Icma.az
close
up
RU
Xəzər dənizində yosunların becərilməsini karbon qazını udmaq və çirklənmə ilə mübarizə üçün istifadə etmək olar

Xəzər dənizində yosunların becərilməsini karbon qazını udmaq və çirklənmə ilə mübarizə üçün istifadə etmək olar

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Norveç iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün sualtı meşələr qurur. Dəniz yosunları böyüyür, böyük miqdarda karbon qazını udaraq karbon yuvası kimi fəaliyyət göstərir. Yığılan yosunların bəziləri biokömürə çevrilir. Bunun sayəsində karbon min illərlə etibarlı şəkildə saxlanılır.Bu üsul iqlim dəyişikliyi ilə mübarizədə nə dərəcədə effektiv üsul ola bilər? Azərbaycan da bu mübarizə üsulunu tətbiq edə bilərmi?Coğrafiyamız buna imkan verirmi? Maliyyətini qarşılaya bilərikmi?

Mövzu ilə bağlı Bizimyol.info portalına açıqlamasında ekoloq, biologiya üzrə fəlsəfə doktoru, “Davamlı İnkişaf” İctimai Birliyinin sədri Fikrət Cəfərov bildirib ki, “biz tərəfdaşlarımızla birlikdə - “Kelp Farms” şirkəti Azərbaycanın “Davamlı İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 2024-cü ildə “Xəzər dənizini necə xilas etmək olar?” adlı beynəlxalq konfrans təşkil etmişdik, bu konfransın nəticəsi olaraq biz COP29 katibliyinə, eyni zamanda müvafiq informasiya və dövlət qurumlarına məktublar hazırladıq”: “Artıq Qara dənizdə, Uzaq Şərqdə bu layihələr həyata keçirilir, Xəzərdə təcrübələr aparılır. Bunlar çox perspektivli layihələrdir və karbonun qorunması üçün çox faydalı ola bilər. Mətbuat konfransının keçirilməsində əsas məqsəd elmi ictimaiyyəti və digər maraqlı tərəfləri iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə vurduğu zərərin minimuma endirilməsi imkanları barədə məlumatlandırmaqdır.

Dəniz səviyyəsinin aşağı düşməsinin əsas səbəbi kimi iqlim dəyişikliyi göstərilir. Səviyyənin enişi bütün dəniz ekosisteminə, o cümlədən dənizin bioloji məhsuldarlığına mənfi təsir göstərir. Xəzər dənizində bioloji aktivlik əsasən 25 metr dərinliyə qədər müşahidə olunur. Ən məhsuldar dərinliklər günəş işığının nüfuz etdiyi 5,0-10,0 m dərinlikdəki təbəqədir. Su səviyyəsinin azalması səbəbindən bentik orqanizmlər yeni yaşayış yerlərinə köçməyə vaxt tapmırlar. Bu da bütün ekosistemin biokütləsinin və nəticədə balıq ehtiyatının azalmasına səbəb olur. Xəzər ekosisteminə əlavə mənfi təzyiq çirklənmə, brakonyerlik və həddindən artıq balıq ovu kimi ekoloji problemlərdən qaynaqlanır.

Su keyfiyyətini yaxşılaşdırmaq, biomüxtəlifliyin artmasına kömək etmək, karbon qazının konsentrasiyasını azaltmaq və dəniz ekosisteminin davamlı inkişafını təmin etmək üçün Xəzər dənizinin sahilyanı zonalarında yosunların yetişdirilməsi və yosun fermalarının yerləşdirilməsi üçün xüsusi texnologiya istifadə oluna bilər”.

Fikrət Cəfərov

Ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov qeyd edib ki, Xəzər dənizində yosunların becərilməsi, həm də çirklənmə ilə mübarizə üçün istifadə etmək olar: “Xəzər regionu dünyanın heç bir yerində olmadığı kimi iqlim dəyişikliyinin bütün problemlərini yaşayır. Xəzər dənizində yosunların becərilməsi, onlardan təkcə karbon qazını udmaq üçün deyil, həm də çirklənmə ilə mübarizə üçün istifadə etmək olar. Azərbaycan Dövlət Neft Şirkətinin iştirakı ilə 500 milyon ABŞ dolları dəyərində “Gələcəyin İqlim İnvestisiya Fondu”nun yaradılması elan edilib”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Sentyabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri