XİN başçıları toplaşır: Nələr müzakirə olunacaq?
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabah İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu görüşü keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın XİN rəhbəri Maka Boçorişvili üç ölkə arasında mövcud əməkdaşlığı müzakirə edəcəklər.
Görüşün gündəliyində regional proseslər, xarici siyasət məsələləri, Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat, regional tranzit şəbəkələrinin gücləndirilməsi, enerji təhlükəsizliyi, eləcə də ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yer alacaq.
Müzakirələrin əsas mövzularından biri Orta Dəhliz çərçivəsində regional nəqliyyat layihələrinin, ilk növbədə Bakı–Tiflis–Qars dəmir yolu xəttinin inkişafı, logistika şəbəkələrinin genişləndirilməsi və nəqliyyat imkanlarının artırılması olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 07 İyun 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















