Icma.az
close
up
RU
Xəzər Siyasət Mərkəzi ABŞ ın Cənubi Qafqazla əməkdaşlığını istiqamətləndirəcək strategiya hazırlayıb AZƏRTAC

Xəzər Siyasət Mərkəzi ABŞ ın Cənubi Qafqazla əməkdaşlığını istiqamətləndirəcək strategiya hazırlayıb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 16 yanvar, AZƏRTAC

Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) ABŞ-ın növbəti administrasiyasının Mərkəzi Asiya və Qafqaz ölkələri ilə uğurlu işləyə biləcəyi istiqamətləri əks etdirən yeni strategiya hazırlayıb.

AZƏRTAC-ın məlumatına görə, mərkəzin aparıcı eksperti Erik Rudenşoldun müəllifi olduğu “Transxəzər trayektoriyası: Mərkəzi Asiya və Qafqaz üçün yeni ABŞ strategiyası” adlı sənədin ABŞ-ın paytaxtı Vaşinqtonda təqdimatı keçirilib. Açılış nitqi ilə çıxış edən Xəzər Siyasət Mərkəzinin prezidenti Əfqan Nifti son bir neçə ildə Mərkəzi Asiya və Qafqaz regionunun diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, digər dövrlərlə müqayisədə indi regiona daha çox maraq var və bu maraq getdikcə artır. Xəzər regionu qlobal oyunçularla münasibətlərini şaxələndirmək istiqamətdə fəal addımlar atır və bu, regiona hərtərəfli yanaşma tələb edir. Əfqan Nifti Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir-birinə bağlı olduğunu və ABŞ üçün hər iki regionu əhatə edən strategiyaya ehtiyacı olduğunu qeyd edib.

Strategiyanın müəllifi Erik Rudenşold bildirib ki, yeni seçilmiş prezident Donal Tramp Xəzər regionu üçün yad deyil və ilk prezidentliyi müddətində Mərkəzi Asiyaya diqqət yetirib. Xəzərdə artan regional əməkdaşlığı şərh edən ekspert bildirib ki, dənizə çıxışı olmayan Mərkəzi Asiya öz infrastruktur məhdudiyyətlərindən çıxmağa başlayıb və Azərbaycan və Gürcüstan vasitəsilə sürətlə Qərbə genişlənən və inkişaf edən ticarət dəhlizinin hissəsinə çevrilib.

Mərkəzin eksperti Riçard Hoqlandın moderatorluğu ilə keçirilən panel müzakirələrində ekspertlər Birləşmiş Ştatlar üçün Qafqaz və Mərkəzi Asiya regionlarında imkanlar yaradan sahələr barədə danışıblar. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş vitse-prezidenti Daniel Rand regionun mineral ehtiyatlarının əhəmiyyətindən danışıb. O, həmçinin Orta Dəhlizin vacib alternativ ticarət marşrutu kimi artan əhəmiyyətini və Azərbaycanın əsas tranzit nöqtəsi kimi rolunu vurğulayıb.

“Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi ABŞ-ın Mərkəzi Asiya və Qafqaz regionları üzrə siyasətində diqqət etməli olduğu əsas məqamları qeyd edib. O bildirib ki, ABŞ regionda iştirakını artırmalıdır və region ölkələrinə regional və beynəlxalq münasibətləri balanslaşdırmaqda kömək etməlidir.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri