Icma.az
close
up
RU
Xəzər İsayev: “Ağlaya ağlaya dedi ki, tez gəlib, meyiti buradan çıxarın” MÜSAHİBƏ İdman və Biz

Xəzər İsayev: “Ağlaya ağlaya dedi ki, tez gəlib, meyiti buradan çıxarın” MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

20 Yanvar şəhidi, güləşçi Müşfiq İsayevin qardaşı Xəzər İsayevin İdman.biz-ə müsahibəsi

- Qardaşınızı necə xatırlayırınız?

- İdmançılar bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Müşfiqin də xarakterində idmançıya xas xüsusiyyətlər vardı. Xaraktercə çılğın idi, hər yerdə sözünü deməyi bacarırdı. Çox mərd adam idi. Yadımdadır, hələ o vaxt Əfqanıstanda vuruşmaq üçün ərizə vermişdi. Elə oldu ki, ora gedə bilmədi, əsgərliyini başqa yerdə çəkdi. Burada doxsanıncı illər hadisələri başlayanda o, Rusiyanın Vladimir şəhərində təhsil alırdı. Məlum hadisələri eşidən kimi dedi ki, Azərbaycana qayıdıb, vətən uğrunda əlimdən gələni etmək istəyirəm. Qayıtdı da. Vətənpərvər adam idi.

- Çox güman, qardaşınızın da idman sevgisi ailənizdən gəlirdi.

- Bəli. Biz idmançı ailəsində böyümüşük. Atamız güləşçi olub. Dörd qardaş hamımız güləşlə məşğul olmuşuq. Güləş sevgisi bizə atamızdan keçib. Əvvəlcə nəticə verən böyük qardaşım oldu. Sonradan mən peşəkar idmanda davam etdim. Müşfiq güləş üzrə idman ustalığına qədər qalxmışdı. Müəyyən mərhələyə qədər irəllədi, sonra isə təhsili ilə əlaqədar Vladimir şəhərinə yollandı. Əgər burada davam etsəydi, o da mənim qədər məşhur idmançı ola bilərdi. Sadəcə oxuduğu dövrdə oranın şərtləri ilə güləşlə davam etməyi çatdıra bilmirdi. Sonradan oxuya-oxuya boksla məşğul olmağa başladı.
- Son bir neçə il istisna olmaqla ölkəmizdə davamlı şəkildə Müşfiq İsayevin xatirə turniri keçirilirdi. Sözügedən turnir yenidən təşkil oluna bilərmi?

- Bəli. 23 il ardıcıl olaraq Müşfiqin xatirəsinə həsr olunan sərbəst güləş üzrə turnir keçirdik. Pandemiya dövründə qapalı məkanlarda tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün həmin il turnir baş tutmadı. Daha sonra isə müəyyən problemlərdən dolayı ənənəni davam etdirə bilmədik.

- Bu istiqamətdə hansısa təşəbbüslə çıxış etmisinizmi?

- Yenidən məsələni qaldırmaq istəyirəm. 23 il az müddət deyil, Azərbaycan pəhləvanlarının əksəriyyəti sözügedən turnirdə güləşərək yığma komandaya düşürdülər. Bu il artıq gecdir, ancaq mümkün olarsa, gələn il turniri yenidən keçirə bilərik. Məsələ ilə bağlı artıq Güləş Federasiyasına da müraciət etmişəm.

- Xəzər bəy, o dəhşətli gecəni necə xatırlayırsınız? Qardaşınızın şəhid olma xəbərini kimdən öyrənmişdiniz?

- Mən həmin vaxt Ağdaşda idim. Təxminən, saat birə iyirmi dəqiqə işləyirdi. Bakıdan telefon zəngi gəldi. Zəng Bakıdakı ATS-dən idi. Bir qız ağlaya-ağlaya deyirdi ki, Bakıda qırğındır. Birdən əlaqə kəsildi. Üç-beş dəqiqədən sonra yenidən zəng gəldi. Soruşdular ki, Xəzər İsayevgilin evidir? Dedim bəli, danışan özüdür. Telefonun o biri başından gələn səs ağlaya-ağlaya dedi ki, burada qırğındır, kimini dənizə atırlar, kiminin də üstünə torpaq tökürlər. Sizin də qardaşınız rəhmətə gedib. Bacardıqca tez gəlib, meyiti buradan çıxarın. Xəbəri eşidəndə telefon əlimdən düşdü. Gecə ilə yola çıxdım. Ancaq Sulutəpəyə çatanda şəhərə girişə icazə vermədilər. Daha sonra qaynatam və digər ağsaqqallarla birgə qatarla gəldik çıxdıq Bakıya. Müşfiqin xarakterində xeyli müsbət məqam sadalamaq olar. Hər yerdə nümunə olmaq istəyirdi. Ona “Xəzərin qardaşı” deyiləndə qəbul etmirdi. Deyirdi ki, mən öz adımla tanınmaq istəyirəm. Elə də oldu. Oğluma onun adını qoymuşam. Baxmayaraq ki, bu gün mən dünyaşöhrətli idmançı olub, müvafiq vəzifələrdə çalışsam da, özümlə daha çox Müşfiqin qardaşı kimi fəxr edirəm.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri