Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Xəzər nərəsinin 300 milyon il yaşı var

Xəzər nərəsinin 300 milyon il yaşı var

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

22 May Beynəlxalq Biomüxtəliflik Günüdür

Bu tarix dinozavr dövrünü geridə qoyur

Azərbaycan Prezidentinin 2020-ci il martın 27-də imzaladığı Fərmanla təsdiqlənmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaranandan sonra bu istiqamətli fəaliyyətimiz daha da intensivləşmiş və təkmilləşdirilmişdir. Ancaq həmin tarixədək də həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlamışlar. Belə ki, Prezident İlham Əliyev 2016-cı il oktyabrın 3-də “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya”nı təsdiq etmişdir.

Xatırladaq ki, ölkəmiz bu istiqamətli beynəlxalq konvensiyaya 25 il əvvəl – ümummilli lider Heydər Əliyevin imzası ilə qoşulmuşdur. Son illərdə isə bioloji müxtəlifliyin problemləri önə çəkilərək bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı, “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram və digər dövlət proqramları qəbul edilərək həyata keçirilir. Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin elektron saytında oxuduğumuz çoxsaylı materiallardan biri də “Azərbaycan Respublikasının “Qırmızı kitabı” bölməsində verilmiş məlumatlardır. Orada qeyd edilir ki, fauna və flora növlərinin mühafizə olunmasının effektiv üsullarından biri “Qırmızı kitab”ın təsis edilməsidir. Xatırladaq ki, hələ 1977-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın flora və faunasının genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmişdir.

Həmin təşəbbüsün davamı olaraq, bu gün mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növləri xüsusi mühafizə edilir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ı rəsmi sənəd olmaq etibarilə, ölkəmizin bütün ərazisində, o cümlədən Xəzər dənizinin bizə mənsub olan bölməsində heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Bildirilir ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ı “Heyvanlar aləmi haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara əsasən tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qırmızı kitabı” haqqında Əsasnamə”yə uyğun olaraq, bu kitab nəşrləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqəli surətdə təşkil edilir və maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilməklə hər 10 ildən bir yenidən nəşr olunur.

Əlavə edək ki, respublikamızın “Qırmızı kitabı”nın birinci nəşri dövlət müstəqilliyimizin bərpasından üç il əvvəl, ikinci nəşri 2013-cü ildə ( flora və faunanın hərəsi ayrıca bir cilddə) , üçüncü nəşri isə 2023-cü ildə olmuşdur. Son nəşrdə əvvəlki 2 nəşrdən fərqli olaraq, növlərin beynəlxalq kateqoriyaya uyğun qiymətləndirilməsi işləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının yeni təlimatı əsasında aparılmışdır. Xidmətin məlumatlarında bildirilir ki, “Qırmızı kitabı”ın sonuncu nəşri ilə bağlı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elmi-tədqiqat işləri aparılmış, Ermənistan tərəfindən 30 il müddətində işğal altında saxlanılmış və ekoloji terrora məruz qalmış ərazilərdə monitorinqlər keçirilmiş, nadir və nəsli kəsilmək təhlükəsində olan növlər müəyyənləşdirilərək son nəşrə daxil edilmişdir.

Daha təkmil şəkildə hazırlanmış son nəşrdə nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna (152 onurğalı, 89 onurğasız) və 460 flora (383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun, 37 göbələk növləri) öz əksini tapmışdır. Həmçinin ilk dəfə tərtib olunan çəhrayı siyahıya 49-u ali, 2-si ibtidai olmaqla 51 bitki növü daxil edimişdir. Təbii ki, bu axtarışlar, dəqiqləşdirmələr müvafiq beynəlxalq konvensiyanın əsas prinsiplərinin icrası istiqamətində atılan uğurlu addımlardandır.

Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Mayın 22-si Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

Məlum olduğu kimi, Azərbaycan flora növlərinin ümumi sayına görə Cənubi Qafqazın ən zəngin ölkəsidir. Burada rast gəlinən bitki növləri Cənubi Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir. Respublikamız üçüncü dövrə aid olan relikt (qədim bitkilər) növlərlə də zəngindir ki, bunların nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonasında daha çox rast gəlinir. Dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. misal göstərmək olar. Eləcə də, ölkəmizdə 240 endemik, yəni dünyanın başqa yerlərində rast gəlinməyən bitki növü mövcuddur ki, bu isə ümumi floranın 6 faizini təşkil edir.

Ölkəmizin heyvanlar aləminin zənginliyi barədə ilk məlumata Şərq səyyahlarının səfər qeydlərində rast gəlmək olar. Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılıb.

Qeyd olunur ki, Xəzərin ən qiymətli varlığı – planetimizin relikt, yəni ən qədim canlılarından olan və təkamülü 300 milyon il təşkil edən nərə balıqlarıdır. Onların yaşı 65 milyon il əvvəl yaşayan dinozavrlardan da qədimdir. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80 faizi cəmləşib. Dənizin hövzəsində, çaylar daxil olmaqla, cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir, yəni planetin heç bir yerində yoxdur və yalnız Xəzər dənizində yaşayır. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzər dənizində relikt və endemik olan 6 növ nərə cinsli balıq yaşayır: Onlar bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə balıqlarıdır.

Təəssüf ki, otuz ilə qədər düşmən tapdağında qalmış ərazilərimizin flora və faunasına çox böyük ziyan vurulmuşdur. Dövlətimiz, mətbuatımız və ölkə ictimaiyyəti həmin faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində lazım olan bütün addımları atır. Ən mühüm addımlardan biri isə işğaldan azad olunmuş torpaqlarımızda xüsusi mühafizə olunan 6 təbiət ərazisinin yaradılmasıdır. Onlardan ikisi dövlət təbiət qoruğudur – Bəsitçay və Qaragöl qoruqları, dördü isə yasaqlıqdır – Daşaltı, Laçın, Qubadlı, Arazboyu. 30 ilə yaxın müddətdə həmin qoruq və yasaqlıqlar talan olunub, onların əksər hissəsi məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinə dəymiş ziyanın hesablanması məqsədilə monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq.

... Sonda. Qızmar yay aylarından birində Qəbələyə gedirdik. Bakı – Şamaxı yolunun 25–30 kilometrliyindən sonra – Günəşin qovurğaya döndərdiyi yarımsəhra ərazilərdəki göz yoran, sap-sarı çöllər fonunda, az qala, möcüzəyə bənzər yaşıl mənzərələr yolun hər iki tərəfi boyunca uzanıb gedirdi. 40–45 il gedib-gəldiyimiz bu yolun kənarlarında şahidi olduğumuz yaşıllıq zolaqları, sözün həqiqi mənasında, göz oxşayırdı. Mənim həmin yaşıllıqlara təkcə heyranlıqla deyil, həm də böyük sevinclə nəzər saldığımı sezən sürücümüz Teymur dilləndi: “Neft pullarıdır, müəllim. Səhranı yaşıllığa çevirib. Bəzi ağzıgöyçəklər boşboğazlıq edəndə mən ölkənin hər yerində şahidi olduğum bu mənzərələri yada salıram. Qızım Böyük Şor deyilən əraziyə yaxın yerdə yaşayır. O tərəflərdə nə qədər yaşıllıqlar salınıb, xəbəriniz varmı? Nəvəmi Naxçıvana – Əshabi - Kəhf ziyarətinə aparmışdıq. Naxçıvandan həmin ziyarətgaha qədər gedən yolun kənarları cənnətə döndərilib. 15–20 il əvvəl isə o yerlər Ərəbistan səhrası kimi idi. Gəncədə – Gəncə çayının sahili boyu salınan, uzunluğu bilinməyən yaşıl parkı görmüsünüzmü?”

Sürücünün ölkənin hər yerindən xəbər verməsi o qədər təqdirəlayiq idi ki, mən də həmin məsələ barədə bildiklərimi xatırlatmalı oldum:

– Mən ötən əsrin yetmişinci illərinin əvvəllərində rayondan Bakıya köçəndə Bayılda yaşamış və Bibiheybət neft mədənlərində çalışmışdım. Yəni həmin ərazilərin o dövrki mənzərələrini tam təfsilatı ilə xatırlayanlardan biri də mənəm. İndi o yerlərdə Yeni bulvar deyilən böyük bir istirahət mərkəzi salınıb, Su İdmanı Kompleksi açılıb, Daş Salnamə muzeyi yaradılıb, Bakı Ali Neft Məktəbi üçün ən müasir kampus – təlim-tədris, yaşayış, istirahət və idman kompleksi tikilib, SOCAR-ın ekoloji parkındakı yüz minlərlə ağacın yaratdığı ab-hava görənləri heyran edir, ərazidəki “Jurnalistlər şəhərciyi”nin binalarının sayı artır. Ən başlıcası, Böyük İpək Yolunun paytaxta giriş-çıxış hissəsi bilavasitə Maksim Qorkinin cəhənnəmə bənzətdiyi həmin mazutlu, palçıqlı, bataqlıq ərazilərdən keçir. Yəni Azərbaycan dövləti ətraf mühitin sağlamlaşdırılması istiqamətində elə addımlar atır ki, təkcə qonaqlarımız yox, elə özümüz də heyran oluruq.

İttifaq MİRZƏBƏYLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri