Icma.az
close
up
RU
Trampın Rusiya ilə uzlaşması: Cənubi Qafqazın geosiyasi taleyi necə formalaşacaq?

Trampın Rusiya ilə uzlaşması: Cənubi Qafqazın geosiyasi taleyi necə formalaşacaq?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Donald Trampın Ağ Evdəki yeni dövrü başladı. Onun andiçmə mərasimi dünya mediasında geniş işıqlandırıldı və verdiyi bəyanatlar geniş rezonans doğurdu. Onun Meksika körfəzinin adını dəyişmək və Marsa bayraq asmaq kimi iddialı bəyanatları geniş müzakirələrə səbəb oldu. Lakin Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı əvvəlki vədlərinə toxunmaması yeni suallar doğurdu. Trampın prezidentliyinin ilk günlərindən etibarən verdiyi vədlərin hansılarını yerinə yetirəcəyi və hansı dəyişikliklərin baş verəcəyi maraqla gözlənilir. Xüsusilə Cənubi Qafqaz regionu bu dəyişikliklərin mümkün təsirlərini diqqətlə izləyir. Bəs yeni administrasiyanın siyasəti qlobal və regional dinamikanı necə formalaşdıracaq?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a açıqlamasında deyib ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp inaqurasiya mərasimində bir sıra vacib məsələlərə toxundu:  “Əlbəttə,bütün dünyanın diqqəti Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı nə deyəcəyinə yönəlmişdi".

Ə.Zülfüqaroğlu bildirib ki, Tramp Rusiya-Ukrayna savaşına konkret olaraq toxunmasa da, “savaşları durduracağıq” ifadəsini işlətdi: “Bu isə onu deməyə əsas verir ki, Tramp seçkiöncəsi verdiyi vədləri böyük ölçüdə yerinə yetirəcək. O cümlədən Rusiya-Ukrayna savaşı ilə bağlı addımlar atacaq. Ukraynaya dəstəyi azaldacaq. Bu avtomatik olaraq Avropa İttifaqının da mövqeyinə təsir edəcək və beləliklə də Ukrayna Kiyev üçün arzuolunmaz mənzərə yaranacaq. Tramp üçün əsas istiqamətlər öncə ABŞ-ni daxili iqtisadi problemlərdən xilas etməkdir. Bunun üçün Vaşinqtonun müharibələrdən uzaqlaşması başlıca şərtdir. Trampın mesajlarından biri də ABŞ-da neft istehsalını artırmaq və enerji ixrac etməyə başlamasıdır. Hətta elektrikli  avtomobillərinin kütləvi istehsalına şərait yaradan bir sıra məhdudiyyətləri aradan qaldıracağını dedi. Tramp böyük ehtimalla Səudiyyə Ərəbistanını da neft istehsalını artırmasına məcbur edəcək. “Saudi Aramco”  dünya neft qiymətlərinə təsir edən əsas şirkətlərdən biridir. Bütün bunlar da dünyada neft qiymətlərinin aşağı düçməsinə gətirib çıxaracaq. Bu isə Rusiya iqtisadiyyatına mənfi təsir edəcək. Bu da Rusiyanın Ukrayna məsələsində ABŞ ilə daha rahat kompromisə getməsinə zəmin yaradacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Bayden adminstrasiyası hökuməti təhvilvermə ərəfəsində Ermənistanla strateji tərəfdaşlığa dair saziş imzladı: “Bu bölgə üçün yeni risklər yaradır. Amma bu saziş o demək deyil ki, Tramp bunu mütləq yerinə yetirəcək. Doğrudur, Trampın komandasında erməni lobbisi ilə sıx əlaqədə olan şəxslər var və onlar Trampın Cənubi Qafqaz siyasəti ilə bağlı korrektələr etməsinə çalışa  bilərlər. Amma erməni lobbisinə yaxın şəxslərin Tramp administrasiyasında təmsil olunması o demək deyil ki, Vaşinqton mütləq Ermənistanın maraqlarına uyğun siyasət həyata keçirəcək. 

Trampın Ukrayna məsələsi ilə bağlı Rusiya ilə uzlaşması Vaşinqtonun Cənubi Qafqaz siyasətində həlledici amil olacaq”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri