Icma.az
close
up
RU
Xəyanətin yeni detalları üzə çıxır ANALİZ

Xəyanətin yeni detalları üzə çıxır ANALİZ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bu günlər cəmiyyətdə müzakirə olunan əsas mövzulardan biri də uzun illər dövlət aparatında yüksək vəzifə tutan Ramiz Mehdiyevin və dəstəsinin üzvlərinin dövlətə xəyanət, dövlət çevrilişinə cəhd etmələridir. Sual olunur, niyə, səbəb nədir? Birinci formatda birmənalı şəkildə demək olar ki, hakimiyyət ehtirası, qısqanclıq, qisasçılıq və hüdudsuz kin və küdurət. İkincisi isə, onların hər birinin ayrı-ayrılıqda müəyyən xarici dairələrə, o cümlədən Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olmalarıdır. Hələ gənclik illərindən Rusiyanın xüsusi xidmət orqanları qarşısında müxtəlif öhdəliklər götürdüklərindən tapşırıqları yerinə yetirməyə çalışıblar. Hər birinin kifayət qədər yaşları və başları, ən əsası milyardlarla talan etdikləri pul-paraları olduğu halda xəyanət etməyə lüzum vardımı? Nəzərə almaq lazımdır ki, agent heç zaman üzərinə götürdüyü öhdəliklərdən imtina edə bilməz. Onlar ölənə qədər agent olaraq qalırlar. Baxın, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 88 yaşı var, lakin yenə də dinc durmur. Çünki onu sakit durmağa, sabit həyat sürməyə qoymurlar. Deyirlər ki, bunu et, onu həyata keçir, sən də qazan, biz də mənfəət əldə edək. O da məcburdur. Təbii ki, zamanında yazılı formada qələmə aldığı öhdəlik sənədi var. Məhz o sənədin üzə çıxa biləcəyi qorxusundan, verilən əmrləri yerinə yetirməyə cəhd edir. Özü də o zaman ki, Azərbaycan 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etmək üçün səfərbər olduğu məqamda təxribatçı qruplar meydan çıxdılar. Hər kəsə Müdafiə Nazirliyini Baş qərargah rəisi, general Nəciməddin Sadıqovun ordumuza etdiyi xəyanətlər barədə kifayət qədər faktlar məlumdur. Heç şübhəsiz ki, onu ordumuza xəyanət etməyə Rusiya kəşfiyyat orqanları təhrik edib. Söz yox ki, o tək deyil. Onunla çiyin -çiyinə eyni təxribat mövqe sərgiləyən, fəaliyyət yolu tutan Ramiz Mehdiyev və dəstəsinin üzvləri də olub. Lakin Azərbaycan xalqı birlik və bərabərlik nümayiş etdirdi, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə daxildəki və xaricdəki məkrli qüvvələrə göz dağı çəkdi və erməni terror maşınını məhv edərək torpaqlarımızın azadlığına nail oldu.

Siyasi irsinə xəyanət bağışlanmaz cinayətdir

İndi üzə çıxan və faktlarla sübuta yetirilən hadisələr təsdiq edir ki, Ramiz Mehdiyev və dəstəsi ölkədə qarşıdurma yaratmaq, dövlət çevrilişi etmək kimi cinayətlərin törədilməsinə uzun illər hazırlıqlar görüblər. Sadəcə cəmiyyət tərəfindən dəstək ala bilmədiklərindən, həm də situasiya imkan vermədiyindən bəd niyyətlərini həyata keçirməyiblər. Ancaq fakt faktlığında qalır ki, vətənə xəyanətdə, dövlət çevrilişinə cəhd maddələri ilə haqqında cinayət işi qaldırılaraq həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və dəstəsinin üzvləri olan sabiq baş nazir Novruz Məmmədov, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, Azərbaycan Prezidentinin keçmiş Mətbuat katibi Azər Qasımov, keçmiş Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov, XİN rəhbəri Elmar Məmmədyarov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov və digərləri Rusiyanın müxtəlif dairələrinə bağlı şəxslər olublar. Hətta Ramiz Mehdiyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patuşevə məktub yazaraq ondan Azərbaycanda planlaşdırdıqları dövlət çevrilişinə dəstək vermələrini xahiş edib. Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir. Məktubun üzə çıxan mətnində müxtəlif iyrənc məsələrdən söhbət açılır. "Dövlət idarəçiliyi sistemində islahatlar" adlı məktubun giriş hissəsində, son illərdə dövlət idarəetmə sistemini, eləcə də Azərbaycanın iqtisadi həyatını əhatə edən dərin böhranın radikal islahatlar və dəyişikliklər aparılmasını tələb etdiyi vurğulanır.

R.Mehdiyev qeyd edir ki, mövcud idarəetmə strukturunun qeyri-effektivliyi bir tərəfdən, indiki hakimiyyətin xarakteri, adətləri və baxışları ilə izah olunur, digər tərəfdən isə bu struktur iflic olmuş avtoritarizm ruhu ilə yoğrulub. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum vasitəsilə dəyişdirilə bilər.

Yeni dövlət idarəetmə formasını və prinsiplərini işləyib hazırlayarkən, ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, dövlətə olan ənənəvi gözləntilərini nəzərə almaq, sosial-iqtisadi həyatın durğunluğuna səbəb olan gerçək amilləri dərk edib aradan qaldırmaq lazımdır.

Uzunillik idarəçilik təcrübəm, strateji dövlət orqanlarının rəhbəri kimi topladığım biliklər, habelə müasir Azərbaycanın siyasi həyatına və tarixinə dair elmi tədqiqatlarım mənə aşağıdakı dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruriliyini göstərir:

1. Hakimiyyət ümumi qəbul edilmiş demokratik prinsiplərə əsasən, üç qoldan ibarət olacaq: Qanunverici, İcraedici və Məhkəmə hakimiyyəti. Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti Dövlət Şurası həyata keçirəcək. Şura 50 üzvdən ibarət olacaq – cəmiyyət tərəfindən böyük hörmət qazanan, təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələri. Şura seçkili orqan olacaq və referendum yolu ilə formalaşacaq. Onun rəhbəri — Dövlət Şurasının Sədri xalq tərəfindən seçilən şura üzvlərinin öz sıralarından səsverməsi yolu ilə seçiləcək.Sədri vəzifədən uzaqlaşdırmaq da yalnız Şura üzvlərinin səsverməsi nəticəsində mümkün olacaq. Dövlət Şurası ölkədəki siyasi, sosial və iqtisadi proseslər üzərində tam nəzarət mexanizminə sahib olacaq. Həmçinin Konstitusiya Məhkəməsi və Təhlükəsizlik Şurasının funksiyalarını yerinə yetirəcək.

Ramiz Mehdiyevin yazdığı məktubda o da vurğulanır ki, Dövlət Şurası parlamentin qəbul etdiyi qanun layihələrini və hökumətin qərarlarını təsdiqləyəcək, zərurət yarandıqda veto hüququndan istifadə edə biləcək. Şura həmçinin güc strukturlarının, məhkəmə hakimiyyətinin, Mərkəzi Bankın rəhbərlərinin, universitet rektorlarının təyin olunmasına dair namizədləri irəli sürmək səlahiyyətinə malik olacaq.

2. İcra hakimiyyətinə ölkənin Baş naziri rəhbərlik edəcək. O, parlament seçkilərinin nəticələrinə əsasən, formalaşacaq hakim partiyanın başçısı olacaq. Ən çox səs toplayan partiyanın rəhbərinə sosial-iqtisadi xətti həyata keçirəcək hökuməti formalaşdırmaq hüququ veriləcək.

3. Qanunverici orqan - parlament ümumxalq seçkiləri yolu ilə hər 7 ildən bir formalaşacaq. Parlament hökumətin fəaliyyətinə dair hesabatları dinləyəcək, sosial-iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh nazirləri təsdiq edəcək (güc strukturları istisna olmaqla).

4. Əvvəlki kimi, məhkəmə hakimiyyəti Ali Məhkəmə və ona tabe strukturlar vasitəsilə həyata keçiriləcək.Belə dəyişikliklər ölkəni prezident idarəçiliyindən parlamentar respublika modelinə keçirəcək. Bu model hakimiyyət üzərində səmərəli nəzarət mexanizmini təmin edəcək, avtoritarizmin və şəxsi hakimiyyət meyillərinin əsaslarını xeyli dərəcədə neytrallaşdıracaq.Bununla yanaşı, bu sistem dövlət fəaliyyətinə ictimai nəzarəti gücləndirəcək.Eyni zamanda, belə bir model demokratik seçkilərin keçirilməsinə şərait yaradacaq, bu isə öz növbəsində ölkənin beynəlxalq imicini yaxşılaşdıracaq, müxtəlif siyasi qüvvələrin fəaliyyətinə geniş imkanlar açacaq və vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək".

Xəyanətin iştirakçılarının siyahısında dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər də təmsil olunurlar

Həm də fakt ondan ibarətdir ki, Ramiz Mehdiyevin dəstəsinə daxil olan şəxslərin siyahısı genişdir. Yəni dəstə yuxarıda adları qeyd olunan şəxslərdən ibarət deyil. Onların sırasında Milli Məclisin indiki və keçmiş deputatları, nazirlər və komitə sədrləri, icra hakimiyyətlərinin hazırkı və sabiq başçıları, sayt, qəzet baş redaktorları. QHT rəhbərləri də da var. Ümumilikdə onların sayının 200 nəfərə qədər olduğu qeyd edilir. Təbii ki, istintaq orqanları araşdırmalarını genişləndirməklə xəyanətə dair yeni detallar üzə çıxarmaqla yanaşı dəstənin üzvü olan yeni simaların da kimliyini aşkarlayacaq. Diqqətçəkən məqam ondan ibarətdir ki, Ramiz Mehdiyevin dəstəsinin üzvləri siyahısında Azərbaycanın dağıdıcı müxalifətinin təmsilçiləri və xaricdəki antimilli ünsürlər də var. Hansı ki, onlar bütün fəaliyyətlərini ölkəmizin adının, nüfuzun aşağılanmasına, qələbələrinə kölgə salmağa yönəldiblər. Niyə, səbəb nədir? Onlar axı Azərbaycan adını daşıyırlar? Bəli, azərbaycanlıdılar, Azərbaycanda doğulublar, hər kəs kimi onlar da ölkəmizin imkanlarından, demokratik mühitdən, sosial, iqtisadi uğurlarından bəhrələniblər. Ancaq ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Xaricdəki antimilli ünsürləri hürməyə məcbur edən amil Ramiz Mehdiyevin və dəstəsinin onlara ümumilikdə 48 milyon ABŞ dolları verməsidir. Dağıdıcı müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılı Ramiz Mehdiyev vasitəsi ilə 18 milyon manat maliyyə vəsaiti aldıqlarından daim dövlətçiliyimizə qarşı qərəzli mövqedə dayanıblar. Hətta o dərəcə R.Mehdiyevdən asılı vəziyyətdə olublar ki, 44 günlük Vətən Müharibəsi dönəmində bütün siyasi, ictimai təşkilatlar erməni vandalizminə qarşı tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin parlamentlərinə müraciət edərkən Milli Şura, AXCP və Müsavat imzalanan birgə bəyanatlara, ünvanan müraciətlərə qoşulmaqdan imtina etmişdilər. AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılının erməni revanşistəri kimi sayıqlamalarınında arxasında heç şübhəsuiz ki, R.Mehdiyevin təlimatı, tapşırığı dayanıb. Həm də artıq sübuta yetirilir ki, 2019-cu ilin oktyabrın 19-da Milli Şuranın keçirdiyi icazəsiz aksiyanın məqsədi R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasının qarşısının alınmasına yönəlmişdir. Lakin alınmadı və R.Mehdiyev həmin ilin oktyabrın 23-də tutduğu vəzifədən kənarlaşdırıldı. Bundan sonra Milli Şura əski mövqeyinə qayıtdı və bu günə qədər də susmaqdadır. Çünki ağaları sıradan çıxarılıb pul və icazəsiz aksiyaların keçirilməsinə göstəriş verən yoxdur.

Sular durulduqca aydın olur ki, 2013-cü il prezident seçkiləri ərəfəsində əvvəl "Ziyalılar forumu"nun, ardıca isə "Milli Şura"nın yaradılması və buraya Rusiyadakı "Milyarderlər ittifaqı"nın üzvlərinin də cəlb edilməsinin arxasında Ramiz Mehdiyev dayanırmış. Rüstəm İbrahimbəyovun Milli Şuranın "vahid namizəd" kimi irəli sürülməsi və ardınca Rusiya Prezidenti V.Putinə göndərilən minnətdarlıq məktubu təsadüfi deyildi. Dağıdıcı müxalifətin R.Mehdiyevin ifşa edilməsinə münasibət bildirməməsi, tam sükut içində olmaları təsdiq edir ki, dağıdıcı müxalifətlə R.Mehdiyev arasında sıx əlaqələr olub.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri