Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: 33 il öncə bir gecədə məhv edilən Xocalı bu gün həyatının quruculuq mərhələsini yaşayır

Vüqar Rəhimzadə: 33 il öncə bir gecədə məhv edilən Xocalı bu gün həyatının quruculuq mərhələsini yaşayır

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 33 il keçir. Bu faciə erməni vəhşiliyinin, qəddarlığının ən bariz göstəricisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıya hücum edildi. O məşum gecədə şəhər yerlə-yeksan edildi. Qarşı şaxtalı qış gecəsində Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, Pircamal kəndləri yaxınlığında erməni terrorçuları tərəfindən ya qətlə yetirildi, ya da əsir və girov götürüldü. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla 613 nəfər ən vəhşi üsullarla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 8 ailə tamamilə məhv edildi. 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalır.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı qırğınla müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu fakt da xüsusi vurğulanmalıdır ki, Xocalı 1991-ci ilin oktyabrından blokadada olub. Bütün çətinliklərə baxmayaraq orada yaşayan əhali bir an belə şəhəri tərk etməyi düşünmədi. Bu, xalqımızın yenilməzliyinin, məğrurluğunun, Vətən, torpaq sevgisinin, yurduna sahib çıxmasının göstəricisidir. İllər keçdikdə bu soyqırımının mahiyyəti daha dərindən dərk olunur, təhlil edilir, indiki və gələcək nəsillərə çatdırılır. Başımıza gətirilən faciələri, soyqırımı aktlarını unutmamalı, onların beynəlxalq ictimaiyyətə çatdırılması üçün hər birimiz mövcud imkanlardan maksimum istifadə etməliyik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tariximizin hər bir səhifəsinin öyrənilməsinə, onun saxtalaşdırılmasına yol verilməməsinə, həqiqətlərimizin, faciələrimizin əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasına edilən çağırışlar zaman-zaman reallıqda öz əksini tapdı, dünya gücləri Ermənistanın əsl simasını gördü. Dünya güclərinin ikili standartlara əsaslanan siyasəti həqiqətlərin etirafına böyük maneəçilik törətməsinə baxmayaraq, Azərbaycan dövləti və xalqı ruhdan düşmədi, əksinə baş verən faciənin beynəlxalq aləmə çatdırılması istiqamətində səylərini daha da gücləndirdi. Bu fakt inkaredilməzdir ki, ermənilər havadarlarının köməyi ilə zaman-zaman türklərə və azərbaycanlılara qarşı deportasiya, soyqırımı siyasəti həyata keçiriblər. Lakin əsassız təbliğatları, saxta tarix yazmaları ilə özlərini dünya ictimaiyyətinə “yazıq, məzlum, əzilən” millət kimi təqdim etməyə çalışıblar və müəyyən dövrlərdə bu yalanlarını həqiqət kimi sırımağa müvəffəq olublar. Düşmənin bütün cəhdlərinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bütün yalanlar ifşa olundu, sübut edildi ki, soyqırımına məruz qalan ermənilər deyil, azərbaycanlılardır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi cinayət kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. Hazırda Azərbaycan diplomatiyasının əsas hədəflərindən biri Xocalı soyqırımını dünyaya daha da geniş şəkildə tanıtmaqdır. Atılan addımların uğurlu nəticəsidir ki, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən Xocalı soyqırımı ilə bağlı müvafiq parlament qətnamələri qəbul edildi. Xocalı soyqırımı ABŞ-ın 20-dən çox ştatının qanunvericilik qurumları səviyyəsində tanınıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və bununla bağlı beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirir. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin 25 fevral 2025-ci il tarixli “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı da Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyır. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə çatdırılır.
Milli Məclisin deputatı qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin, ümumilikdə bütün şəhidlərimizin qanı yerdə qalmadı. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıqlar yaratdı. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu. İşğaldan azad olan torpaqlarımızda bu gün hər addımda erməni faşizminin, vandallığının izlərini görürük. Ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məntəqələrimizi, tarixi, dini, mədəni abidələrimizi məhv etməklə azərbaycanlıların heç vaxt bu torpaqlara qayıtmayacağını düşünürdülər. Lakin onların bu arzuları da puç oldu. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa etdi, işğala son qoyuldu, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandı. Artıq bu torpaqlarda həyat yenidən canlanır. 33 il bundan öncə bir gecədə məhv edilən Xocalı şəhəri bu gün həyatının quruculuq mərhələsini yaşayır. Suverenliyimizin tam bərpasından keçən çox qısa müddətdə Xocalı şəhəri ilk sakinlərini qarşıladı. Ötən ilin 28 may tarixində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər və onlara yeni mənzillərin açarlarını təqdim etdilər.
Vüqar Rəhimzadə bildirib ki, hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır. Fevralın 19-da Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşdü. Həmin görüşdə bir daha bu reallıq diqqətə çatdırıldı ki, bu torpaqları görməyən uşaqlar, gənclər böyük həvəslə qayıdır, işləyir, qurub-yaradırlar. Bu, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərə malik olduğunu nümayiş etdirir.
Millət vəkili qeyd olunanların fonunda bir daha dövlət başçısı İlham Əliyevin “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın” çağırışını xatırladıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see180

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see115

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

03 İyun 2025 13:22see114

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see114

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

03 İyun 2025 13:01see114

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see113

Dilçilik İnstitutunda Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

03 İyun 2025 12:42see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Kılıçdaroğlu CHP sədrliyinə dönmək üçün hazırlıqlara başladı

03 İyun 2025 15:21see111

bp: “Şəfəq” GES də istehsal olunan elektrik enerjisi Qarabağın inkişafına töhfə verəcək

03 İyun 2025 13:16see111

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

03 İyun 2025 13:11see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Fənərbağça da Mario Brankonu kim əvəz edəcək?

03 İyun 2025 13:02see111

Təhsil müəssisələrində “İnsan hüquqları aylığı”

03 İyun 2025 12:39see111

TÜRKSOY un tədbirlərində azərbaycanlı alimin məruzələri dinlənilib

03 İyun 2025 13:16see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see109

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri