Icma.az
close
up
RU
Xocalı Soyqırımı: Fevral gecəsindən sentyabr səhərinədək 11 529 günlük yol

Xocalı Soyqırımı: Fevral gecəsindən sentyabr səhərinədək 11 529 günlük yol

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan xalqına qarşı etnik təmizləmə və genosid aktı olan Xocalı qətliamı keçmiş Dağlıq Qarabağ münaqişəsi çərçivəsində törədilmiş ən dəhşətli faciədir. Bu faciə erməni hərbi-siyasi dairələrinin Qarabağda apardığı etnik təmizləmə siyasətinin əsas hissəsi olub. Ermənistan silahlı qüvvələri və sovet ordusunun 366-cı motoatıcı alayı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə hücum edib, mülki əhaliyə qarşı amansız qarğın, etnik təmizləmə aktı törədib.

Faciənin başvermə səbəbləri və gedişatı

1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan torpaqları işğala məruz qalıb. Xocalı şəhəri bu münaqişənin ən faciəvi qurbanlarından biri olub. Ermənistan qarşısına Qarabağda azərbaycanlı əhalini məhv edərək bölgəni tam nəzarətə götürmək məqsədi qoymuşdu. Xocalı şəhəri strateji baxımdan mühüm əhəmiyyətə malik idi.

Buna görə də Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edib, bir neçə saat ərzində şəhər yerlə-yeksan edilib, əhalisi isə amansızcasına qətlə yetirilib. Qaçmağa çalışan dinc sakinlər meşələrdə, dağlarda soyuqdan və güllə yağışından həlak olub.

İlkin mərhələ: 1991-ci ilin sonu - 1992-ci ilin əvvəli

1991-ci ilin oktyabr ayından başlayaraq Xocalı şəhəri tam mühasirəyə alınmışdı. Şəhərlə digər bölgələr arasında əlaqə kəsilmiş, ərzaq və tibbi yardımın çatdırılması çətinləşmişdi. 1992-ci ilin yanvar ayında şəhərin elektrik enerjisi verilişi tam dayandırılmışdı.

Faciənin baş verməsi: 25-26 fevral 1992-ci il

Ermənistan silahlı qüvvələri və sovet ordusunun 366-cı alayı fevralın 25-i axşam şəhəri top və ağır texnika atəşinə tutmağa başladı. Onlar fevralın 26-sı gecə saat 01:00 radələrində Xocalıya hər tərəfdən hücuma keçdi, şəhər atəşə tutuldu və yanğınlar baş verdi. Fevralın 26-sı səhər saat 05:00 radələrində erməni silahlı dəstələri şəhərə daxil oldu və dinc əhaliyə qarşı kütləvi qətliam həyata keçirdi.

Xocalının müdafiəsi Tamamilə blokadaya alınmış Xocalıda müdafiəni yerli özünümüdafiə dəstələri təşkil edirdi. Bu dəstələr, əsasən, könüllülərdən ibarət idi və ağır silahlarla təchiz olunmamışdı. Azərbaycan Milli Ordusunun Xocalıdakı hissələri məhdud sayda idi və düşmən qüvvələrinə qarşı ciddi müqavimət göstərə bilmirdi. Xocalı sakinlərinin və müdafiəçilərinin istifadə etdiyi silahlar əsasən yüngül atıcı silahlar idi. Şəhərin blokadaya alınması səbəbindən silah-sursat və ərzaq təminatı çox zəif idi.

1991-ci ildən etibarən Xocalıya aparan yollar erməni silahlı qüvvələri tərəfindən nəzarətə götürülmüş, şəhərin yeganə nəqliyyat bağlantısı olan helikopterlərin uçuşu da dayanmışdı. Çünki 1992-ci ilin yanvarında Şuşa yaxınlığında Azərbaycan helikopteri vurulmuş, xeyli insan həlak olmuşdu. Bu hadisədən sonra bölgəyə helikopterlərin uçuşu dayandırılmışdı.

Şəhərdə bir neçə mühüm müdafiə mövqeyi olsa da, onların əksəriyyəti ağır texnika ilə təchiz olunmuş düşmən qüvvələrinə qarşı dayana bilmirdi. Xocalı aeroportu əsas strateji nöqtələrdən biri idi, lakin qətliamdan əvvəl düşmən nəzarətinə keçmişdi.

Nəticələr və insan itkisi

Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Beynəlxalq reaksiya

Faciənin dünya ölkələri, beynəlxalq təşkilatlar və insan haqları qurumları tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınması üçün iş aparılır. Bu məqsədlə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən "Xocalıya Ədalət" kampaniyası başladılıb. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq səviyyədə soyqırımı kimi tanınması və bu qətliamı törədənlərin cəzalandırılmasını təmin etməkdir.

Xocalı soyqırımını tanıyan ölkələr

Xocalı soyqırımını tanıyan ölkələrin sayı 16-dır. Bu ölkələr arasında Meksika, Pakistan, Kolumbiya, Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Honduras, Rumıniya, Sudan, İordaniya, Sloveniya, Şotlandiya, Cibuti, Panama, Qvatemala və Latviya yer alır. Həmçinin, ABŞ-ın 24 ştatı Xocalı soyqırımını tanıyıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı faciəsini soyqırımı kimi qəbul edib. ​

Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə qəbul etdiyi qərarda Xocalı qətliamını “müharibə cinayəti və ya insanlığa qarşı cinayət” kimi qiymətləndirib.

Beynəlxalq hüquq normalarına əsasən, bu hadisə BMT-nin 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına uyğun olaraq soyqırımı kimi dəyərləndirilməlidir. İnsan hüquqları üzrə beynəlxalq təşkilatlar faciəni pisləsə də, Ermənistan tərəfinə qarşı konkret sanksiyalar hələ də tətbiq olunmayıb.

Xocalının azad edilməsi

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Müxtəlif cinayətlərdə, o cümlədən Xocalı soyqırımında təqsirləndirilən ermənilərin məhkəməsi

1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının 3-cü maddəsində deyilir ki, soyqırımını törədənlər, soyqırımını törətməyə yönəlmiş gizli sövdələşmə aparanlar, soyqırımını törətməyə birbaşa və açıq təhrik edənlər, soyqırımını törətməyə yönəlmiş qəsdin iştirakçıları, o cümlədən soyqırımında iştirak edənlər cəzalandırılmalıdırlar.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi zamanı həbs olunaraq Bakıya gətirilən, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməni əsilli şəxslərin - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Ruben Vardanyan və diglərinin hazırda məhkəməsi keçirilir. Xocalı soyqırımını, eləcə də Azərbaycan xalqına qarşı çoxsaylı müharibə cinayətləri törətməkdə təqsirləndirilən bu şəxslər ədalət məhkəməsi qarşısında cavab verirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Fevral 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri