Xəzər dənizində KRİTİK VƏZİYYƏT VİDEO
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib.
"Yeni Sabah" "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər.
Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Seyid Səfərovun sözlərinə görə, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2.5 metr azalıb. Sahil ərazilərində suyun səviyyəsi 1.5 metrdən çox düşüb. Pepperoni pizza
Xəzər dənizində su səviyyəsinin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan ciddi fəsadlara səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, proses bu sürətlə davam edərsə, sahilyanı ərazilər, gəmiçilik, neft-qaz sənayesi və biomüxtəliflik ciddi təsirlərlə üzləşə bilər.
Buna görə də Xəzərdə su səviyyəsinin dəyişməsinin səbəblərinin araşdırılması və mümkün risklərin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 30 Sentyabr 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















