Xəzər İbrahim: Trampın rəhbərliyi altında ABŞ nin səyləri Cənubi Qafqazın çiçəklənməsinə töhfə verir
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rəsmi Bakı ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, eləcə də Cənubi Qafqaz regionunun çiçəklənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir.
525.az xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim "Washington Examiner"ə müsahibəsində deyib.
"Biz (Azərbaycan - red.) strateji yanaşma gördük. Təbii ki, Prezident Tramp əsl lider və əsl sülhməramlıdır. Məhz buna görə də ilk vaxtlardan onun seçilməsindən sonra biz əmin idik ki, təkcə bizim regionda deyil, bütün dünyada sülh, firavanlıq və inkişafın təmin edilməsi üçün səylər göstəriləcək", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Bakı və İrəvan üç ilə yaxındır ki, sülh sazişi istiqamətində çox səmərəli iş görüblər.
"Lakin sülh sazişinin bağlanması üçün kömək edə biləcək dünya lideri lazım idi. Və sonra, sözün əsl mənasında, altı ay əvvəl, Prezident Tramp seçildikdən sonra sülh gətirmək istəyən bir dünya lideri meydana çıxdı", - səfir bildirib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in mətnini paraflayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Avqust 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















