Icma.az
close
up
RU
“Xəzər dənizinin çəkilməsi həm də mədəniyyətin yoxa çıxması deməkdir”

“Xəzər dənizinin çəkilməsi həm də mədəniyyətin yoxa çıxması deməkdir”

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

- Günay xanım, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorka mühüm bir səfər etdi. Bu səfərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində cənab Prezident İlham Əliyevin Nyu-Yorka həyata keçirdiyi səfər Azərbaycanın qlobal proseslərdə iştirakı baxımından son dərəcə mühüm məqamlarla yadda qaldı.

Biz səfər zamanı cənab Prezidentin dünyanın müxtəlif siyasi-iqtisadi liderlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin təşəbbüsləri əsasında gerçəkləşdirdiyi çoxsaylı görüşləri izlədik. Bu, beynəlxalq müstəvidə dövlət başçısına olan münasibətin, onun günü-gündən artan nüfuzunun bir daha sübutudur. Qeyri-obyektivlik və ikili standartların mövcud olduğu mürəkkəb bir mühitdə Prezidentə göstərilən etimad onun parlaq şəxsiyyətindən, güclü liderlik xarizmasından, ali siyasi və mənəvi keyfiyyətlərindən qaynaqlanır.

- Prezidentin BMT tribunasından çıxışı xüsusi diqqət çəkdi...

- Bəli, cənab Prezident Nyu-Yorkda növbəti bir tarixi ilkə imza atdı. O, BMT tribunasında qalib ölkənin lideri kimi çıxış edərək, Azərbaycanın həm qələbə, həm də sülhə aparan yolda təcrübəsini qlobal ictimaiyyətlə bölüşdü. Dövlət başçısı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin ikili standartlara məruz qalaraq illərdir icra olunmadığını elə BMT tribunasından böyük cəsarətlə səsləndirdi. Dövlətimizin başçısı Ermənistanın mülki əhalini hədəf alan addımlarına rəğmən, Azərbaycanın israrla, qətiyyətlə beynəlxalq hüququn fundamental prinsipləri üzərində dayanmasından bəhs etdi.

Digər tərəfdən, cənab İlham Əliyev Azərbaycanın qlobal iqtisadi, ticari, humanitar və iqlim məsələlərinə dair hərtərəfli strategiyasını təqdim etdi.

Ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 sammitində Azərbaycan diplomatiyası aktiv, təşəbbüskar, birləşdirici missiyası ilə əhəmiyyətli qlobal nəticələrin reallaşmasına vəsilə olmuşdu. O tədbirdə dövlətimiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoq və həmrəyliyi təmin etdi. Sammit çərçivəsində iqlim maliyyələşdirmə hədəfinin 3 dəfə artırılmasını - 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan Bakı Maliyyə Hədəfi əldə olundu. Bu, Afrikada, Asiyada, kiçik ada dövlətlərində yaşayan milyonlarla insanın sabahını xilas edəcək çox ciddi bir nailiyyətdir. Bununla bağlı dövlət başçısının BMT-dəki çıxışı Azərbaycanın qlobal çağırışlara böyük məsuliyyətlə yanaşmasının və onların həllindəki yüksək səriştəsinin bir daha təsdiqi oldu.

- Günay xanım, sizcə, Prezidentin Xəzər dənizi ilə bağlı mesajı Azərbaycan və digər sahilyanı ölkələr üçün hansı prioritetləri ortaya qoyur?

- Düşünürəm ki, cənab Prezidentin beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməsi olduqca mühüm əhəmiyyət daşıyır. Çünki Xəzər dənizinin qorunması həm də bizim tarixi-mədəni irsimizin gələcəyi ilə bağlıdır. Dövlət başçısı çıxışında Xəzər dənizinin suyunun sürətlə azalmasından bəhs etdi və vurğuladı ki, əsas səbəb təkcə iqlim dəyişməsi deyil. Prezident hər bir sözündə olduğu kimi, bu ifadəsində də dərin bir mesaj verdi. O, ekologiyanın bizə yox, bizim ekologiyaya cavabdehlik daşıdığımızı vurğuladı. Yəni Xəzər bizim ümumi mirasımızdır. Prezidentin bildirdiyi kimi, problemin həllində Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Ona görə Azərbaycanla yanaşı, bütün sahilyanı ölkələr bir masa arxasına toplaşaraq, bu məsələyə ciddi önəm verməlidir. Dövlət başçısı həmçinin, bu işdə BMT ilə sıx əməkdaşlığa hazır olduğunu açıq elan etməsi ilə, beynəlxalq qurumların da problemin həll mexanizminə cəlb oluna biləcəyini nəzərə çatdırdı. Baxın, Xəzər dənizinin çəkilməsi coğrafiya ilə yanaşı, həm də mədəniyyətin yoxa çıxması deməkdir. Xəzər dənizi bizim tarixi-mədəni keçmişimizin, musiqimizin, poeziyamızın ayrılmaz parçasıdır. Xəzər bizim doğma şairimiz Mikayıl Müşfiqin əbədi məskənidir.

Sənaye tullantıları, çay axınlarının tənzimlənməməsi, məsuliyyətsiz istismar yalnız Xəzərin suyunu deyil, eyni zamanda ətrafındakı ölkələrin kollektiv tarixi-mədəni yaddaşını da zəiflədir. Bu səbəbdən, Xəzərin qorunması sahilyanı ölkələrin birgə məsuliyyəti və beynəlxalq əməkdaşlığın vacib prioritetlərindən olmalıdır.

“525”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri