Icma.az
close
up
RU
Xəzər dənizinə axıdılan təmizlənmiş suyun həcmi artırılacaq

Xəzər dənizinə axıdılan təmizlənmiş suyun həcmi artırılacaq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 sentyabr, AZƏRTAC

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə əməkdaşlıq çərçivəsində Hövsan Təmizləyici Qurğular Stansiyasında həyata keçiriləcək “Çirkab Sularının Təmizlənməsi və Təkrar İstifadəsi” layihəsi üzrə tranzaksiya məsləhət xidmətləri (TAS) göstərəcək.

AİB-dən AZƏRTAC-a bildirilib ki, layihə Xəzər dənizinə axıdılan təmizlənmiş suyun həcmini artırmaqla sanitariya şəraitini yaxşılaşdıracaq və təkrar emal edilmiş sudan istifadə üçün geniş imkanlar yaradacaq. Bu, AİB-in Azərbaycandakı ilk TAS razılaşmasıdır.

“AİB-in Hövsan layihəsinə göstərəcəyi dəstək Azərbaycanda su idarəçiliyinin yaxşılaşdırılmasına töhfə verməklə yanaşı, dövlət-özəl tərəfdaşlığı ilə baş tutan layihələrin innovativ və iqlimə davamlı infrastrukturlar ərsəyə gətirməsinə nümunə olacaq”, – deyə AİB-in Bazarların İnkişafı və Dövlət–Özəl Tərəfdaşlıq Ofisinin rəhbəri Takeo Koike bildirib.

“Bu layihə su ehtiyatlarının qorunması, Bakıda sanitariya xidmətlərinin yaxşılaşdırılmasına dair hökumətimizin prioritetlərini əks etdirir. Eyni zamanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın bir hissəsi olan təkrar emal olunmuş sudan istifadə üçün geniş imkan yaradır”, – deyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qeyd edib.

Layihə gündəlik 640 min kubmetr tutuma malik Hövsan Təmizləyici Qurğular Stansiyasının bərpasını, istismarını və saxlanılmasını əhatə edəcək. Layihə çərçivəsində, həmçinin çirkab sularının daha yaxşı təmizlənərək Abşeron ərazisindəki kənd təsərrüfatında istifadə oluna bilməsi üçün stansiyanın müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulur. Layihənin dizayn et, qur, maliyyələşdir, idarə et və saxla modeli üzrə həyata keçirilməsi planlaşdırılır.

Bakıdan 15 kilometr şərqdə yerləşən Hövsan Təmizləyici Qurğular Stansiyası paytaxtın ən böyük çirkab su təmizləyici stansiyasıdır. Sovet dövründə inşa edilmiş stansiya hazırda yalnız qismən təmizlənmiş suları Xəzər dənizinə axıdır ki, bu da sahilboyu ekoloji çirklənməyə səbəb olur. Azərbaycan hökuməti çirkab su təmizləyici qurğularının yenilənməsini 2024-cü ildə qəbul olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da prioritet sahələrdən biri elan edib.

AİB-in tranzaksiya məsləhət xidməti layihənin hazırlanması, bazarın araşdırılması, strukturlaşdırma və tender proseslərinin həyata keçirilməsini əhatə edəcək. Məqsəd layihənin şəffaflığı, maliyyə cəlbediciliyi və ən yaxşı beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməkdir. Layihə, həmçinin gender bərabərliyinin təşviqini, ekoloji və sosial təminatlar üzrə beynəlxalq standartların inteqrasiyasını nəzərdə tutur.

Bu təşəbbüs “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasını dəstəkləyir və 2025–2029-cu illəri əhatə edən AİB-in yeni təsdiq olunmuş Ölkə üzrə Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə uyğunluq təşkil edir. ÖTS iqlimə davamlılıq və özəl sektorun inkişafı kimi əsas istiqamətləri vurğulayır.

Hövsan layihəsi dövlət layihələrinə maliyyə dəstəyi ilə yanaşı dövlət-özəl tərəfdaşlıq modelini təqdim edir. Bu layihə, Azərbaycanın su və şəhər infrastrukturuna AİB-in indiyə qədər dövlət sektoru üzrə ayırdığı 557 milyon dollar həcmində maliyyələşdirmənin davamıdır, həmçinin mövcud ÖTS-in icrası dövründə bu sektora göstərilməsi planlaşdırılan dəstəyin əsasını təşkil edir.

Azərbaycan 1999-cu ildən bəri AİB-in üzvüdür və bu dövr ərzində bank ölkədə infrastrukturun yaxşılaşdırılması, ictimai xidmətlərin təkmilləşdirilməsi, habelə özəl sektorun inkişafının dəstəklənməsi məqsədilə 5 milyard dollardan çox vəsait ayırıb.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-si regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri