Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Nəcibənin toyudur Fotolar

YAP dövlət və cəmiyyətin inkişafında aparıcı rol oynayır Deputat

YAP dövlət və cəmiyyətin inkişafında aparıcı rol oynayır Deputat

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yeni Azərbaycan Partiyası (YAP) demokratik prinsiplərin təşviqi və dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynayır. Bu partiya ölkənin ağır böhran dövründə xalqın taleyini düşünən ziyalıların təşəbbüsü nəticəsində yeni siyasi platformanın qurulması məqsədilə yaradılmışdır. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransında ölkənin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupu iştirak etmişdir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari xatırladıb ki, konfransda YAP-ın Proqramı və Nizamnaməsi qəbul olunmuş, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilmişdir.

"Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin ictimai-siyasi arenasında yeni bir mərhələnin başlanğıcı oldu. Partiyanın fəaliyyəti həm milli həmrəylik, həm də siyasi sabitliyin təmin edilməsinə yönəlmişdi. Bu əlamətdar hadisə, eyni zamanda cəmiyyətin gələcək inkişafına strateji istiqamət verən mühüm addım kimi dəyərləndirilir. 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və iqtisadiyyatın inkişafı naminə genişmiqyaslı islahatlar reallaşdırılmışdır.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasətin əsasında dövlətimizin inkişaf strategiyası yeni mərhələyə qədəm qoymuşdur. Cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilməsi fonunda ölkədə ictimai-siyasi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Bu müdrik siyasət, həmçinin milli maraqların qorunması, demokratik ənənələrin, eyni zamanda beynəlxalq əməkdaşlığın inkişafı ilə müşayiət olunmuşdur. 2005-ci il martın 26-da keçirilmiş YAP-ın III qurultayında partiyanın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilmişdir. Bu dövr partiyanın dövlət siyasətində strateji rolunun daha da möhkəmləndiyi mərhələ olmuşdur. Partiyanın rəhbərliyi Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət prinsipləri əsasında fəaliyyət göstərmiş, ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna töhfələr vermişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazanmış, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımız azad edilmişdir. Dövlətimizin başçısı ölkənin suverenliyinin və milli təhlükəsizliyin təmin olunması istiqamətində uzaqgörən siyasət yürüdərək hərbi, diplomatik və ideoloji sahələrdə mühüm rol oynamışdır.

Belə ki, müstəqillik illərində formalaşmış gənclər 44 günlük müharibədə şanlı Qələbənin əldə olunmasında fəal iştirak etmişlər. Onlar ön və arxa cəbhədə göstərdikləri fədakarlıqla xalqın birlik və həmrəyliyinə töhfə vermişlər. 2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında partiyanın yeni Proqramı və Nizamnaməsi qəbul edilmişdir. Qurultayda müəyyənləşdirilən strateji istiqamətlər dövlətin inkişaf prioritetləri, sosial ədalət, insan kapitalının inkişafını, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsini və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesini əhatə edir. Partiyanın fəaliyyətində peşəkarlıq, innovativ inkişaf, etik davranış və milli dəyərlərə sadiqlik əsas meyarlardır. Proqram, həmçinin beynəlxalq əməkdaşlıq, dövlət siyasətinin adekvat həyata keçirilməsi və regionda yaranmış yeni siyasi reallıqların nəzərə alınmasını təmin edir. Prezident İlham Əliyevin bu qurultayda çıxışında qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.

Tarixi zəfərlərdən sonra keçirilmiş seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbələr qazanmışdır. 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyev 92,12 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. Bu uğurlu nəticələr partiyanın dövlətə sədaqət və ümummilli maraqlara sadiqlik prinsiplərinə əsaslanan fəaliyyəti ilə birbaşa bağlıdır. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində isə partiya yerli özünüidarəetmə orqanlarında böyük əksəriyyətə nail olmuşdur. Bu uğurlar həm dövlət siyasətinin mükəmməlliyini, həm də xalqın etimadını nümayiş etdirir. Beləliklə, Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı, siyasi sabitliyin qorunması və milli həmrəyliyin təmin olunmasında aparıcı rolunu davam etdirir. Partiyanın fəaliyyəti həm ideoloji, həm təşkilati, həm də praktiki səviyyədə dövlətin strateji maraqlarına xidmət edir, demokratiyanın möhkəmləndirilməsinə töhfə verir. YAP, həmçinin ölkədə siyasi dialoqu stimullaşdırmaqla milli birliyi möhkəmləndirərək, gələcəkdə qarşıya çıxacaq çağırışlara çevik və adekvat reaksiyalar göstərmək üçün möhkəm əsaslar yaratmışdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see502

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see324

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see285

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see212

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see193

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see136

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri