Icma.az
close
up
RU
“Xəzər Tv”yə “Əhsən” gəldi! Video

“Xəzər Tv”yə “Əhsən” gəldi! Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda ilk dəfə - Xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi və Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli tarzən, Azərbaycan SSR-in əməkdar artisti Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş xalq çalğı alətləri ansambllarının Televiziya Müsabiqəsinə start verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsində də irimiqyaslı layihələr həyata keçirilərək, musiqi mədəniyyətimizin dünyada təbliğinə və tanıdılmasına nail olunub.

Məhz prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyevanın bu mühüm xidmətlərindən ilhamlanaraq, “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzi də incəsənətin, ədəbiyyatın görkəmli nümayəndələrinin həyat və yaradıcılığına layihələr həsr etməkdədir. Onlardan biri də Xəzər Media Mərkəzi ilə birgə həyata keçirilən xalq çalğı alətləri ansambllarının “Əhsən” Televiziya Müsabiqəsidir.

“Əhsən” Televiziya Müsabiqəsinin incəsənət nümayəndələri və tamaşaçılar arasında böyük marağa səbəb olacağı gözlənilir. Belə ki, milli musiqi və xalq çalğı alətləri ansamblların təbliği və inkişafına xidmət edən bu layihədə eyni zamanda mükafat fondundan qalib ansambla 10000 manat, 2-ci yerə layiq görülən

ansambla 7000 manat, 3-cü yerin sahibi olan ansambla isə 5000 manat məbləğində pul mükafatı təqdim olunacaq. Bundan əlavə qalib ansamblı unikal əl işi olan “Əhsən” Televiziya Müsabiqəsinin kuboku gözləyir.

Qeyd edək ki, “ƏHSƏN” Televiziya Müsabiqəsində iştirakla bağlı həm Azərbaycandan, həm də ölkə hüdudlarından kənar 45-ə yaxın müraciət daxil olub. Onların arasından 15 ansambl müsabiqə proqramında yarışmaq hüququ qazanıb.

İlk mərhələdə yarışmaya haqq qazanan ansamblları ekspert qismində tanınmış incəsənət nümayənədələri olan xalq artisti Elşən Mansurov, əməkdar müəllim Ümid İbrahimli, əməkdar artistlər Ələkbər Ələkbərov, Əliağa Sədiyev, Toğrul Əsədullayev və “ƏHSƏN” Yaradıcı Təşəbbüslər Mərkəzinin rəhbəri Tamilla Əliyeva təyin edib. Müsabiqənin münsiflər heyətində isə xalq artistləri, ansambl  qurucusu  və  Azərbaycan

Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsindən ibarət mütəxəssislər təmsil olunacaqlar.

“Əhsən” Televiziya Müsabiqəsi ilk yayımına 10 noyabr 2024-cü il tarixində, saat 14:15-də Xəzər Televiziyasında başlayır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri