Icma.az
close
up
RU
Xəzər sahillərində unikal iqtisadi məkan

Xəzər sahillərində unikal iqtisadi məkan

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Mavi Xəzərin Azərbaycan sahillərində unikal iqtisadi məkan yaradılır. Söhbət Ələt Azad İqtisadi Zonasından (ƏAİZ) gedir. 2023-cü il 9 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Azad İqtisadi Zonanın birinci mərhələsinin açılış mərasimi baş tutub.

Hazırda Ələtdə karqo hava limanının inşası da uğurla davam etdirilir. Bu barədə Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib. “Bu hava limanı Azərbaycanın iqtisadiyyatı və qonşu ölkələr üçün mühüm üstünlüklər yaradacaq. Eləcə də geniş xidmətlər göstərəcək”, - deyə qurum rəsmisi vurğulayıb.

V. Ələsgərov qeyd edib ki, 2026-cı ildə tamamlanacaq layihə çərçivəsində hava limanı 750 hektardan çox ərazini əhatə edəcək. İlkin mərhələdə hava limanının illik 500 min ton yükdaşıma gücünə malik olması nəzərdə tutulur. Növbəti mərhələdə isə bu göstəricinin 1,5 milyon tona çatdırılması planlaşdırılır.

Azad İqtisadi zonanın yüksək cəlbediciliyi

Dünya praktikasına nəzər saldıqda görürük ki, hər bir iqtisadi zonanın uğurlu fəaliyyəti və yüksək cəlbediciliyi üçün bir sıra mühüm şərtlər təmin edilməlidir. Son illərdə Azərbaycanın Avrasiyanın əsas nəqliyyat hablarından birinə çevrilməsi Ələtdə yaradılan Azad İqtisadi Zonanın cəlbediciliyini artıran çox vacib amildir. Ölkə ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yaradılan müasir infrastruktur açıq dənizə çıxışı olmayan Azərbaycanın regionda mühüm tranzit ölkəyə çevrilməsini təmin edib. Bu gün ayrı-ayrı ölkələr və şirkətlər Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolundan və respublikamızda qeyd olunan marşrutlar üzrə yaradılan yüksək səviyyəli infrastrukturdan bəhrələnərək öz yüklərinin Avropadan Asiyaya, eləcə də əks istiqamətə məhz respublikamızın üzərindən daşınmasına üstünlük verirlər. Deyə bilərik ki, ölkəmiz reallaşdırdığı layihələr sayəsində Avrasiya coğrafiyasının nəqliyyat xəritəsini dəyişib. Azərbaycandan keçən nəqliyyat marşrutları ilk növbədə səmərəliliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən diqqəti cəlb edir. Ölkəmizin ərazisində həmçinin Çin və Qazaxıstan sərhədlərindən başlayaraq Avropayadək uzanan Orta Dəhliz inkişaf etdirilir. Gələcəkdə bu marşruta Zəngəzur Dəhlizi də inteqrasiya ediləcək. Bununla da məsafə daha da qısalacaq. Ölkə ərazisində investorların müasir infrastrukturla, müxtəlif dəhlizlərə çıxış imkanlarının olması Ələt İqtisadi Zonasına böyük üstünlüklər qazandırır.

Ələt İqtisadi Zonasının investorlar üçün cəlbediciliyi həm də mükəmməl qanunvericilik bazası ilə şərtlənir. Qeyd edək ki, Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılmasına hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə start verilib. Dövlət başçısı 17 mart 2016-cı il tarixində “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sonrakı mərhələdə bəhs olunan azad iqtisadi zonanın yaradılmasının hüquqi əsaslarını təmin etmək üçün daha bir neçə önəmli sənəd qüvvəyə minib, həmçinin Milli Məclisdə “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Dövlətimizin başçısının 25 noyabr 2019-cu il tarixində imzaladığı müvafiq fərmanla isə Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumu yaradılıb.

İnvestorlar üçün geniş imtiyazlar

 Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Burada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:

- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;

- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;

- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;

- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;

- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;

- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;

- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;

- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;

- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri