Icma.az
close
up
RU
“Xızı Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın növbəti uğurudur DEPUTAT DANIŞDI

“Xızı Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın növbəti uğurudur DEPUTAT DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

”Yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində yeni və strateji bir mərhələnin başlanğıcıdır”. Bu sözləri milli məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, bu mötəbər hadisə bir daha sübut edir ki, Azərbaycan dövləti gələcəyə hesablanmış, dayanıqlı və məsuliyyətli inkişaf yolunu qətiyyətlə davam etdirir.
240 meqavat gücündə olan bu stansiyanın istismara verilməsi ölkəmizin enerji təhlükəsizliyinin möhkəmlənməsi, ekoloji cəhətdən təmiz enerji mənbələrinin genişlənməsi və iqtisadi dayanıqlığın təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düşünülmüş strateji baxışının real nəticəsidir.
Azərbaycanın enerji sisteminin son 20 ildə demək olar ki, tam yenilənməsi, generasiya güclərinin üç dəfə artaraq təxminən 10 min meqavata çatması tarixi nailiyyətdir. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı ölkəmizi regionun aparıcı enerji mərkəzinə çevirir. Bu gün külək, günəş və su elektrik stansiyalarının ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə inşa edilməsi milli gücümüzün və suveren inkişaf modelimizin bariz nümunəsidir.
Xarici investorların, xüsusilə “ACWA Power” və “Power China” kimi nüfuzlu şirkətlərin Azərbaycana olan inamı ölkəmizdə mövcud olan güclü investisiya iqliminin, hüquqi sabitliyin və dövlətin verdiyi zəmanətlərin nəticəsidir.
Eyni zamanda, batareya enerji saxlanma sistemlərinin yaradılması, 2030–2032-ci illərə qədər 8 giqavatlıq yeni bərpaolunan enerji güclərinin planlaşdırılması Azərbaycanın həm bugünü, həmdə gələcəyi düşünən dövlət olduğunu göstərir. Bu siyasət ölkəmizi süni intellekt və yüksək enerji tutumlu texnoloji sahələr üçün də cəlbedici məkana çevirir.
Azərbaycan bu gün maliyyə sabitliyi, aşağı xarici borc səviyyəsi, yüksək valyuta ehtiyatları və artan kredit reytinqi ilə dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Beş ildir sülh şəraitində yaşayan, genişmiqyaslı quruculuq işləri aparan ölkəmiz regionda sabitliyin və inkişafın əsas dayaqlarından biridir.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın növbəti uğurudur. Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu ardıcıl və milli maraqlara əsaslanan enerji strategiyası Azərbaycanın gücünü daha da artıracaq, ölkəmizi enerji təhlükəsizliyi və yaşıl inkişaf sahəsində nümunəvi dövlətə çevirəcəkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri