XİN Azərbaycanın Sülh naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş seminar keçirir
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar keçirir.
Missiya.Az report-a istinadən xəbər verir ki, seminarda XİN-in gənc diplomatları iştirak edir.
Seminar çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının müasir beynəlxalq münasibətlərdə diplomatiyanın həyata keçirilməsinə gətirdiyi dəyişikliklər, İKT-dən istifadənin riskləri və fürsətləri müzakirə olunacaq.
Tədbir zamanı, həmçinin, gənc diplomatlar kibertəhlükəsizlik və dezinformasiya problemləri, onların qarşısının alınması istiqamətində istifadə olunan metodlar, habelə beynəlxalq münasibətlər sistemində mövcud çağırışlarla mübarizədə cavab tədbirlərinin görülməsi yollarına yiyələnəcəklər.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















