Icma.az
close
up
RU
Xocalı soyqırımı qurbanları İspaniya və ABŞ də anılıb

Xocalı soyqırımı qurbanları İspaniya və ABŞ də anılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 mart, AZƏRTAC

Barselonanın Santa Mariya de Valldonzella Kral Monastırında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalıya qayıdış” adlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti və Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının İspaniyadakı səfiri Ramiz Həsənov, rəsmi qonaqlar, Barselonada yaşayan soydaşlarımız, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda xalqımızın başına gətirdikləri dəhşətli müsibətlər haqqında geniş məlumat verilib. Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən danışılıb. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanıb.

Oxşar anım tədbiri ABŞ-də də keçirilib. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) nəzdindəki Azərbaycan Gənclər Rəqs Ansamblının növbəti dərsləri Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunub.

Şagirdlər əvvəlcə Xocalıda şəhid olan günahsız insanların əziz xatirəsini dərin ehtiramla yad edib, xüsusi hazırlanan guşənin önünə güllər düzüblər.

Cəmiyyətin bədii rəhbəri Anar Allahverdov xalqımızın yaddaşına qanla yazılan 1992-ci il 26 fevral tarixinin mahiyyətindən danışıb.

Dərsdə, həmçinin tarixi yaddaşın qorunmasının və onun gənc nəsillərə ötürülməsinin əhəmiyyəti barədə söhbət aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 01:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri