd edib ki, dəhliz bütün hallarda açılacaq:

“Bunu Azərbaycan tərəfi dəfələrlə bildirib. Zəngəzur dəhlizinə İranın və digər qüvvələrin qarşı çıxmasından asılı olmayaraq bu gün dünya Zəngəzur dəhlizini dəstəkləyir. Dünyanın mütləq əksəriyyəti bu layihənin tərəfdarıdır. Proyektə qarşı olan İran əslində, Zəngəzur dəhlizinin alternativi kimi öz ərazisindən yolun keçməsinə razılıq verib. Bu gün həmin alternativ yolun tikintisi prosesi davam edir. Əgər dəhliz Ermənistan ərazisindən keçəcəksə, bundan İran hər hansı iqtisadi dvident əldə edə bilməyəcək. İran daha çox iqtisadi nöqteyi nəzərdən buna qarşı çıxır. Amma bunu başqa formada ifadə edib, İran-Ermənistan sərhəddini özlərinin qırmızı xətti adlandıraraq diqqəti fərqli istiqamətə yönəldirdilər. Amma sadəcə olaraq  bunun arxasında iqtisadi maraqlar dayanır. Zəngəzur dəhlizi açılacağı təqdirdə bu, heç kimin ərazi bütövlüyünə, heç kimin sərhədlərinə təhlükə yaratmır. Əksinə, Zəngəzur dəhlizi iqtisadi layihədir və reallaşması hər bir halda həmin ərazini təhlükəsiz regiona çevirəcək”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Yanvar 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri