XİN: Brüsselin siyasəti Gürcüstan Aİ tərəfdaşlığına ziyan vurur
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) səfiri Pavel Herçenski ilə görüş keçirib.
APA-nın yerli bürosu xəbər verir ki, görüşdə Brüsseldə təşkil olunan tədbirdə səfirin Gürcüstanla bağlı səsləndirdiyi bəyanatlarla bağlı narazılıq ifadə olunub.
XİN başçısı qeyd edib ki, Brüsselin Tbilisiyə münasibətdə hazırkı siyasəti, atdığı addımlar və bəyanatları Gürcüstan və Aİ arasında etimadı sarsıdır və tərəfdaşlığa ziyan vurur.
Nazir bildirib ki, Brüsselin hərəkətlərini yalnız Gürcüstan cəmiyyətinin bundan sonrakı qütbləşməsinə və radikal gündəmin təşviqinə yönəlmiş addımlar kimi qiymətləndirmək olar.
Boçorişvili vurğulayıb ki, Gürcüstan hakimiyyəti konstruktiv dialoqa hazırdır və Aİ-dən ədalətli və hörmətə əsaslanan münasibət gözləyir.
Qeyd edək ki, Pavel Herçenski bir neçə gün öncə Gürcüstanın yol ayrıcında olduğunu deyib. Səfirin sözlərinə görə, Gürcüstanın vətəndaş müharibəsi, yoxsulluq, məhrumiyyətlər və korrupsiyanın olduğu qaranlıq dövrə qayıtmasına yol verilməməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 27 Aprel 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















