Icma.az
close
up
RU
Xəzərin quruması yalnız Volqa məsələsi deyil: Dənizi məhv edən 3 FAKTOR

Xəzərin quruması yalnız Volqa məsələsi deyil: Dənizi məhv edən 3 FAKTOR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi hazırda kritik bir ekoloji sınaqla üz-üzədir. Son onilliklərdə müşahidə olunan su səviyyəsinin sürətli enməsi həm mütəxəssislər, həm də region dövlətlərinin rəhbərləri tərəfindən ciddi narahatlıqla qarşılanır. Ekspertlərin proqnozlarına görə, dənizin geri çəkilmə tempi mövcud dinamika ilə davam edərsə, Xəzərin gələcəkdə Aral dənizinin taleyini yaşamaq və tamamilə quruma təhlükəsi ilə qarşılaşması qaçılmaz ola bilər.

Bu məsələnin ciddiliyi beynəlxalq müstəvidə də yüksək səslə bəyan edilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev müxtəlif qlobal platformalarda Xəzərdə su səviyyəsinin davamlı azalmasını regionun dayanıqlı inkişafına qarşı əsas təhdidlərdən biri kimi xarakterizə edərək açıq xəbərdarlıqlar etmişdir.

Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov bildirib ki, Xəzər dənizinin quruması problemini yalnız iqlim dəyişiklikləri yaxud Volqa çayıdan gələn su axının azalması ilə əlaqələndirmək düzgün deyil, məsələ qlobal xarakter daşıyır. 

“Dövlət başçısı da bu məsələ ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Xəzər dənizinin quruması təkcə iqlim dəyişikliklərinin nəticəsi deyil. Dənizə bir sıra çaylar, o cümlədən Kür və Araz çayları tökülür. Uzun illər ərzində Araz çayı müxtəlif metallarla, zərərli maddələrlə və sənaye tullantıları ilə çirkləndirilib. Bu da Xəzərin ekoloji vəziyyətinə ciddi təsir göstərib.

Xəzərdə baş verən proseslərin bir neçə əsas səbəbi var. Onlardan biri suda zərərli maddələrin konsentrasiyasının artmasıdır. Digər amil isə Qara dənizdən Volqa kanalı vasitəsilə Xəzərə daxil olan yad fauna növləridir. Dənizdə əvvəllər olmayan meduza kimi canlıların yayılması ekosistemi pozur və ciddi ekoloji problemlər yaradır. Amma problem Rusiya və ya hər hansı Xəzəryanı ölkənin əlində olan məsələ deyil. Problem qlobaldır. Bundan əlavə, Volqa çayı üzərində qurulan çoxsaylı bəndlər dənizə gələn suyun həcmini mütəmadi olaraq azaldır. Lakin ən böyük təhlükələrdən biri də suyun mineral tərkibinin dəyişməsi və özünübərpa qabiliyyətinin itməsidir. Bu bəşəri problemin qarşısını almaq üçün dünya səviyyəsində sistemli həll yolları tapılmalıdır".

Rövşən Muradovun sözlərinə görə, aparılan elmi müşahidələr Xəzərin gələcəkdə iki hissəyə bölünə biləcəyini göstərir:

“Bu gün Qazaxıstanda qırmızı kitaba düşmüş "Xəzər suitisi"nin kütləvi şəkildə tələf olması artıq həyəcan siqnalıdır. Bu problem təkcə Azərbaycanın deyil və onu bir ölkənin səyləri ilə həll etmək mümkün deyil.”

Parlamentari vurğulayıb ki, Xəzərin quruması Azərbaycan üçün həm ekoloji, həm də iqtisadi baxımdan ciddi təhlükədir:

“Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Limanı kimi iri layihələr birbaşa dənizin su səviyyəsindən asılıdır. Suyun çəkilməsi daşımaları iflic vəziyyətinə sala, regionda gəmiçilik fəaliyyətini dayandıra bilər. Bu problem Rusiya, İran və Qazaxıstan üçün də eyni dərəcədə təhlükəlidir.”

Komitənin digər üzvü Vüqar Rəhimzadə isə bildirib ki, mövcud ekoloji böhranın qarşısı yalnız Xəzəryanı ölkələrin birgə fəaliyyəti nəticəsində alına bilər:

“Son illər ərzində Xəzərin səviyyəsi bir metrdən çox aşağı düşüb. Bu, təkcə Azərbaycanın problemi deyil. Beş Xəzəryanı dövlət birgə səylər göstərməlidir. Prezident İlham Əliyev 2025-ci il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizinin ekoloji vəziyyətinə xüsusi diqqət ayırıb. Dövlət başçısı qeyd etdi ki, Xəzərdə yaranmış vəziyyət gözlənilməz nəticələrə səbəb ola biləcək ekoloji fəlakətə çevrilə bilər. Bu təhlükənin qarşısının alınması üçün Xəzəryanı dövlətlərin əlaqələndirilmiş səyləri zəruridir. Azərbaycan bu məsələnin həlli üçün BMT ilə əməkdaşlığa hazırdır”.

Vüqar Rəhimzadənin sözlərinə görə, dayazlaşma həm ekoloji, həm də iqtisadi təhlükələr yaradır və biomüxtəlifliyə ciddi zərbə vurur:

"Bu baxımdan elmi məlumat mübadiləsi, koordinasiyalı tədbirlərin hazırlanması və sənaye, neft tullantılarının qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Volqa çayı üzərində inşa edilmiş iri su anbarları təbii tarazlığı pozaraq Xəzərin su balansına mənfi təsir göstərir. Əvvəllər qorunan ekoloji tarazlıq bu gün artıq ciddi təhlükə altındadır.

Xəzər dənizinin mühafizəsi regional deyil, qlobal məsələdir və ekoloji təhlükənin qarşısının alınması üçün Xəzəryanı dövlətlərin birgə, ardıcıl və məsuliyyətli fəaliyyəti zəruridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri