Icma.az
close
up
RU
Xilasedicilik xeyirxah missiyadır Azərbaycanın ilk xanım xilasedicisi AZƏRTAC a danışıb

Xilasedicilik xeyirxah missiyadır Azərbaycanın ilk xanım xilasedicisi AZƏRTAC a danışıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 oktyabr, Nailə Həsənova, AZƏRTAC

Xilasetmə sahəsində gənc xanımlara daha çox ehtiyac var. Odur ki, xidmətə yeni gələn xanım xilasedicilərlə təcrübəmi bölüşürəm. Bu peşəni seçən xanımlar fiziki və psixoloji hazırlıqları üzərində mütləq işləməlidirlər. Amma ilk növbədə bu peşəni sevmək lazımdır. Bu peşəyə qəlbən bağlanmadan işləmək, başqalarının köməyinə yetmək olmaz. Yalnız humanizm duyğusu yüksək olan insanlar bu çətin, amma şərəfli peşədə işləyə bilərlər.

Bu fikirlər Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti Çevik Xilasetmə İdarəsinin baş mütəxəssis-xilasedicisi Kəmalə Qəhrəmanovaya məxsusdur. O, artıq 18 ildir bu peşədə çalışır. Ağdam rayonunun Yusifcanlı kəndində dünyaya göz açan həmsöhbətim 1991-ci ilin noyabrında könüllü olaraq Vətən torpağının müdafiəsinə qalxıb. Döyüş yolu Ağdamdan başlayıb, sonra Şuşada, Ağdərədə, Füzulidə davam edib. 1999-cu ilin mayında ordudan tərxis edildikdən sonra idmanla məşğul olmağa başlayıb. Bu həvəs onu Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına aparıb.

Kəmalə Qəhrəmanova AZƏRTAC-ın müxbiri ilə xilasedici peşəsinin xüsusiyyətlərindən həvəslə söhbət açıb.

İlk xilasetmə əməliyyatında özümü mələk hiss etdim

Azərbaycanın ilk xanım xilasedicisi olan K. Qəhrəmanova işə qəbul prosesini belə xatırlayıb: 2007-ci ildə 34 yaşımda xidmətə qəbul ediləndə dedim ki, xilasedici olmaq istəyirəm. Dedilər ki, bacararsınız? Dedim ki, sınaq müddəti versəniz, görərsiniz. İlkin mərhələdə mənə sınaq müddəti verdilər. Artıq böyük bir həyat təcrübəm var idi, 18 yaşımda müharibə görmüşdüm. Bu təcrübə sınaq mərhələdə öz sözünü dedi. İlk xilasetmə əməliyyatı gecə saatlarına təsadüf etdi. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng daxil oldu ki, filan ünvanda bağlı qapı arxasında qalan var. Hadisə yerinə çatdıq, məlum oldu ki, 3 yaşında qız uşağı bağlı qapı arxasında qalıb. Əməliyyat şəraitini dəyərləndirən kimi başa düşdük ki, ancaq eyvandan mənzilə girmək olar. Çünki seyf qapını açmaq olmurdu. Məsləhət oldu ki, əməliyyatı mən icra edim. Binanın damından eyvana düşüb, mənzilə daxil oldum. Uşaq məni görüb, ağlamağı keçdi, gülə-gülə dedi: “Aaa, sən göydən gəldin?”... Təsəvvür edin, uşaq boynuma sarılıb, qucağımdan düşmək istəmir. Qapını açdım, hamı içəri daxil oldu. Uşağı anasına təhvil verdik. Bu hadisə 2008-ci ildə olub. Uşağın nəzərində mən göydən gələn kosmonavt kimi idim (gülür). Başımda kaska, əynimdə alpinist geyimi, əllərimdə böyük əlcək var idi. Ömrüm boyu o epizod yadımdan çıxmaz. Uşağın boynuma sarılmağı məndə göydən gəlmiş mələk hissi yaşatdı...

Xilasedici işləyə-işləyə həm də özümü “xilas” etmişəm

Xilasedici peşəsinin özəlliklərindən danışan müsahibim deyir ki, müharibə ilə xilasetmə tamamilə bir-birinə zidd olan sahələrdir: “Ordudan tərxis olunanda 1999-cu il idi. Müharibədən sonra mülki həyata adaptasiya problemi yaşadım. Sosiallaşmaqda çətinlik çəkirdim. Mülki həyatda “döyüş” sənin üçün daha da çətinləşir, psixologiyan tab gətirmir. Müxtəlif sahələrdə məşğul oldum, bir müddət hətta ictimai işdə də çalışdım. Ancaq özümü tapa bilmirdim. Xilasedici peşəsinə elan veriləndə düşündüm ki, sanki illər məni bunun üçün hazırlayıb. Keçdiyim döyüş yolu, məşqlər, idman, daim fiziki hazırlığın səviyyəsini saxlamaq, həmçinin insan psixologiyası ilə maraqlanmaq məndə bu işə böyük maraq yaratmışdı! Müharibədən sonrakı sindromu aşmaq üçün həkim mənə demişdi ki, özün-özünə dəstək olmasan, heç kim səni xilas edə bilməyəcək. Sən demə, bir insan özünü xilas etdikcə, başqalarını daha rahatlıqla xilas etməyi öyrənir. Mən həyatı yenidən xilasetmədə öyrənməyə başladım. Döyüş meydanında elədir ki, sən düşməni öldürmək niyyəti ilə onun üstünə gedirsən. Ancaq xilasedici kimi sənin düşmənin də olsa, onu xilas etmək niyyəti ilə gedirsən. “Xilasedici peşəsində işləyə-işləyə mən həm də özümü xilas etmişəm” desəm yanılmaram. 2007-ci ilin sentyabr ayından bu peşədəyəm. Artıq 18 il tamam oldu. Bu vəzifəni daşıdığım gündən başqa bir iş haqqında düşünməmişəm.

Yaşlı insanlara daha çox diqqət yetirməliyik

Bağlı qapılar arxasında hər cür mənzərənin şahidi olduğunu deyən xilasedici xanım xatırladığı epizodlardan ürək ağrısı ilə danışır: “Daha çox yaşlı, tənha insanların bağlı qapı arxasında qaldığının şahidi oluruq...Çox sevinirəm ki, uşaqlarla bağlı gecikdiyimiz hallar çox azdır, çalışırıq ki, gecikməyək...Yaşlı insanlar barədə gec məlumat verilir, hətta aylar sonra evdəki qoxudan orada dünyasını dəyişən insanlarla qarşılaşırıq. Bu illər ərzində gəldiyim qənaətim budur ki, yaşlı insanlarımızı daha çox diqqətimizdə saxlamalıyıq. Yaşlı insanlar hay-küydən, kütləvilikdən qaçırlar, sinir sistemi tab gətirmir...Bəzən özləri evdə tək yaşamaq istəyirlər...Tez-tez əlaqə saxlamaq lazımdır. Bəzən zəng edib deyirlər ki, qapını açan yoxdur... Ona görə yaşlı insanlarımızı daha çox diqqətimizdə saxlayaq ki, bağlı qapı arxasında kədərli mənzərələri görməyək...Ölüm ani gəlir, oturduğu yerdə dünyasını dəyişən insanlar olub ki, içəri girirsən, elə bilirsən, canlıdır. Ordan gələndən sonra 2-3 gün o mənzərə insanın gözünün önündən getmir... Daha çox o cür hadisələrdən qayıdan kimi dərhal gedib, anamı qucaqlayıram... Çox təəssüf olsun ki, bağlı qapı arxasında yaşlı insanların vəfat etməsi halları ilə də rastlaşırıq. Əlbəttə, bu, çox üzücüdür...

Bəzən alovun içərisinə girmək məcburiyyətində qalırıq

Kəmalə xanım deyir ki, yanğın hadisələri xilasetmə əməliyyatının ən ciddi sahələrindən biridir: “Çünki orada zərərçəkmişi xilas etmək üçün sən özün də alovla mübarizə aparırsan. Yanğından mühafizə xidməti ilə paralel çağırışa çıxırıq, oraya məlumat daxil olanda insanları təxliyə edirik. Bəzən bizim də alovun içərisinə girmək məcburiyyətində qaldığımız vaxtlar olub. Bu yay Xırdalanda bir neçə ev birdən yandı, xəsarət alan olmadı. İnsanları təxliyə etdik. Əşyalarının, evlərinin yanmasına insanların emossiyası çox ağır idi...Həyat yoldaşı xanımını qucaqlayıb dedi: “Əsas odur, canımız sağdır. Bu evi bu əllərlə tikmişik. Canımız sağ olsun, yenə də tkəcəyik”. Sözsüz ki, biz insanları xilas edərkən fərqli-fərqli durumla qarşılaşırıq. İnsanların ekstremal şəraitdə davranışları bizim “canımıza hopur”. Hər bir hadisədən sonra insanda bir sindrom olur... İnsan var ki, təqaüdə çıxır və onu özü ilə aparır... Hər kəs özünü daha yaxşı tanıyır. Bizim psixoloqlarımız da var, onlar gəlib, bizimlə işləyirlər, müəyyən söhbətlər aparırlar, istiqamətlər verirlər, çalışırıq ki, bu təsirin altından çıxaq. Ərizəsini yazıb işdən gedənlər də olub ki, mən bu cür təsəvvür etməmişəm. Çox ağırdır...

Xilasedicilik peşə deyil, həyat tərzidir

Ağır peşənin çətinliklərini zərif çiynində daşıyan xilasedici xanım güclü cinsin nümayəndələri ilə iş prosesindən danışır: “Xilasedici kişi peşəsi kimi görünür. Lakim 18 yaşımdan kişi kolektivində formalaşdığıma görə bu mənə çətin gəlmir. Həmkarım olan xanımların əksəriyyəti idman ustalarıdır. İş prosesində ekstremal hadisələr zamanı yüksək fiziki hazırlığa malik olmalıdırlar. Doğrudur, güclü cinsin nümayəndələri əsas ağırlığı öz üzərlərinə götürürlər, lakin bunla belə xanımlardan da cəldlik, cəsarət və çətin situasiyalarda zirəklik tələb olunur. Xilasediciyə psixoloji hazırlıq da lazımdır. Ona görə bizə psixoloji dərslər də keçirilir. Düzdür mən bununla kifayətlənmir, daim axtarışda olur, kurslara gedir, hazırlığımı yaxşılaşdırıram. Daim öz üzərimdə işləyirəm. Özümüzün idman-sağlamlıq klubumuz var. Mütəmadi olaraq, orada yarışlar keçirilir, velosiped idmani, dağ yürüşləri olur, avarçəkmə, üzgüçülük və digər idman növləri üzrə yarışlar keçirilir. İşdən sonra orada məşq edirik. Bu ilin aprelində Qəbələ rayonundan Ağsuya dayanmadan yürüş etdim. Əgər 10 kilometr dayanmadan qət edə bilirsənsə, bu sənin psixoloji dayanıqlığına da təsir edir, dözümlülüyünü artırır”.

Beləliklə, həmsöhbətimin dili ilə desək, xilasedicilik peşə deyil, həyat tərzidir: “Sən yalnız peşə fəaliyyətində xilasedici olmursan, əslində, bu, bəlkə də yaxşı mənada xroniki xəstəliyə çevrilir. Situasiya yaranan kimi sənin həmin psixologiyan ortaya çıxır. Məsələn, hətta ola bilər hansısa ziyafətdə, toy məclisindəsən, lakin beynin “aktiv” vəziyyətdə olur. Hiss edirsən ki, kiminsə hansısa köməyə ehtiyacı var. Bu, hətta yol getdiyin zaman da baş verə bilər. Bəzən yol gedərkən hardasa kiçicik yanğın görən kimi ətrafdakıları ora cəlb edirəm. Heç yanğın olmasın, adi tüstülənmə zamanı da fəlakət böyüməmiş onun qarşısını almaq lazımdır. Bəzən adi siqaret kötüyündən çox böyük fəlakət, faciə törənir. Yaxud belə hadisənin baş verməməsi üçün, profilaktika üçün ətrafda olan uşaqları toplayır və həmin situasiyada necə davranmaq lazım gəldiyi barədə məlumat verirəm. Məsələn, hansı hərəkətləri etmək lazımdır, yaxud Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi haqqında məlumat verirəm və başa salıram ki, “112” xidmətinə zəng etmək olar...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri