Deputat dərmanların içlik vərəqinin uzun olmasına etiraz etdi: Qəzet çıxarırsız?
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Seçicilərim mənə dərmanların içlik vərəqini veriblər ( red - içlik vərəqinin uzun olduğunu göstərir). Qəzet çıxarırsız? Bu qədər izahat olar? Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik ki, onun üstünə yaz ki, bunu neçə dəfə qəbul edəcəm"
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
Deputat dərmanın içlik vərəqinin və orada yazıların çox olmasına etirazını bildirib: "Dərmanla bağlı görün nələr yazır, bunu o xəstə oxuyandı? Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardı”, - deyə deputat bildirib.
Spiker Sahibə Qafarova deputatın fikirlərinə cavab olaraq bildirib: “Səyyad müəllim, orda bir az yazılsa, deyəcəksiniz ki, niyə o söz yazılmayıb. Dünyada qəbul edilmiş praktika var ki, dərman vasitəsilə bağlı mütləq qutunun içində izahat olur. Başqa cür də ola bilməz".
Səyyad Salahlı isə qeyd edib ki, fikirləri o yox, camaat deyir: “Bunları mənə camaat verir. Bu mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə danış”.
Spiker vurğulayıb ki, həkimlər hər bir dərman vasitəsilə bağlı xəstəni məlumatlandırır: “Deyirsiniz ki, gərək xalqın dilində olsun. Həkim xəstəyə başa salır ki, dərmanı bir dəfə və ya iki dəfə iç”.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Noyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















