Xəzər dənizinə axıdılan kimyəvi maddələrlə bağlı ADSEA dan açıqlama
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Yaranan suallarla bağlı ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanladıq.
Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, tullantı sularının tərkibinin müəyyən olunması məqsədilə götürülmüş su nümunələrinin laboratoriya sınaqları aparılmışdır: “Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 08 may 2026-cı il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, Piyvəzavod küçəsi ünvanında fəaliyyət göstərən “Alko LMD Azər Spirt 2024” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus spirtli içkilərin istehsalı zavodunda formalaşan tullantı sularının əvvəlcə açıq axarla, daha sonra isə diametri 300 mm olan yeraltı plastik boru xətti ilə Xəzər dənizi istiqamətində axıdıldığı müəyyən edilmişdir.
Axıdılan kəskin qoxulu qırmızımtıl-qonur rəngli tullantı sularının tərkibinin müəyyən olunması məqsədilə götürülmüş su nümunələrinin laboratoriya sınaqları aparılmışdır. Laborator analiz nəticələrinə əsasən su nümunələrində asılı maddələrin, oksigenə kimyəvi tələbatın (OKT), oksigenə bioloji tələbatın (OBT5) və ammoniumun miqdarının yol verilən qatılıq həddindən dəfələrlə yüksək olduğu məlum olmuşdur.
Qeyd etmək istəyirik ki, tullantı sularının tərkibində OBT5, OKT və asılı maddələrin miqdarının normadan artıq olması Xəzər dənizi ekosisteminə və su bioresurslarına ciddi mənfi təsir göstərir. Belə ki, OBT5 və OKT göstəricilərinin yüksək olması suda çoxlu üzvi və kimyəvi çirkləndiricinin olduğunu göstərir ki, bu maddələrin parçalanması suda həll olmuş oksigenin sürətlə azalmasına və nəticədə su canlılarının oksigen çatışmazlığından məhv olmasına səbəb ola bilər. Eyni zamanda asılı maddələrin çox olması günəş işığının suyun dərin qatlarına keçməsini məhdudlaşdırır, fotosintezi zəiflədir, dib canlılarının üzərini örtərək onların məhv olma riskini artırır”.
Qurumdan həmçinin bildirilib: “Aşkar edilmiş faktlara əsasən Azərbaycan Respublikasının Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 sentyabr 1999-cu il tarixli 146 saylı Qərarı ilə təsdiq edilmiş “Balıqçılıq su obyektlərinə zərərli təsirlərin yol verilən normaları”nın tələblərinin pozulduğu müəyyən edilmişdir.
Bu da öz növbəsində, dəniz ətraf mühitini quruda olan mənbələrdən çirkləndirməklə insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama qaydalarını pozmaqla dəniz ətraf mühitini çirkləndirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 252.1-ci, eyni zamanda yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, balıq və digər su bioresurslarına əhəmiyyətli zərərin vurulması ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 250.1-ci maddəsinin tələbinə əsasən cinayət tərkibinin əlamətləri olduğundan, iş üzrə toplanmış materiallar pozuntunun qarşısının alınması və məsələyə hüquqi qiymət verilməsi üçün göndərilmişdir.
Materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilmişdir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 İyun 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















