Icma.az
close
up
RU
Xidməti maşını çevirib ondan uzaqgedən devriliş simvolu çıxaranlar unutmasın ki... Zahid Oruc

Xidməti maşını çevirib ondan uzaqgedən devriliş simvolu çıxaranlar unutmasın ki... Zahid Oruc

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Milli Məclisin İnsan Hüquqları komitəsinin yaz sessiyasına hazırlıq çərçivəsində keçirilən iclasında deputatlar son günlər baş verən qəza ilə bağlı fikirlərini bölüşüblər.

Redaktor.az xəbər verir ki, komitə sədri Zahid Oruc deyilənlərə aydınlıq gətirərək vurğuladı ki, 2024-cü il yanvarın 18-də İmişli rayonunda baş verən yol nəqliyyat hadisəsi qəzadır, qəsd deyil. Nəticədə həlak olan məktəblilər hər birimizi dərindən kədərləndirdi, onların valideynləri qədər ağrıtdı:

"Əməliyyat məlumatlarına söykənərək, daxildə təxribat və qarşıdırma yaradanlar nəzərə alaraq, Daxili Qoşunların bir neçə hərbi texnikası əraziyə daxil olub, lakin hər hansı müdaxilə hərəkətlərinə zərurət yaranmayıb. Yanvarın 21-də qəza  nəticəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib. Qəbulda ailə üzvləri hadisənin təfərrüatları, maddi sübutlar, istintaqın gedişi ilə bağlı məlumatlandırılıb. Zərərçəkənlərin sualları cavablandırılıb.

Hadisənin dərhal “vətəndaş jurnalistikası” adlandırılan, əksər hallarda legitim media fəaliyyətindən uzaq, təhsil və sosial statusları aşağı qruplar tərəfindən yayılan xəbər kütləsinin yaratdığı dalğanın anındaca xarici bloggerlərə ötürülüməsi, sinxron olaraq, daxildəki 5-ci kalonun təşəbbüsü ələ keçirməsi, ardınca müxtəlif multimedia əməliyyatları, deep fake və qara təbliğat texnologiyası ilə siyasiləşdirilərək dövlət/ali rəhbərlik əleyhinə yönlədirilməsi, ictimai-siyasi sabitliyin pozulmasına cəhd, polis orqanlarına virtual itaətsizlik və şiddətin tətiklənməsi, güc strukturlarının ictimai nüfuzuna zərbə və demonizasiyası səyləri qəti şəkildə pislənməlidir".

Deputat bildirdi ki, hadisə ilə bağlı toplanan insanların qısa müddətdə polis maşını və azyaşlı məktəblilərin cəsədləri fonunda lidersiz, hiddət və qəzəblə hərəkət edən qüvvələrin dövlətçilik əleyhinə məcraya yönəldilməsinə cəhd edilib:

"Affekt vəziyyətdə aksiyaya təhrik edilən, əksəriyyəti gənclər olduğu görünən kütlənin polis idarəsinə doğru yürüşü qəzaya uğramış xidməti maşını-dövlət əmlakını yararsız hala salan nifrət və vandalizm kadrları, özəlliklə “istefa”, “Taleh Bağırzadəyə azadlıq” şüarının səsləndirilməsi, hadisə yerindəki hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurmaya səy göstərilməsinə dair görüntülər qısa müddətdə ölkəmizə qarşı şəbəkələşən xarici və daxili media kanallarında tirajlanmaqla virtual hücumların intensivliyini artırıb. Hadisə ilə bağlı həmin şəbəkənin  şiddətli dezinformasiya fəaliyyəti indi də davam edir.   

Aksiya ilə bağlı Tik-Tok şəbəkəsində "İmişli Sevgi Mebel" adlı profildən canlı yayımı həyata keçirib. Aksiyanın xaricdəki blogger və İranın “Səhər Azəri” kanalına canlı ötürən şəbəkələr məlumdur. “Meydan TV, Abzas Media, Toplum TV, Azadlıq radiosu, Mikroskop media, Azadlıq qəzeti, TimeTV, Hamamtimes.tv”, ölkədaxili 5-ci kalona aid sosial şəbəkə səhifələri və s., habelə: xaricdəki bloggerlər: “Tural Sadıqlı (Azad Söz), Qənimət Zahid (Azərbaycan saatı), Sevinc Osmanqızı (Osmanqızı TV), Məhəmməd Mirzəli (Made in Azerbaijan), Orxan Ağayev (Hüseyn TV), Teymur Eminbəyli (ABATV), Əli Oğuz (OğuzTV), Qurban Məmmədov (Azərfridom), İmaməddin Əlimanov (Xalq TV), Manaf Cəlilzadə (Diktator TV), Qabil Məmmədov (Repressiyaya Son, Haqsızlığa susma), Süleyman Süleymanlı (Mübariz TV, PazTV ), Elşad Məmmədov (Mühacir TV), Operativ TV və başqalarının, onları alət kimi istifadə edən mərkəzlərin hadisə haqda saxta məlumatlarla, daha böyük iğtişaşlara çağırışlar etmək komandası aldığı aşkar görünür".

Zahid Oruc əlavə etdi ki, qəzanın baş verdiyi əraziyə yaxın olan Yalavac kəndi İmişlinin ən böyük yaşayış məntəqələrindən olub, əhalisinin sayı 3148 nəfərdir.

"Kəndin Həzrət Əli məscidində son illərdə keçirilən Aşura məclislərinə nəzər saldıqda-onların xarici ölkələrdə keçirilən məclislərlə eyni olduğu, uşaqların belə ayrıca aşura məclisləri-mərsiyələri təşkil etdiyi görünür.

Bu mühitdə yetişən gənc “Z” nəslin yanvarın 18-də baş verən qəza nəticəsində toplananlar arasında əksəriyyət təşkil etməsi, anidən “kritik kütləyə” transformasiyası nədən belə asan olub?-sualının cavabını verir.

Rayonun məscidlərində keçirilən Aşura mərasimləri ilə bağlı YouTube kanalında izlədikdə, onların 30 il boyu rayonda “Hüseynçi-şiəçiliyin” bütün kanonlarına əməl edilərək keçirilməsi diqqəti cəlb edir. Hər Aşurada simvolik “tabut” düzəldilir, qadın, uşaq hamı birlikdə  həmin tabutu gəzdirərək  mərasim-ayin icra edirlər.

18 yanvarda baş verən aksiyada Daxili İşlər Nazirliyi (DİN) çevik əks tədbirlər həyata keçirdi. Mediada qəza ilə bağlı  ardıcıl açıqlamaların, mulitimedia və xəbərlərin yerləşdirilməsi kütlə psixologiyasına xas qəzəb dalğasına təsir etdi. Ən vacibi, yaranmış informasiya vakuumu şəraitində xaricdən tirajlanan saxta xəbərlərin “kononada”  effekti ilə coğrafiyasının genişlənməsinə, şiddətlənməsinə və dağıdıcı qarşıdırmaya çevrilməsinə yol verilmədi. Habelə, İmişli rayon Polis bölməsinin rəsmiləri də yürüş edən sakinlərin qarşısına çıxdı", - deyə komitə sədri bildirdi.

Zahid Oruc onu da qeyd etdi ki, Dövlət Statistik Komitəsinin(DSK) məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil yollarında 1031 qəza, yaxud 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol nəqliyyat hadisəsi baş verib:

"Nəticədə zərər çəkənlərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub. Onlardan 520-si həlak olmuş, 914-ü isə yaralanıb. Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş vermiş, həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13,3 faiz azalaraq 851 nəfər olub. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8 faizini, yaralananların isə 71,6 faizini kişilər təşkil edib. Hadisələrin 14-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib”.

Millət vəkilinin sözlərinə görə, İmişli insidentini daim gündəmdə saxlayan, onun sosial-psixoloji effektini sönməyə qoymayan, süni intellekt və dezinformasiya vasitələri ilə 20 yanvar  və digər tarix günlırinin faciə yaddaşını onunla sinxronlaşdıran qüvvələr enerjinin itməməsi qanunu”na əsaslanaraq, “İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və s. protest enerjisini toplamaq üçün fəaliyyətlərini davam etdirirlər.

"Əgər təxribatçıları nəzərə alaraq, hadisə yerinə gedən Daxili Qoşunların 2-3 texnikası ilə sovet tanklarını birləşdirən, tarixi hadisələri siyasi mənfəətləri üçün istsimar edənlər mənfur qüvvələr varsa, o zaman hakimiyyət institutları bütün səviyyələrdə mənəvi dəyər tanımayan dairəlrlə üz-üzə olduqlarını bilməlidir. Dövlətdən qanun və ədalət tələb edənlərin bir çoxunun şəxsi profillərini araşdırdıqda xüsusilə də gənclərin müxtəlif təbliğat vasitələrinin güclü təsiri altında olduğu aydın görünür. O insanları Vətənin səngərində saxlamağa cavadehlik daşıyan hökumət qurumlarının fəaliyyətini dəyərləndirməyə ehtiyac var. Lakin xidməti maşını çevirib ondan uzaqgedən devriliş simvolu çıxaranlar unutmasın ki, dövlətimiz hələ işğal dövründə ən azı 3  dəfə silahlı çevriliş cəhdlərini, o cümlədən rəngli xarici internvensiyaları iflasa uğradıb.         

Bəli, əhali ilə kommunikasiyanın gücləndirilməsi vacibdir. Ona görə də qəzaya səbəb olan və törədən şəxsin cəzalandırılması ilə yanaşı, Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsində Qələbə amilinin vətəndaşlarımızda formalaşdırdığı maksimal gözləntilərə müvafiq olaraq, dövlət başçısının aktiv beynəlxalq və daxili siyasəti fonunda bütün hakimiyyət instutularının vahid komanda kimi fəaliyyəti, koordinasiyalı işinə ehtiyac vardır. Xalqla ünsiyyətdə bütün resursların səfərbərliyi polis-vətəndaş formatını dəyişər, alternativ vasitələrin işə düşməsinə yol açar, güc amilinin sosial harmoniya vasitələri əvəzlənməsinə şərait yaradar", - deyə Zahid Oruc çıxışını yekunlaşdırdı.

Redaktor.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri