Icma.az
close
up
RU
Xəzəryanı dövlətlərin bəyannaməsi qəbul olundu

Xəzəryanı dövlətlərin bəyannaməsi qəbul olundu

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan milli pavilyonunda “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunan toplantıda Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri, rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişmələri nəticəsində son illərdə Xəzər dənizinin səviyyəsində baş verən azalmalara diqqət çəkib, bu unikal ekosistemin qorunması üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir müavini səviyyə dəyişikliklərinin hərtərəfli öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabat təqdim olunub.

Dünya Bankının və Yaşıl İqlim Fondunun nümayəndələri də mövzu ilə bağlı təqdimatlarlarla müzakirələrdə iştirak ediblər.

Görüşdə Xəzər dənizində su səviyyəsinin azalmasına cavab tədbirləri üzrə əməkdaşlığın gücləndirilməsi barədə Xəzəryanı dövlətlərin bəyannaməsi qəbul olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri