Icma.az
close
up
RU
Xidmət rəisi: Bakı Bəyannaməsi növbəti illər üçün əsas istiqamətləri müəyyən edir

Xidmət rəisi: Bakı Bəyannaməsi növbəti illər üçün əsas istiqamətləri müəyyən edir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün ölkəmizdə Mərkəzi Asiya dövlətlərini, regionumuzdan Azərbaycanı, Türkiyəni, İranı, həmçinin Pakistanı və İtaliyanı birləşdirən Almatı Prosesinə hazırlıq konfransı keçirilir. Almatı Prosesinin məqsədi qeyd olunan ölkələrin əhatə edildiyi regionlarda miqrasiya və qaçqınların hüquqlarının müdafiəsi üzrə məsələlər istiqamətində əməkdaşlığı dərinləşdirmək, qanuni miqrasiyanı təşviq etmək, asanlaşdırmaq və aidiyyəti dövlət qurumları və dövlətlər arasında əlaqələri gücləndirməkdir".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycan Respublikasının Almatı Prosesinə ikiillik sədrliyinin (2023-24-cü illər) yekunu olaraq keçirilən Nazirlər Konfransında deyib.

O bildirib ki, bugünkü tədbirin məqsədi əsas üç istiqaməti ehtiva edir:

"Birincisi, Azərbaycanın sədrliyinə və ümumən son iki il ərzində Almatı Prosesinin inkişafına nəzər yetirmək, ikincisi, sədrliyin yeni sədrə ötürülməsi, bu, Qazaxıstan Respublikasıdır, üçüncüsü isə təşkilatın növbəti illər üçün istiqamətlərini müzakirə etməkdir.

Həmçinin bu Nazirlər Konfransında Almatı Prosesi üçün yaxşı ənənə olan bir hadisə də baş verib ki, bu da Bakı Bəyannaməsinin qəbul edilməsidir.

Bakı Bəyannaməsi Azərbaycanın təşəbbüsü ilə hazırlanan və razılaşdırılan bir sənəddir. Bakı Bəyannaməsi növbəti illər üçün fokuslanmalı olan əsas istiqamətləri müəyyən edir. Bu, miqrasiya prosesləri ilə bağlı statistika, data mübadiləsinin təşkili, qanunsuz miqrasiyaya qarşı tədbirlərin keçirilməsi üçün əlaqələndirmənin təmini və o cümlədən Almatı Prosesinə üzv dövlətlərin kadr potensialının, biliklərinin artırılmasına yönəlik birgə tədbirlərin keçirilməsidir. Bu xüsusda da müsbət bir məqam da ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən Miqrasiya üzrə Regional Təlim Mərkəzi bu məqsədlər üçün ixtisaslaşmış mərkəz kimi müəyyən edilir".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri