Icma.az
close
up
RU
“Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi əməkdaşlığın yeni növü deməkdir” Deputat

“Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi əməkdaşlığın yeni növü deməkdir” Deputat

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev bildirib ki, hazırda Orta Asiya, Azərbaycan, Türkiyə və Avropa ölkələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması istiqamətində işlər görülür. Dövlət başçısı bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə deyib.


İlham Əliyevin sözlərinə görə, Azərbaycan Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr yatırır. Prezident qeyd edib ki, 2030-cu ilə qədər ölkənin enerji istehsalının təxminən 40 faizi bərpaolunan mənbələrin payına düşəcək. 


Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a bildirib ki, enerji amili Azərbaycanın xarici siyasətində önəmli yerə malikdir:

"Enerji sektoru Azərbaycanın beynəlxalq əməkdaşlığında əsas istiqamətlərdən birini təşkil edir. Ən başlıca məsələ odur ki, enerji resurslarımızın siyasətin əlində alət olmamasına, edilməməsinə xüsusi həssaslıqla yanaşırıq. Azərbaycan ənənəvi olduğu qədər, qeyri-ənənəvi resurların, günəş, külək və su elektrik enerjisinin inkişafında da maraqlıdır. Bu istiqamətdə fəaliyyətimizin ciddi nəticələri mövcuddur”.

Deputat deyib ki, Mərkəzi Asiya isə nəhəng bir coğrafiya deməkdir:

"Mərkəzi Asiya böyük bir coğrafiyadır. Azərbaycan bu coğrafiyadan Qazaxıstan və Özbəkistanla "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş" imzaladı. Bu saziş sözügedən ölkələrin enerji sektorunda əməkdaşlığın yeni səhifəsinin açılması demək idi. Saziş çox önəmli bir tarixi zamanda-BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində imzalandı. Enerjinin bu yeni növü üzrə əməkdaşlığın artırılması həm bərpaolunan enerji mənbələrinin inkişafı, həm enerji təhlükəsizliyinin təmin olunması, həm də davamlı inkişaf məqsədlərinə töhfə verilməsi baxımdan vacibdir”. 

Parlamentari qeyd edib ki, bu gün dünyada istixana emissiyalarının azaldılması qarşıda dayanan əsas çağırışlardan biridir: 

"İqlim dəyişikliyi və ekoloji problemlər bu gün qlobal gündəmin əsas mövzularındandır. Bu yolda uğur qazanmaq üçün yaşıl enerjinin inkişafı təşviq edilməlidir. Azərbaycan bu prosesdə də təşəbbüskarlıq göstərən aktor qismində çıxış edir. Yeni reallıqlar yeni iqtisadi əməkdaşlıqları şərtləndirir. Bu ticari münasibətlərdə ekologiyaya ziyan vurulmasından mümkün mərtəbə qaçmaq lazımdır. Bu baxımdan yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqi dəstəklənməlidir. Mərkəzi Asiya, Qafqaz regionu, Avropa ilə əməkdaşlıqda yeni fürsət pəncərləri aralanıb. Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi əməkdaşlığın yeni növü deməkdir”.

A.Badamov vurğulayıb ki, Qazaxıstan-Azərbaycan-Özbəkistan arasında imzalanan Sazişin icrası məqsədilə üç ölkənin müvafiq qurumları arasında "Yaşıl Dəhliz Birliyi" adlı Birgə Müəssisə təsis edilib, rəhbər Komitə və İşçi Qrupları yaradılıb:

"Belə bir müəssisələrin və işçi qruplarının yaranması digər qeyd edilən regionlar ilə də baş tutacaq ki, bu da bərpa olunan enerji sahəsi üzrə layihələr vasitəsilə əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirəcək.  

Zəngin təbii resurslara, geostrateji mövqeyə, geniş enerji infrastrukturuna malik bu ölkələrin əməkdaşlığı tərəflərə qarşılıqlı fayda gətirəcək. İstər Avropa, istərsə də Asiya enerji bazarlarında mövqeyimiz dayanıqlı əsaslarla daha da bərkiyəcək”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Oktyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri