“Xocalı Ensiklopediyası”nın təqdimatı oldu FOTOLAR
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Avqustun 7-də Xocalı şəhərində "Xocalı Ensiklopediyası"nın təqdimatı keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2026-cı ildə çap edilmiş ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı, müəllifləri professor Mübariz Allahverdiyev, Rüstəm Hacıyev və Dürdanə Əliyevadır.
Bildirilir ki, "Xocalı Ensiklopediyası" 4 hissədən ibarətdir.
1-ci hissədə Xocalının tarixi, coğrafiyası, memarlıq, arxeoloji abidələri və Xocalı soyqırımı barədə məlumat yer alıb. 2-ci hissə Xocalı soyqırımı qurbanlarının (həlak olanlar, itkin düşənlər, sağ qalanlar) dəhşətli həyat hekayələrindən ibarətdir. 3-cü hissə Xocalının görkəmli şəxsiyyətlərindən bəhs edir. 4-cü hissədə isə ilk dəfə olaraq Xocalı bəyləri və onların şəcərələri barədə məlumat verilib.
Ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı çıxışında bu sənədli əsərin 3 ilə ərsəyə gəldiyindən danışıb.
Xocalıdan olan deputat Elman Məmmədov isə "Xocalı Ensiklopediyası"nın bu gün azad Xocalıda təqdimatının keçirilməsinin qürurverici olduğunu, Xocalı haqqında lazımi bilgilərin, soyqırımla bağlı rəsmi sənədlərin də dərc olunduğu bu kitabın göz bəbəyi kimi qorunaraq, gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıb.
Digər çıxış edənlər də Xocalı ziyalıları və ictimai xadimləri, xüsusilə Xocalı bəyləri haqqında burada dərc olunan məlumatların böyük maraqla qarşılanacağını bildiriblər.
O da qeyd edilib ki, Xocalıda 46 bəy olub və onlardan bəziləri barəsində məlumatlar əldə etmək mümkün olub.
“Xocalı Ensiklopediyası”nın təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mənzil fondunun idarəedilməsi və məskunlaşma departamentinin Xocalı şöbə müdiri Zahid Təhmızov isə bildirib ki, bu gün artıq biz faciədən, kədərli tarixdən yox, dirçələn, həyatın yenidən qayıtdığı, uşaq gülüşlərinə bürünən Xocalıdan danışırıq və bu gün 4 mindən çox Xocalı sakini yurduna qayıdıb.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 07 Avqust 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















