Xocalı şəhərinə daha 149 nəfər qayıtdı FOTO
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fevralın 16-da Xocalı şəhərinə növbəti qayıdış olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, bu gün 149 nəfərdən ibarət 30 ailə doğma yurduna dönüb.12 ailə- yəni 55 nəfər çoxmənzilli yaşayış binasındakı mənzillərlə, 94 nəfərdən ibarət 18 ailə isə yeni bərpa edilmiş fərdi yaşayış evləri ilə təmin edilib.
Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Onun sözlərinə görə, şəhərdə müasir kommunikasiya infrastrukturu qurulub, yaşayış binaları və fərdi evlər yüksək standartlara uyğun inşa olunub, sosial obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir.
Qeyd olunub ki, məskunlaşma prosesi, “Böyük Qayıdış” proqramına uyğun şəkildə mərhələli qaydada icra olunur. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı yaşayışın təmin edilməsi məqsədilə zəruri sosial, nəqliyyat və kommunikasiya infrastrukturu formalaşdırılır. Xatırladaq ki, indiyədək Xocalı şəhərinə və Xocalının 7 kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi planlı şəkildə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















