Xırdalan və Sumqayıt sakinləri mütləq oxusun… KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu, Şirvan yaşayış massivində su borusunun partlaması nəticəsində içməli su fasiləsiz şəkildə küçələrə axıb.
Hadisə nəticəsində Xırdalan, Sumqayıt və ətraf ərazilərdə 3 gün suyun verilməsində fasilələr yaranıb. Sakinlər bildirib ki, bir tərəfdən su qıtlığı yaşayırlar, digər tərəfdən isə tonlarla içməli su boş yerə axıb gedir.
Bəs qəzanın aradan qaldırılması ilə bağlı aidiyyatı qurum tərəfindən hansı addımlar atılıb?
Məsələ ilə bağlı ADSEA-dan KONKRET.az-ın sorğusuna cavab verilib:
“Normadan 6 dəfə çox yağan bir neçə günlük intensiv yağışlar zamanı həmin ərazidə yağış sularının toplanması nəticəsində içməli su təminatında yaranan problem aradan qaldırılıb. Xəttə su vurulur, sakinlərin su təminatının əvvəlki rejimlə bərpası prosesinə başlanılıb”, – qurumdan vurğulanıb.
Dəniz Pənahova
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 30 Mart 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















