Icma.az
close
up
RU
Xocalı soyqırımının ağrı acısını yaşayan xalqımız üçün 20 sentyabr tarixi ədalətin Zəfər çaldığı gündür RƏY

Xocalı soyqırımının ağrı acısını yaşayan xalqımız üçün 20 sentyabr tarixi ədalətin Zəfər çaldığı gündür RƏY

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

Otuz il Vətən həsrəti ilə yaşayan, Xocalı soyqırımının ağrı-acısını yaşayan xalqımız üçün 20 sentyabr tarixi ədalətin Zəfər çaldığı gündür. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad edilməsi təkcə hərbi-siyasi deyil, həm də dərin mənəvi mahiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

“Otuz il ərzində beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı ədalətsizliyə susdu, vasitəçilər səmərəsiz bəyanatlarla kifayətləndilər. Lakin Azərbaycan xalqı öz taleyini başqalarının qərarlarına həvalə etmədi. Xalqımız Müzəffər Ali Baş Komandanın, Prezident İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək tarixi torpaqlarını işğalçılardan təmizlədi. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri qüdrətli Azərbaycan dövlətinin və xalqının hər qarış torpağını azad etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi”, - deyə Mircəlil Qasımlı qeyd edib.

Mircəlil Qasımlı vurğulayıb ki, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədən separatçılar həbs olunaraq Bakıya gətirildilər, onlar ədalət mühakiməsinə cəlb olundular. Bütün bunlar müasir, qalib Azərbaycanın ən şərəfli tarixidir.

Deputat deyib: “Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızı ucaltdı. Təbii ki, bu, olduqca önəmli tarix idi. Bu, dövlətimizin başçısının 20 illik Prezidentlik fəaliyyətində Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin parlaq təcəssümü idi. Sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev bu illər ərzində verdiyi bütün vədləri reallığa çevirdi: Qüdrətli Azərbaycanı, onun güclü ordusunu qurdu, dayanıqlı iqtisadiyyatını yaratdı, ölkəmizi beynəlxalq müstəvidə söz-nüfuz sahibinə çevirdi, otuz illik işğala son qoydu, Azərbaycanda separatizmin kökünü kəsdi”.

Milli Məclisin deputatı bildirib ki, işğaldan azad olunmuş digər ərazilərimiz kimi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də bu gün inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinə şəxsən rəhbərlik etməsi, yeni layihələrin təməlini qoyması və açılışlarda iştirakı Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlətimiz üçün gündəlikdə duran prioritet istiqamətlərdən olduğunu nümayiş etdirir.

Deputat qısa müddət ərzində Xankəndi şəhərinin yenidən qurulması istiqamətində mühüm addımların atıldığını bildirib. Şəhərdə təhsil, səhiyyə, sənaye müəssisləri yaradılır, müasir standartlara cavab verən otellər inşa olunur. Bu gün azad torpaqlarımızın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini söyləyən Mircəlil Qasımlı qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Xankəndi şəhərində uğurla keçirildi. Həmçinin Xocalı, Xocavənd və Ağdərədə də mühüm infrastruktur layihələri uğurla icra olunur, keçmiş məcburi köçkünlərin firavan yaşamaları üçün bütün zəruri şərait yaradılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri